Çaldıran Döyüşü

Çaldıran Döyüşü
Maraqlı məlumatlar
10.09.2017 27
Çaldıran döyüşü — Səfəvilər və Osmanlılar arasında 1514-cü il avqustun 23-də Çaldıran düzündə (Maku şəhəri yaxınlığında) baş vermiş vuruşma.

Ağqoyunluların
süqutundan sonra Səfəvilər qısa zamanda tarixi Azərbaycan torpaqlarını
və ona yaxın əraziləri birləşdirməklə kifayətlənməyib, Asiyanın bir
hissəsini, Xorasan və İraq kimi
vacib regionları da özlərinə tabe etdilər. Qısa zamanda bu cür yüksəliş
Səfəvilər dövlətinin qərb sərhədlərində yerləşmiş və sürətlə böyüməkdə
olan başqa bir türk mənşəli sülalənin maraqlarına zidd idi.

Hələ Səfəvilərin Ərdəbil hakimiliyi dövründə onların hakimiyyətə gəlmələrində, hərbi-siyasi qüvvə kimi meydana çıxmalarındaAnadoludakı türk-qızılbaş tayfaları çox mühüm rol oynamışdılar. Səfəvilərlə sıx əlaqəsi olan bu tayfalar Osmanlı ərazisində böyük təhlükə idi. Səfəvilərlə müharibə təqdirində Osmanlı imperiyası ərazisində yaşayan qızılbaşların arxada üsyan qaldıracağından çəkinən Sultan I Səlim (1512-1520) onlardan təqribən 40 minini edam və sürgün etdirdi. Beləliklə özünə arxadan müdafiəni təmin etdi.


Çaldıran vuruşmasının baş verdiyi yerdə abidə



Döyüşün baş tutmasında Səfəvi hökmdarı şah I İsmayıl və Osmanlı sultanı I Səlimin bir-birlərinə bəslədikləri münasibətlər də rol oynamışdır. Sultan II BayazidOsmanlının
genişlənməsinə çox da çalışmır, ölkənin daha çox mədəni inkişafına
fikir verirdi. Ona görə də şərqdə sürətlə güclənən Səfəvilər onun üçün
təhlükəli görünmürdü, əksinə gözəl şair olan I Şah İsmayıl və
mədəniyyətə böyük maraq göstərən II Bayazid arasında isti münasibətlər
formalaşmış, 1504-cü ildə isə Səfəviləri bir dövlət kimi tanımışdı. II
Bayazid həyatda ola-ola özündən böyük qardaşlarını öldürməklə
hakimiyyətə gələn Bəyazidin üçüncü oğlu sultan I Səlim isə ölkənin
coğrafi cəhətdən genişlənməsini, babası Fateh Sultan Məhəmmədin yolunu
davam etdirmək istəyirdi. Belə olan halda I Səlim və I İsmayıl arasında
münasibətlər çox kəskin idi və bir-birlərinə göndərdikləri söyüşlü
məktublar bunu təsdiqləyir.

Şah İsmayıl 1507-ci
ildə Anadolu bəyliklərindən biri olan Dulqədiroğulları bəyliyinə hücum
elədi. Hücumun səbəbi Dulqədir bəyi Bozqurdun şiyə olan şaha qız
verməməsi idi. Şah İsmayıl Osmanlı torpaqlarından keçərək Kayseri
üzərindən Dulqədiroğulları bəyliyinə girdi. Döyüşdə məğlub olan Bozqurd
qaçdı. Onun oğlu və iki nəvəsi Şah İsmayıl tərəfindən qətlə yetirildi.
Osmanlı dövləti Şah İsmayılın bu hərəkətinə reaksiya vermədi. Bu da Şah
İsmayılın Anadoluda nüfuzunu artırdı. II Bəyazidin oğlu şahzadə Səlim
(Yavuz Sultan Səlim) ana tərəfdən Bozqurdla qohum idi. Belə ki, Bozqurd
onun babası idi. Dayısının və iki oğlunun qətlinə dözməyən şahzadə Səlim
Azərbaycana qədər gedərək Səfəvi dövlətindən aldığı əsirləri Trabzona
gətirdi və intiqamını aldı. Atasının hələ sağ olmasına baxmayaraq
şahzadə Səlimin bu hərəkəti böyük marağa səbəb oldu. Bu hadisədən sonra
II Bəyazid Orta Anadoluda Şah İsmayılın hər hansı bir hərəkətinə qarşı
əsgər topladı. Sultanın bu hərəkətindən sonra Şah İsmayıl Anadolunun
içərilərinə girməkdən çəkindi; II Bəyazidə "Şanlı böyük babam" deyə xitab elədiyi məktubu yazaraq 1508-ci ilin əvvəlindən Diyarbəkirə çəkildi.

Səfəvilər
hakimiyyətə gəldikdən sonra yeni dini siyasət yürütməyə başladılar. Şah
İsmayıl hakimiyyətə gəldikdə vahid ideologiyanın yoxluğunu ilkin
növbədə aradan qaldırdı- dövlət dininin imamilik (isnə əşəriyyə, ərəbcə isna aşariyyə – on iki imamlıq)
olduğunu elan etdi. Qısa zamanda bu ideologiya ətrafında geniş kütlələr
toplaşdı. Bu döyüş kampaniyası ərəfəsində 40 mini Sultan Səlim
tərəfindən qılıncdan keçirilmiş və Səfəvilərin bir-başa hakimiyyəti
altında olmayan anadolu türk-qızılbaş tayfaları da bu ideologiyaya uyğun
hərəkət etməyə başladılar. Bu səbəbdən Sultan Səlimin bu yürüş
kampaniyası və daha sonra Məmlüklərə qarşı planlaşdırdığı kampaniya dini, ideoloji əhəmiyyət də daşıyırdı.

Döyüş qabağı vəziyyət

Döyüş qabağı Osmanlıların vəziyyəti

Təqribən
300 top, tüfənglə silahlanmış yeniçəri dəstələri və s. qoşun
növlərindən ibarət Osmanlı ordusu avqust ayında Səfəvilər dövlətinin
ərazisinə soxuldu. Avqustun 23-də baş verən döyüşdə hər iki tərəf ağır
itkiyə məruz qaldı. Osmanlı ordusunun sağ cinahında Anodolu bəylərbəyisi
Sinan paşa, sol cinahında isə Rumeli bəylərbəyisi Həsən paşa
komandanlıq edirdi. Bir-birinə zəncirlə bağlanmış toplar və yeniçəri
dəstələri mərkəzdə yerləşdirilmişdi.

Döyüş qabağı Səfəvilərin vəziyyəti

Heç
bir odlu silahı və topu olmayan qızılbaş ordusu sayca osmanlılardan
xeyli az idi. Müharibəyə kifayət qədər hazırlaşmayan I Şah İsmayıl yaxın
adamlarının məsləhətinə baxmayaraq düşməni qəflətən yaxalayaraq
məğlubiyyətə uğratmaq üçün gözlənilmədən hücum etməkdən boyun qaçırdı.
Səfəvi ordusunun sağ cinahında durmuş Xan Şamlı, sol cinahında isə
Məhəmməd xan Ustaclı komandanlıq edirdi.

Döyüşün gedişi

I
Şah İsmayıl təkbətək döyüşdə Osmanlı pəhlivanı Əlibəy Məlquc oğlunu
qılıncdan keçirdi. Lakin Osmanlı piyadasını geri oturdan qızılbaş
süvarisi düşmən toplarının atəşinə məruz qaldı.

Döyüşdən sonra

Yaralanmış I Şah İsmayıl ölkənin daxilinə doğru çəkildi. Məğlubiyyətə uğrayan qızılbaşlar Məhəmməd xan Ustaclı, Sarı Pirə Ustaclı, Hüseyn bəy Lələ Şamlı, Xadim bəy Xülafə,Osmanlılar isə Həsən paşa, Məlqucoğlu, Üveys bəy, Süleyman bəy kimi sərkərdələrini itirdilər. Hücuma keçən Osmanlı qoşunu Xoy, Mərənd və Təbrizi tutdu.

Lakin Osmanlı ordusu Təbrizdə cəmi 6 gün qala bildi. Səbəb orduda, xüsusən yeniçərilər arasında narazılığın artması idi. Belə ki, yeniçərilər böyük bir qismi sufi-dərviş ordeniolan bəktaşiliyə itaət edirdi. Bəktaşiliyin sütunları isə Səfəvi dini ideologiyasına çox yaxın idi.

Sultan I Səlim geri çəkilərkən bir neçə min sənətkar ailəsini İstanbula köçürdü. Bu sənətkarların əməyindən 1509-cu ildə İstanbulda baş vermiş güclü zəlzələdən[Mənbə göstərin]sonra şəhərin bərpasında istifadə edilmişdir.

Döyüşdə həlak olanların sayı barəsində mənbələrdə məlumatlar ziddiyyətlidir. Şərəf xan Bitlisi "Şərəfnamə"də
qızılbaşların itirdikləri görkəmli sərkərdələrdən əlavə 5 min süvari
itkisi barəsində məlumat verir. Səfəvi səlnaməçiləri isə cəmi 5 min
nəfərin öldüyünü və onlardan 2 mininin qızılbaş, 3 mininin isə osmanlı
olduğunu vurğulayırlar. Osmanlı səlnaməçiləri isə bu rəqəmin türklərdə
30-40 min, qızılbaşlarda isə bundan iki dəfə çox olduğunu bildirirlər.
Bidlisinin rəqəmləri daha düzgün hesab olunur.

Çaldırandakı məğlubiyyət Səfəvilər dövlətinin hərbi siyasi nüfuzuna ağır ziyan vurdu.

Deyilənə görə, bu döyüşdəki məğlubiyyətdən sonra I Şah İsmayıl bir daha şəxsən hər hansı vuruşda iştirak etməmişdir.

Döyüşün nəticələri

Anadolunun birdəfəlik Türkiyənin tərkibinə qatılması, Osmanlı türkiyəsinin şərq sərhədlərinin müəyyənləşməsi.

Yaxın, oğuz mənşəli xalqların arasında münasibətlərin korlanması.

Daxili çəkişmələrə başı qarışmış Avropa krallıqları bir müddət Osmanlı təhlükəsindən arxayınlaşdılar.

Səfəvilərin paytaxtı Təbrizdən Qəzvinə, Azərbaycan mərkəzindən kənarlaşdırmağa məcbur olmaları.

Səfəvi-Osmanlı müharibələrinin "ənənəsi" qoyuldu.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!