Hər kəs öz niyyətinin gözü ilə görür

Hər kəs öz niyyətinin gözü ilə görür
Maraqlı məlumatlar
10.09.2017 6
Adamlar
cürbəcür olurlar: Bir iş görəndə "başqaları nə deyər?" düşünənlər və
bir də başqalarının nə düşündüyünə əhəmiyyət verməyərək gördüyü işin nə
qədər doğru, gərəkli və həqiqətə uyğun olduğunu əsas tutanlar.
Birincilər asılı, ikincilər isə azad insanlardır. Azadlığın əsas
şərtlərindən biri də elə budur, başqalarının rəyindən daha çox,
vicdanının səsinə qulaq asmaq. 

Məsələnin
qarşı tərəfi də var: yəni ətrafda gördüyünə münasibət. Bu münasibət də
insan xarakterinin açılması üçün mühüm amildir. Yəni hər kəs ətrafına öz
niyyətinin gözü ilə baxar, daha doğrusu, öz düşündüyünü görmək istəyər.
Xoşniyyətli adamlar ilk qarşılaşdığı hadisələr və adamlar haqqında hər
zaman yaxşı şeylər düşünər, daha doğrusu, məsələni yaxşıya yozmağa
çalışarlar. Bu cür yanaşmaya hüsn-zənn, yəni xoşgörü deyilir. Gördüyü
hər kəsdə, hər hadisədə qüsur axtarmaq, onu qaralamağa çalışmaq isə
sui-zənn adlanır, yəni qaraniyyətlilik.

Qurani-Kərimdə
bu haqda belə buyurulur: " Ey iman edənlər, çox zənndə bulunmaqdan
çəkinin, çünki zənnin bir qismi günahdır. Bir-birinizin qüsurlarını
araşdırmayın, kimsə kimsənin qarasınca danışmasın..."

Gözəl
əxlaq sahibi gördüyü qüsurları yaymaz, orda-burda danışıb qüsur
sahibinin olan-qalan qürurunu da ayaqlar altına atmaz, o eyibləri,
əskikləri düzəltməyə çalışar. Yəni əsl insan gördüyü pis halları yaxşıya
çevirməyi özünə borc bilər və bu borcu yerinə yetirməklə rahat olar,
pisniyyətlilər isə başqalarının qüsurundan özü üçün lovğalanmağa mövzu
çıxarar, artıq-əskik danışıb, günah edər.  

Bədniyyətlilik mənəvi xəstəlikdir, bu xəstəliyə düçar olanlar könül xoşluğunun, mənəvi həzin nə olduğunu bilməzlər.

Allah-Təala sizləri və bizləri bu cür mənəvi xəstəliklərdən qorusun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!