Ən qəribə yeni il adətləri

Ən qəribə yeni il adətləri
Maraqlı məlumatlar
10.09.2017 10
Hər
bir ölkə Yeni ili özünəməxsus adət ənənələrlə qeyd edir. Kimi buzlu
suya girir, kimisi ev əşyalarını atır. Ən qəribə yeni il adətlərini
oxucularına təqdim edirik.



Cənubi Afrikada yerli əhali yeni ildə şans və bərəkət üçün köhnə ev əşyalarını pəncərədən atır. 



Kolumbiyada ili səyahətlərlə keçirmək üçün bayram günц çemodanla gəzirlər. 



Yaponiyada ilin təhvil verildiyi heyvanın maskasını taxaraq 108 dəfə zəng çalınan məbədə toplaşırlar.



Danimarkalılar köhnə
boşqab və bardaqları yaxınlarının qapısına atırlar. Yeni il günü isə
onlar stuldan tullanırlar. Bununla da pis ruhların getdiyinə və yeni
ilin onlara uğur gətirəcəyinə inanırlar.



İspanlar saat 00:00-da 12 üzüm giləsi yeyirlər. 12 üzüm giləsi ayları və uğuru simvolizə edir.



Finlandiyada ərimiş
metalı suya tökürlər. Əldə edilən fiqura baxaraq gələn ili
proqnozlaşdırmağa çalışırlar. Məsələn, ürək və dairə evliliyə işarədir.



Panamada xüsusi
hazırlanan kuklalar yeni il tonqalında yandırılır. Kukla köhnə ili
təmsil edir. Onların yandırılması isə pis ruhların uzaqlaşdırılması və
yeni başlanğıc deməkdir.



Filippində masada olan hər şeyin yuvarlaq olmasına diqqət edirlər. Çünki yumru forma pulu simvolizə edir. Bu isə zənginlik əlamətidir. 



Estoniyada inanclara görə, yeni il günü bir insan 7 növ yemək yesə 7 nəfərin gücünə sahib olacaq. 



Braziliya, Ekvaвor, Venesuela, Boliviyada yeni
ildə rəngli alt geyimi geyinirlər. Bunun onlara şans gətirəcəyinə
inanırlar. Məsələn qırmızı sevgi, sarı isə zənginlik deməkdir. 



Peruda Yeni
ildə Takanakuy festivalı keçirilir. Yeni il gecəsi insanlar bir birini
yumruqlayır. Bununla Yeni ilə daha rahat girəcəklərini düşünürlər.



Rumıniyada qəpikləri çaya atır və bunun uğur gətirəcəyinə inanırlar. 



Boliviyada şirniyyatların içərisinə pul qoyurlar. Kimə bu pullu şirniyyat düşsə il onun üçün daha uğurlu olacaq.



Çilidə insanlar yaxınlarının məzarı başında gecələyirlər. 



Sibirlilər yeni ildə buzlu suya girirlərскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!