Tarixi abidələr

Tarixi abidələr
Maraqlı məlumatlar
10.09.2017 23
Bayıl Qalası

Bakının
Bayıl qəsəbəsi yaxınlığına yerləşən və hazırda dəniz sularının altında
qalmış tarixi memarlıq abidəsi. Şirvan-Abşeron memarlıq məktəbinin ən
gözəl əsərlərindən biri olan və XIII əsrdə inşa edilmiş Bayıl qalası
Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə zamanla gah dənizin üzünə
çıxır, gah da sulara qərq olaraq görünməz olur. Qala mənbələrdə müxtəlif
adlarla ("Sualtı şəhər” , "Bayıl daşları”, "Səbayıl qalası”,
"Karvansara”, "Xanəgah”, "Kömrükxana” və s.) anılsa da, elmi ədəbiyyatda
daha çox "Bayıl qəsri” adı ilə tanınır.

Bayıl
qəsrinin adanın biçiminə uyğun uzunsov planı var. Qalanın uzunluğu 180
m, orta eni isə 35 m-dir. Qala divarları şərqdə altı, qərbdə isə beş
yarımdairəvi (Bakı qalasındakı kimi) bürclə möhkəmləndirilmişdir.

Bayıl
qəsrinin tikintisi siyasi-hərbi baxımdan çox qarşıq bir çağda – monqol
yürüşləri bütün Yaxın Şərqi lərzəyə gətirdiyi vaxtda (1234-1235 - ci
illərdə) başa çatmışdı. Ancaq sahilə yaxın adada tikilən bu möhtəşəm
qəsrin ömrü çox qısa olmuşdur. Alimlərin fikrincə, o, 1306 – cı ildə baş
vrən güclü zəlzələ nəticəsində dənizə batmışdır.



Qız qalası

Bakının,
eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir. Qala qədim
qala divarlarının (İçərişəhərin) cənub-şərq hissəsində, dənizkənarı
parkın (bulvar) yaxınlığında yerləşən tarixi abidədir. Uca qüllə şəkilli
bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur.

Hündürlüyü
28 m, diamеtri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın
qalınlığı 5 m-ə çatır. Qalanın daхili hissəsi 8 mərtəbəyə bölünür. Hər
mərtəbə yоnma daşlarla tikilmiş, günbəz fоrmalı tavanla örtülmüşdür.
Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci
ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır.

Azərbaycanın emblemlərindən biri olan Qız qalası Azərbaycan pul əskinaslarının üstündə də dəfələrlə təsvir edilmişdir.



Şirvanşahlar sarayı 

XV
əsrdə Şirvanşah İbrahim Xəlilullahın dövründə tikilmiş saray kompleksi.
Bakının mərkəzində, İçərişəhərdə yerləşən saray kompleksi Yaxın Şərqin
ən görkəmli memarlıq abidələrindən biridir. Kompleksə Şirvanşahlar
sarayı, Divanxana, Kеyqubаd məscidi, Şirvanşahlar türbəsi (1435-1436),
Şah məscidi (1441), Seyid Yəhya Bakuvi türbəsi, Murad darvazası (1585),
Saray hamamı və Ovdan daxildir. 1964-cü ildən muzey-qoruq kimi fəaliyyət
göstərir və dövlət tərəfindən mühafizə olunur.

2000-ci ildə YUNESKO tərəfindən İçəri şəhər və Qız qalası ilə birlikdə Ümumdünya mədəni irsi siyahısına daxil edilmişdir.



Atəşgah

Od
məbədi olan "Atəşgah" Bakının 30 kilometrliyində, Abşeron yarımadasının
Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. "Atəşgah"
XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi sönməz alovların yerində
inşa edilmiş od məbədidir. Məbədin ən erkən tikilişi olan tövlə eramızın
1713-cü ilinə aiddir, mərkəzi məbəd-səcdəgahı isə 1810-cu ildə tacir
Kançanaqaranın vəsaiti ilə tikilmişdir.

Suraxanı
"Atəşgah"ı məbədin özündən, hind guşənişinlərinin hücrələrindən və
zəvvarlar üçün otaqlardan ibarət idi. Atəşgahı bu abidəni sifariş vermiş
hindlilərin planı üzrə yerli ustalar tikmişlər.

Ümumiyyətlə,
Atəşgah plan quruluşuna görə şəhər karvansaraylarına oxşayır. Abidə
memarlıq üslubuna görə hələ Midiya dövründən Azərbaycanda yayılmış od
səcdəgahlarının tikinti ənənələrini əks etdirir. Lakin o, özündə bəzi
hind məbədlərinin əlamətlərini saxlayıb.



Ramana qalası

Bakının
Ramana kəndində XVI əsrə aid qaladır. Qalanın hüdürlüyü 15 metrdir. Ağ
daşdan tikilən qalanın dəqiq tikilmə vaxtı bəlli deyil. Güman ki,
müdafiə məqsədi ilə tikilib və Şirvanşahlar dövləti döründə qəsr kimi
istifadə olunub.

Tarixçilər Ramana qalasından Qız qalasına vaxtilə yeraltı yolun olduğunu qeyd ediblər.



Mərdəkan qalası

Bakının
Mərdəkan qəsəbəsində qədim tarixə malik qaladır. Qala dörd künc formada
XIV əsrin ortalarında Şirvanşah Mənuçöhrün oğlu Şirvanşah Axsitan
tərəfindən tikilmişdir. Mərdəkan qalası Axsitanın düşmən üzərindəki
parlaq qələbəsi şərəfinə ucaldılmışdır. Qaladan feodalların sığınacağı
və gözətçi məntəqəsi kimi istifadə edilmişdir.

Qalanın
hündürlüyü 22 metr, qalınlığı aşağıdan 2,10 metr, yuxarıdan isə 1,60
metrdir. Daxili həyəti-28x25-dir. İçəridən qala 5 yarusa bölünür.



Şıx qalası

Mərdəkanda
16 metr hündürlüyündə inşa edilmiş qala sırf keşikçi məntəqəsi
missiyasını daşıyıb. Qalaya mərdəkanlılar İşıq qalası deyirlər. Tarixi
mənbələrdə isə göstərilir ki, qalanın yerləşdiyi ərazi Səid Əbdüxxeyir
şeyxə məxsus pay torpağıdır. Ona görə tikilinin adı əvvəlcə Şeyx, Şıx
qalası, zaman keçdikcə yerli əhalinin dilində təhrif olunaraq İşıq qala
kimi formalaşıb. Tarixi 1232-ci ilə aid edilən qalanın daş kitabəsində
onun Məsud oğlu Əbdülməcid tərəfindən inşa edildiyi göstərilib.



Qobustan 

Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakidan 56 km. aralıda yerləşir. Sahəsi təxminən 3-4 km-dir. 

Azərbaycanın
ən qədim və zəngin tarixi abidələrindən biri də dünyada qayaüstü
təsvirlərlə tanınmış Qobustandır. Qobustanda Böyükdaş, Kiçikdaş,
Cingirdağ, Sonqardağ və Şıxqaya dağlarında daş dövrünün və Azərbaycan
xalqının ulu keçmişinin şahidləri olan çoxlu qayaüstü təsvir, düşərgə,
yaşayış məskəni, qəbir abidələri və s. vardır. Böyükdaş ərazisində
mezolitdən orta əsrlərə qədər bütün dövrlərin abidələrinə rast gəlmək
olar.



Azərbaycan daş plastikası - qədim tarixi abidələr 

Azərbaycanda
daşdan düzəldilmiş və üstü bəzədilmiş daş abidələrin tarixi uzaq
keçmişlərə təsadüf edir. Oyma, yonma, cızma üsulu ilə daş üzərində həkk
olunmuş təsvirlərin ən qədim nümunələrinə alimlərimiz hələlik Ordubad
(Gəmi qaya), Abşeron (Mərdəkan, Şüvəlan kəndlərində) və Bakı şəhərindən
60 kilometr cənubda Xəzər dənizindən bir qədər aralı Qobustan qayaları
üzərində rast gəlmişlər.



«Ağoğlan» qəsr kompleksi 

Bu
tarixi abidə Kosalar kəndində yerləşir və IV-IX əsrə aid olan Qafqaz
Albaniyası dövrünə məxsusdur. Qəsr kompleksi dağın ətəyində yerləşir. Bu
dağın zirvəsində antik «müşahidə qalası» var. Qaladan «Ağoğlan» qəsrinə
yeraltı keçidlərin olması barədə ilk dəfə 1985-ci ildə məlumat əldə
edilib. Lakin bu yeraltı keçidlərin qəsrin içərisində mövcud olmuş
izləri erməni işğalına qədər olan dövrdə aşkar edilməyib. Amma erməni
arxeoloqları 2009-cu ildə kompleksin içərisindən bu keçidə enmək üçün üç
quyu aşkar ediblər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!