Mütləq oxuyun - Nağıllar Dünyası

Mütləq oxuyun - Nağıllar Dünyası
Maraqlı məlumatlar
10.09.2017 23
Ən böyük
arzum nağıllar aləminə səyahət etməkdir. O gözəl, maraqlı, rəngarəng nağıllar
dünyasına. Çünki mənim ürəyimdən keçənlərin, arzularımın, diləklərimin yalnız və
yalnız nağıllar aləmində bir arada olacağını düşünürəm. Heç kəsinn bir-birinə
qarşı pislik etmədiyi, etsə belə sonunda o pisliyin ortaya çıxdığı, yaxşının
qalib gəldiyi, pisin isə öz cəzasını çəkdiyi dünyaya. Yalanın olmadığı bir
dünyaya, ya da yalana üz tutan insanın həmin dəqiqə burnunun uzanıb yalanını bəlli
etdiyi bir dünyaya. İnsanların həqiqətən mehriban, səmimi olduğu bir dünyaya.
Cinayətlərin, müharibələrin olmadığı, anaların gözü yaşlı olmadığı, ataların
çarəsiz qalmadığı, qardaşın bacıya, bacının isə qardaşa həsrət qalmadığı, insanların
sadəcə öz əcəlləri ilə öldüyü bir dünyaya. Uşaqların xoşbəxtliyi sözün əsl mənasında
yaşadığı, valideynlərin dövrün tələblərinə görə övladlarının qarşısında
başlarının aşağı olmadığı bir dünyaya. İnsanların bir- birini əzmədiyi,
alçaltmadığı, bunu etsə belə sonunda nəticələrini gördüyü və bir daha etməməsi
üçün dərs aldığı bir dünyaya. Həqiqi sevginin daha çox mövcud olduğu, qızların
oğlanlara, oğlanların da qızlara şübhə ilə yox, müxtəlif hisslər və
davranışlarla yox, saf və təmiz sevgi ilə yanaşdıqları dünyaya. Xəyanətlərin
olmadığı, qadınların xoşbəxt yaşadığı dünyaya. Hər kəsin hər şeyi halal zəhmətlə
əldə etdiyi, oğurluğun olmadığı bir dünyaya. Uşaqların soyuqdan donmadığı, tox
olduğu və onlara kömək edəcək insanların çox olduğu dünyaya. İnsanların müasir
texnologiyasız çətin işlərin öhdəsindən gələrək xoşbəxt olduğu dünyaya. Sadiq
insanların yox, etibarsız insanların barmaqla sayılacaq qədər olduğu dünyaya.
Pulun bu qədər dəyərli bir varlıq olmadığı, pul üçün şərəfi, qeyrəti, namusu
satan insanların olmadığı bir dünyaya. Qadınların və qızların küçədə atmacalar
və ya maşın siqnalları eşitmədiyi bir dünyaya. Xəstələrin tez bir müddətdə şəfa
tapdığı, ağır xəstələtin dərmanlarının isə hansısa  bir dağdakı çiçək və ya ot olduğu bir
dünyaya. Paxıllığın, qəmin, kədərin yox, sevincin, şadlığın hökm sürdüyü bir
dünyaya.         Heyvanlara işgəncələr verilmədiyi, onların dəri, və ya pul mənbəyi
kimi yox, Allahın yaratdığı canlı bir varlıq kimi göründüyü, onlara qayğı ilə
yanaşıldığı bir dünyaya. Kaş ki adlanan arzu ədatının mövcud olmadığı bir
dünyaya... Nağıllar dünyasına...



P.S-
Yazının müəllifi özüməm. Səmimi fikirlərinizi öyrənmək istəyirəm. Əvvəcədən təşəkkürlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!