Mərhum Prezident Elçibəy - FOTOLARDA

Mərhum Prezident Elçibəy - FOTOLARDA
Maraqlı məlumatlar
10.09.2017 13
Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938 -ci ildə  Naxıvan
MR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd
məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində
təhsilini davam etdirib. 1957 -ci ildə Bakı Düvlət Universitetinin
Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı
bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı
şöbəsində tərcüməçi işləyib. Misir Ərəb Respublikasına göndərilən
Əbülfəz bəy Əsvan bəndinin tikintisində tərcüməçi kimi çalışıb (yanvar
1963 - oktyabr 1964). 

Xarici ezamiyyətdən dönərək 1965 –ci ildə BDU-nun aspiranturasına daxil
olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.

1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu
tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs
edib və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum
olunub. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum
edilib.

Həbsdən buraxıldıqdan sonra Əbülfəz bəy bir müddət işsiz qalıb. 1976-cı
ilin dekabrında Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar
İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayıb. Sonralar
böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə
qədər yüksəlib. 

Elçibəy 1988-ci ildən sonra alovlanan milli-azadlıq hərəkatının önündə gedib.  

1992-93-cü illərdə Azərbaycan Respublikasının prezidenti olub. 

Elçibəy 22 avqust 2000 -ci ildə Türkiyədə vəfat edib. Bakıdakı Fəxri Xiyabanda dəfn olunub.




 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!