Tək də xoşbəxt olun!

Tək də xoşbəxt olun!
Maraqlı məlumatlar
10.09.2017 30
Etmədiyiniz bir şey edin

Tək də xoşbəxt ola bilmənin ən gözəl tərəfi uzun müddətdir
etmədiyiniz şeyləri edə bilmənizdir. Şirniyyatçıdan ən sevdiyiniz
şirniyyatları alın və eynisindən hazırlamağa çalışın, telefonunuzu
otaqda qoyun və özünüzü günorta yuxusuyla mükafatlandırın, kitabxanaya
gedin və saatlarla araşdırma aparın... Seçim sizindir!

 

Ən yaxşı fərdi xüsusiyyətlərinizi bir kağıza yazın

Tək olduğunuz üçün sizdə bir problem olduğunu düşünürsünüz? Tək
olduğunuz zamanlarda kədərlənmək əvəzinə özünüzlə bağlı yaxşı
xüsusiyyətləri bir kağıza yazın. Bu özünüzdə bəzi yaxşı cəhətlərinizi
xatırlamanızı təmin edəcək.

 

Bütün həftə sonu üçün film seçin

Başqalarının bəyənib bəyənməyəcəklərini düşünmədən, izlədiyiniz film üçün utanmadan, istədiyiniz filmi seçin.

 

Öyrənmək istədiyiniz şeyləri öyrənin

Öyrənmək istədiyiniz amma öyrənməyə imkan tapmadığınız şeylərə yönəlin. Rəsm kursuna, idmana, tennis dərslərinə yazılın.

 

Köhnə dostlarınızla yenidən əlaqə yaradın

Məktəb yoldaşlarınız nə edirlər, heç maraqlanmısınız? Ya da uzun
müddət öncə ayrıldığınız köhnə dostlarınız? Sosial mediadan da yardım
alaraq köhnə dostlarınızı tapa bilər, onlarla yenidən görüşməyə başlaya
bilərsiniz.



Unutmayın, tənhalıq hər zaman pis olmaq məcburiyyətində deyil. Bu anları əyələncəli vəziyyətə gətirə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!