İtlər niyə... ?

İtlər niyə... ?
Maraqlı məlumatlar
10.09.2017 52
... quyruqlarını tuturlar?

İtlər oyun oynamaq istədikləri zaman öz quyruqlarını tutmağa
çalışırlar. Bu sıxıntılarını aradan qaldırmağın əyləncəli bir yoludur.

 

... yatmadan əvvəl öz ətraflarında dönürlər?

Bu instinktiv bir hərəkətdir. İtlər öz ətraflarında dönərək
yatacaqları yeri təmizləyirlər. Bundan başqa, dairəvi şəkildə uzanaraq
özlərini kənardan gələcək təhlükələrə qarşı qoruyurlar.

 

... siz evə gələrkən həyəcanlanırlar?

Evdən 10 dəqiqəliyinə getsəniz belə, itiniz sizi görəndə illərdir
görüşməmisiniz kimi həyəcanlanır. Bunun səbəbi sizi sevməsidir. İtlərin
diqqət müddətləri qısadır və getmiş olduğunuz müddətin uzunluğunu
bilməzlər. Tək bildikləri şey sizin getdiyinizdir və siz geri gələrkən
də çox xoşbəxt olurlar.

 

... pəncərədən bayıra baxırlar?

İtlər təbiətlərinə görə maraqlı heyvanlardır. Ətrafda nələr olduğunu
bilmək istəyirlər və pəncərədən baxmaq bunu bilmələrini təmin edir.

 

... sizi yalayırlar?

İtinizin sizi yalaması, sizi öpməsi mənasına gəlmir. İtlər ana
bətnindən çıxdıqları ilk anda anaları tərəfindən yalanaraq təmizlənirlər
və ana balalarını təmizləmək üçün daim bu üsuldan istifadə edir. İtlər
yaş aldıqca yalama davranışını dominantlıq kimi qavrayırlar. İtinizin
sizi öpməsi isə, sizin sahibi olduğunuzu bildiyi və onun bundan xoşu
gəldiyi anlamına gəlir.



İtiniz sizin ən yaxşı dostunuzdur, ona yaxşı baxın!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!