Yox demə sənəti

Yox demə sənəti
Maraqlı məlumatlar
10.09.2017 8
Vaxtınızın qiymətini bilin

Daim vaxtınızın qiymətini bilin. Qarşınızdakı adama yox deyəndə
bunun səbəblərini çox detala girərək açıqlamaq məcburiyyətində
deyilsiniz. Yox demək sizin haqqınızdır və yox deməyi öyrənməsəniz
boyunuzu aşacaq qədər çox məsuliyyət götürmək məcburiyyətində qala
bilərsiniz. Qarşınızdakına yox deyərkən bunu nəzakətli və qısa, dəqiq
bir şəkildə deyin. Nəticədə siz də sadəcə bir insansınız və hər şeyə
çata bilməzsiniz.

 

Qatı olun

Birinə yox deyərkən qərarlı olun, nəzakətli bir şəkildə yardımçı
olmağı çox istədiyinizi amma sizdən istədiyini edə bilməyəcəyinizi
bildirin.

 

Yox deyərkən bunu şəxsi qəbul etmələrinə səbəb olmayın

Qarşınızdakına yox deyərkən onu sevmədiyiniz üçün yox demişsiniz
kimi hiss etdirməməyə diqqət göstərin. Ona niyə yox dediyinizi qısa bir
şəkildə açıqlayın və bu qərarınızın arxasında dayanın.

 

Yox demə məşqləri edin

Əgər nəzakətli bir şəkildə yox deməyi öyrənmək istəyirsinizsə, bunu
tez-tez məşq etməlisiniz. Əlinizə keçən hər fürsətdə "yox" sözünü
istifadə edərək özünüzü bunu deməyə öyrəşdirin.

 

Alternativlər təklif edin

Birinə yox deyərkən ona alternativ təqdim edə bilərsiniz. Ona
yardımçı olacaq başqa birini təklif edə bilər, ya da daha sonrakı bir
zamanda, uyğun olduqda ona yardımçı olacağınızı bildirə bilərsiniz.

 

Üzr istəməyin!

Üzr istəməniz üçün bir səbəb yoxdur. Birinə kömək etməyi istəyə
bilərsiniz amma bunun üçün vaxtınız olmaya bilər. Bunda səhv bir şey
yoxdur. Nəzakəti əlinizdən buraxmadığınız müddətcə üzr istəməyə ehtiyac
yoxdur. Üzr istəmək sizi səhv kimi göstərər.

 

Unutmayın ki, ən dəyərli sizsiniz. Kimsənin sizə istəmədiyiniz bir şeyi etdirməsinə icazə verməyin!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!