Mirvarilər haqqında bunları bilirdinizmi?

Mirvarilər haqqında bunları bilirdinizmi?
Maraqlı məlumatlar
10.09.2017 156
Mirvari yaqanə
heyvan mənşəli qiymətli daşdır. O, brilyant və ya zümrüd daşları kimi
yeraltı mədənlərdə deyil, İkitaylı molyuskların çanağında formalaşır.
Bəs çanağın içinə mirvari necə düşür? Qədim yunanlar hesab edirdilər ki,
mirvarilər – su pərilərin bərkimiş göz yaşlarıdır. Orta əsrlərdə
insanlar düşünürdülər ki, mələklər çanaqda yetimlərin və günahsız təhqir
olunanların göz yaşlarını gizlədir, sonra bu göz yaşları mirvarilərə
çevrilir. Əslində, mirvari – molyuskların özünümüdafiə əməklərinin
bəhrəsidir. Çanağın daxilinə kənar obyekt və ya parazit düşəndə, orada
mirvari formalaşır. Molyusklar bu kənar obyektdən qurtarmaq üçün, onu
xüsusi maddə ilə bürüyür və beləliklə, özünü müdafiə edir.

Molyusklar mirvariləri şirin və ya duzlu sularda yaradır. Çay
mirvariləri daha universal hesab olunur. Bu cür mirvarilərdən həm
kəndli, həm də nəcib xanımların paltarlarında bəzək üçün istifadə
edirdilər. Çay mirvariləri dəniz mirvarilərindən qat-qat ucuzdur, bu
onun daha sürətli və asan istehsal olunması ilə bağlıdır. Bundan əlavə,
çay molyuskları dənizdəkilərdən böyükdür, onlar eyni vaxtda 20-yə qədər
mirvari yarada bilir. Çayda yetişən mirvarilər öz dəniz bacılarından bir
az kiçik, daha az parlaq və qeyri-mükəmməl formada olur. Amma çay
mirvarisi dəniz mirvarisindən daha möhkəm və sürtülməyə qarşı daha
davamlıdır. Dünyada məhz çay mirvarisi daha çox hasil edilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!