Məntiqli suallar

Məntiqli suallar
Maraqlı məlumatlar
10.09.2017 28
Əlinizdə yalnız bir kibrit çöpü ilə,
içərisində neft lampası, odun sobası və odun kabini olan bir otağa daxil
olursunuz. Hansını birinci yandırmalısınız?  

Işə gedib gələn bir adam ,hər gün
işə gedərkən liftlə, yaşadığı 15-ci mərtəbədən 1-ci mərtəbəyə düşür.
İşdən qayıdarkən isə, hər dəfə 7-ci mərtəbəyə liftlə çıxır və sonra isə
15-ci mərtəbəyə qədər 8 mərtəbə piyada qalxır. Bunun səbəbi nədir?

 

Müharibə zamanı əsir düşmüş bir
adama düşmənləri deyir: Son ifadəni ver.Əgər verdiyin ifadə düzdürsə,
səni asacağıq. Yox əgər verdiyin ifadə səhvdirsə, səni güllələyəciyik.
Əsir elə bir ifadə deyir ki, həyatı xilas olur. Bu son ifadəni tapın.

 

Yaşlı bir qoca rəhmətə gedir və 3
oğluna yeddi şərabla tam dolu çəllək , yeddi tən yarıya qədər şərabla
dolu çəllək və yeddi tamam boş çəllək qoyub gedir. Öz vəsiyyətində isə
yazır ki, üç oğlundan hər birinə eyni sayda tam dolu, eyni sayda yarıya
qədər dolu və eyni sayda boş çəllək çatmalıdır. Qocanın vəsiyyətini necə
yerinə yetirmək olar?

 

Təsəvvür edin ki, sizdə 9 dəmir
kürə var. Onların hamısı eyni formadadırlar, lakin kürələrdən biri
saxtadır və digər eyni çəkili səkkiz kürədən yüngüldür. İki-gözlü
tərəzidən yalnız iki dəfə istifadə etməklə saxta kürəni necə tapmaq
olar?

 

Restoranda kofe içməyə hazırlaşan
bir müştəri, kofedə milçək tapır. Müştəri hirsli şəkildə ofisiantı
çağırıb bir stəkan yeni kofe istəyir.Ofisiant bir müddət sonra bir
stəkan kofe gətirir və müştəriyə təqdim edir. Müştəri kofedən biraz
içəndən sonra deyir: "Bu elə bayaqkı kofedir!! Apardığın kofeni yenidən
niyə gətirirsən?!” Müştəri kofenin eyni olduğunu necə anladı?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!