Məntiqli suallar (2. hissə)

Məntiqli suallar (2. hissə)
Maraqlı məlumatlar
10.09.2017 15
Yüz sərnişin, 100 oturacaqlı təyyarəyə minmək üçün sıraya düzülürlər.
Sırada birinci olan sərnişin biletini itirdiyi üçün bəxtəbəxt ( ixtiyari
) bir yerdə oturur. Hər bir növbəti sərnişin, öz  biletindəki yer
boşdursa öz yerində, yox əgər doludursa bəxtəbəxt bir yerdə oturur və bu
proses davam edir. Təyyarəyə sonuncu daxil olan 100-cü sərnişinin öz
yerinin tutulduğunu aşkarlaması ehtimalı nə qədərdir?
 

Stolun üstünə tam silindr formasında olan şəffaf bir stəkan
qoyulur və ona müəyyən miqdarda su tökülür. Amma bilmək olmur ki, stəkan
yarıdan çox doludur, yarıdan çox boşdur yoxsa yarıya qədər doludur. Heç
nədən istifadə etmədən bunu necə müəyyənləşdirmək olar?

 

İki qız belə bir oyun oynayırlar: İkisi də sırayla çobanyastığı
gülündən 1 və ya 2 qonşu ləçək qopardırlar. Ən axırıncı ləçəkləri
qopardan və rəqibinə qopartmağa ləçək qoymayan oyunçu qalib olur. Bu
oyunu hansı qız udar, birinci başlayan yoxsa ikinci başlayan? Qalib
gəlmək üçün hansı taktikadan istifadə etmək lazımdır?

 

Təsəvvür edin ki, stolun üzərində kub formasında bir pendir var.
Bu pendiri bıçaqla iki hissəyə necə bölmək lazımdır ki, kəsimdən alınan
iki səth ( iki yeni üz ) düzgün altıbucaqlı şəklində olsun?



Təsəvvür edin ki , sizin önünüzdə uzunluğu təxminən 1 metr olan
bir kəndir var. Sizdən, sağ əlinizlə kəndirin bir ucundan, sol əlinizlə
kəndirin o biri ucundan tutub , bu kəndiri düyünləmək tələb olunur.
Lakin kəndirin hansısa ucunu tutduqdan sonra bir daha əlinizi o ucdan
ayıra bilməzsiniz. Bu düyünü necə əldə etmək olar?

 

Bir gün bir alim – bioloq qəfəsə xameleonlar(buqələmunlar)
yerləşdirir: 10 ədəd yaşıl, 14 ədəd qırmızı və 15 ədəd boz xameleon.
Sonradan alim müşahidə edir ki, iki fərqli rəngdə olan xameleon üz-üzə
gəldikdə, onların hər ikisi rənglərini üçüncü rəngə dəyişirlər. Məsələn,
yaşıl və qırmızı xameleon üz-üzə gəldikdə onların hər ikisi rənglərini
boza dəyişirlər. Balaca qəfəsdəki bu xameleonlar nə vaxtsa, hamısı eyni
rəngə çevriləcəklərmi?

 

Bir gün iki şahmat ustası dostlarının evinə qonaq gedirlər.
Qonaqlıq əsnasında, ev yiyəsi deyir ki, siz şahmat ustası ola bilərsiz
amma mənim 12 yaşındakı kiçik qızım Sizdən heç olmazsa birini şahmatda
uda bilər. Özüdə ikinizlə eyni zamanda birdən oynayaraq.. Ustalar mərcə
girib kiçik qızla şahmat oynayırlar, və ev yiyəsinin qızı həqiqətən də
onlardan birini udur, birinə isə uduzur.. Bu necə ola bilər?

 

Balaca bir göldə üzən qayıqda ağır bir daş var. Qayıqdakı adam bu
daşı gölə atır və daş gölün dibinə düşür. Bu hadisədən sonra, gölün su
səviyyəsi yuxarı qalxar yoxsa aşağı düşər?

 

Bir ölkədə, gözü göy olan insanlar arasında saçı sarı olanların
hissəsi, bütün əhalidə saçı sarı olanların hissəsindən böyükdür. O
zaman, saçı sarı olanlar arasında gözü göy olanların hissəsi, bütün
əhalidə gözü göy olanların hissəsindən böyükdür deyə bilərikmi?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!