Nəsirəddin Tusi

Nəsirəddin Tusi
Maraqlı məlumatlar
10.09.2017 10
Azərbaycanin
görkəmli alimi və dövlət xadimi olan N.Tusi 1201-ci il fevralın 18-də
Tus şəhərində anadan olmuşdur. O, cox gözəl təhsil almışdı. Bir çox
dilləri öyrənmiş, din , təbiət haqqında elmlərə yiyələnmişdi. N.Tusi
riyaziyyatı və təbabəti də gözəl bilirdi.

1235-ci
ildə Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti gətirən və bir çox
dillərə tərcümə olunan məşhur "Əxlaqi Nasiri” əsərini tamamlayır. Lakin
bir müddət sonra müəyyən narazılığa görə Tusi həbs olunaraq,
ismaililərin əlçatmaz dağ zirvələrində yerləşən "Ələmut” ("Qartal
yuvası”) qalasına aparılmışdır. O, burada sürgün həyatı keçirmişdir.
Nəsirəddin Tusi ismaililərin yanında keçirdiyi 12 ildən bir qədər artıq
müddətdə dözülməz mənəvi sıxıntılarına baxmayaraq, qaladakı zəngin
kitabxanadan istifadə edərək elmi yaradıcılıqla məşğul olmuşdur. Alim
1242-ci ildə tamamladıqı məşhur "Şərh əl-İşarat” (Əbu Əli Sinanın
"İşarat” adlı fəlsəfi risaləsinə şərh) əsərinin sonunda yazırdı: "Mən bu
kitabın əksər fəsillərini olmazın dərəcədə ağır bir şəraitdə yazdım.
Ürək bundan artıq sıxıntı çəkə bilməzdi”. 1253-cü ildə Çingiz xanın
nəvəsi Hülaku xanın Yaxın Şərqə yürüşü başlamışdır. Onun qoşunları 1256
cı ildə "Ələmut” qalasını tutmuş, İsmaililər dövlətinin hakimiyyətinə
son qoymuş, Nəsirəddini və digər alim məhbusları azad etmişdi.
Nəsirəddin Tusi Hülaku xanın şəxsi məsləhətçisi təyin olunmuşdu.
N.Tusinin məsləhəti ilə Hülakü xan Bağdada hücum etdi və oranı ələ
keçirdi.

Hələ
Bağdadda ikən N.Tusi ulduzları müşahidə etmək üçün xüsusi rəsədxananın
tikilməsi üçün hökmdardan razılıq almışdı. 1259 cu ildə Marağa
rəsədxanasının tikintisinə başlayır. Tusi bütün qiymətli kitabların
Bağdaddan Magaraya göndərilməsini tapşırmışdı.Rəsədxana binalarının
tikintisi gedən müddətdə başqa şəhərlərdən, ölkələrdən, alimlər dəvət
olunurdu. 

Tusi
kitabxanada çalışan alimlər üçün zəngin kitabxana düzəltmişdi.
Kitabxanada 400 min əlyazması vardı. Marağa rəsədxanası ( Elm və
müdriklik evi) o dövrdə Şərqdə ilk çoxsahəli elm ocağı idi.

Marağa
rəsədxanasında çalışan əməkdaşların elmi fəaliyyəti və astronomik
müşahidələri "İlxanilərin astronomik cədvəlləri” adlandırılan kollektiv
əsərin yaranmasına gətirib çıxarmışdı. Bu cədvəllərin sonuncusu 1284-cü
ildə, artıq Nəsirəddinin vəfatından sonra tərtib edilmişdi.

Çağdaş
tədqiqatçıların bir çoxu Nəsirəddin Tusini hər şeydən öncə,
riyaziyyatçı hesab edir. Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin
Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynamışdır.
1594-cü ildə Romada ərəb, sonra isə latın dilinə tərcümədə çap olunan
"Evklid "Başlanğıc”ının təsviri” əsəri Tusi ideyalarının Avropada
yayılmasında böyük iş görmüşdür.

Ensiklopedik
alim Nəsirəddin Tusinin bir çox əsərləri əsərləri dünyanın müxtəlif
kitabxanalarında mövcuddur. Bunlara Bakı, Paris, Berlin, Vyana, Oksford,
Kembric, Leypsiq, Münhen, Florensiya, Qahirə, İstambul, Moskva,
Sankt-Peterburq, Kazan şəhərlərinin muzey və kitabxanalarında rast
gəlmək mümkündür.

İlk əxlaq dərsliyi olan "Əxlaqi- Nasiri” əsəri 700 ildən çoxdur ki,müsəlman ölkələrində dərslik kimi istifadə olunur.

AMEA-nın
müxbir üzvü Zakir Məmmədov Nəsirəddin Tusinin irsini araşdırarkən
mənbələr əsasında belə bir faktı qeyd edir ki, 1266-cı ildə Marağa
rəsədxanasında N.Tusi ilə bir yerdə çalışan azərbaycanlı mühəndis
Kəriməddin Əbubəkr Mahmud oğlu Səlmasinin düzəltdiyi cihazlar arasında
içiboş yer kürəsi modeli də varmış. Üzərində iqlimlərin təsviri verilmiş
bu fiqur coğrafi qlobus idi. Bununla da Zakir Məmmədov elm aləmində ilk
coğrafi qlobusun alman alimi Martin Böhaymın (1459-1507) hazırlaması
haqqında fikri elmi fakt əsasında təkzib etmişdir.

Professor
H. C. Məmmədbəyli də, belə bir ehtimal irəli sürmüşdür ki, o dövrün
astronom və coğrafiya mütəxəssisləri hələ Kolumbdan çox-çox qabaq Qərb
yarımkürəsində sonralar Amerika adlandırılmış materikin varlığından
xəbərdar imişlər. 

Ayda dahi astronom N.Tusinin adı ilə adlandırılmış yer vardır.

Dünya şöhrətli alim bütün həyatını , bilik və bacarığını elmə həsr etmiş ,1274 cü ildə Bağdad şəhərində vəfat etmişdi.

Alimin qəbri üzərində bu sözlər yazılıb: "Elmin köməkçisi,elm ölkəsinin şahı.Dövrün anası belə oğul hələ doğmamışdır”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!