Fridrix Nitsşe: Böyük məhəbbət bədbəxtlik gətirir

Fridrix Nitsşe: Böyük məhəbbət bədbəxtlik gətirir
Maraqlı məlumatlar
10.09.2017 47
"Mənim
yazılarımla nəfəs alan hər kəs yaxşı bilir ki, bu ən sağlam, ən ali
havadır. Onun üçün yaradılmaq lazımdır, əks təqdirdə, soyuqlaya
bilərsən. Buz yaxındadır, dəhşətli tənhalıq, fəqət bütün əşyalar gün
işığında necə də sakit uyuyur! Nəfəs almaq asandır, asan!”

 

Böyük
alman filosofu Fridrix Nitsşe ədəbiyyatı və fəlsəfəni sevən insanların
əksəriyyəti üçün əhəmiyyətli obraz olub. Maraqlıdır ki, Nitsşe öz
ölümündən sonra uzun müddət bir çox ölkələrdə rəsmi və ya gizli şəkildə
qadağan olunub. Onun adı hələ də faşizm ideologiyası, satanizm və digər
radikal təlimlərlə assosiasiya olunur. Lakin bu dahi şəxsiyyətin
fikirlərinin dünya sivilizasiyasının inkişafına təsir göstərdiyini heç
kim inkar edə bilməz. Nitsşe özündən sonrakı filosof, yazar, siyasətçi,
musiqiçi və digər peşələrin insanları üçün böyük irs qoyub.

 

Digər tərəfdən, bir çox qabaqcıl ziyalılar onun yaradıcılığının məhvedilməz romantizmin bir qolu olduğunu hesab edir.

 

Fridrix Nitsşe fəlsəfəsi gözəl şəraba bənzəyir. Onları zaman keçdikcə daha dərindən dərk edirsən... 

 

Həyat prinsipləri haqqında:

1. Ölüm o qədər yaxındır ki, hətta həyatdan qorxmağa belə fürsət tapmırsan.

2. Əgər siz fəaliyyətə keçmək qərarına gəlmisinizsə, onda şübhələrə açılan bütün qapıları bağlayın.

3. Özün haqqında çox danışmaq, özünü gizlətməyin bir üsuludur.

4.
Divlərlə döyüşən adam onlar kimi yırtıcıya çevrilməmək üçün ehtiyatlı
olmalıdır. Və əgər siz uzun müddət uçuruma baxırsınızsa, onda uçurum da
sizə tərəf gəlir. 

5. Allah öldü: İndi biz fövqəlbəşər kimi yaşamaq istəyirik.

6. Ən böyük hadisələr bizim səs-küylü anlarımız deyil, ən susqun vaxtlarımızdır.

 

Məhəbbət haqqında

7. Fərd nə qədər azad və güclüdürsə, onun məhəbbəti bir o qədər tələbkar olur.

8. Sevgi uğrunda atılan hər addım xeyir və şər xaricindədir.

9. Sizi ağrıdan xilas etməyin iki yolu var: ölüm və ya əbədi sevgi.

10. Cavabsız qalmış sevgi yox, qarşılıqlı və böyük məhəbbət bədbəxtlik gətirir.

11. Səni sevirəmsə, bundan sənə nə?

 

Qadınlar haqqında

12. Qadın Tanrının ikinci böyük səhvidir.

13. Əsl kişi iki şey istəyir: təhlükə və oyun. Bu səbəbdən, ən təhlükəli oyuncağı kimi qadını axtarır.

14. Kişi xoşbəxtliyi "Mən istəyirəm!”, qadın xoşbəxtliyi isə "O istəyir!” səslənir.

 

İnanclar haqqında

15. Hətta Allahın da öz cəhənnəmi var. Bu, onun insanlara olan sevgisidir.

16. İnanc həqiqəti bilmək istəməməkdir.

17. Mövcudluğuna bəraət qazandırmaq istəyən şəxs, şeytan qarşısında Tanrının vəkili ola bilməyi də öyrənməlidir.

18. Xristianlıq anlaşılmazlıq üzərində yaradılıb. Əslində, bir xristian adam olub, o da xaçın üstündə ölüb.

 

Əxlaq haqqında

19. Qatı yalançılığın bir dərəcəsi var. Onu "təmiz vicdan" adlandırırlar.

20.  Yıxılanı, üstəlik, itələmək lazımdır.

21.
Adam və ağacla eyni hadisə baş verir. Onların hər ikisi nə qədər
yuxarı, işığa doğru can atırsa, onun kökü yerə, daha dərinə gedir və
zülmətə savaş açır.

22. Öz əxlaqsızlığından utanmaq  pilləkənin ilk pilləsidir, o pilləkənin zirvəsində isə öz əxlaqından xəcalət çəkəcəksən. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!