Qədim dövr

Qədim dövr
Maraqlı məlumatlar
10.09.2017 22
Qədim dövrü

Daş dövrü

Azərbaycanda 2 milyon 700 min il bundan öncə başlayaraq eramızdan əvvəl 4-cü minilliyə qədər davam etmişdir. Daş dövrü üç mərhələdən – paleolit dövrü (qədim), mezolit dövrü (orta) və neolit dövründən (yeni daş dövrü) ibarət olmuşdur. Təxminən 700 min il əvvəl insanlar od
əldə etməyi öyrənərək, özlərini soyuqdan qorumağa, yemək bişirmək, əmək
alətlərini düzəltməyə başladılar. 400-300 min il öncə Azərbaycanda
məskunlaşmış ibtidai insanların təkamülündə yeni mərhələ başlanır. Azıx mağarasında
aşkar olunmuş ibtidai insan-neandertalın çənə sümüyü (təxminən 350 min
il öncə) buna əyani sübutdur. 100-30 min il öncə ölkə ərazisində orta
paleolit dövrü yaşanmış və bu ərəfədə qədim insanların ibtidai icma
quruluşu formalaşmışdır. Həmin dövr Tağlar mağarasındakı
arxeoloji tapıntılar əsasında tədqiq edilmişdir. Bu zaman insanların
əsas məşğuliyyəti ovçuluq və yığıcılıq idi. Eyni zamanda Azərbaycanda
yaşayan insanlar artıq o dövrdə qonşu ərazilərin sakinləri ilə mübadilə
xarakterli əlaqələr qura bilmişdilər.

Paleolit dövrü

30-10
min il öncə Azərbaycanda son paleolit dövrü mövcud idi. İnsanlar artıq
yalnız mağara və zağalarda deyil, həmçinin müxtəlif çay vadilərində
tikdirdikləri yaşayış məskənlərində məskunlaşmağa başlayırlar. Məhz bu
dövrə qəbilələrin formalaşması, ilkin incəsənət və etiqadların(sitayiş,ibadet)
yaranması təsadüf edir. Əmək alətləri bu zaman yalnız daşdan deyil,
həmçinin müxtəlif heyvan sümüyündən də istehsal edilirdi.

Mezolit dövrü

Mezolit
Azərbaycanda er.əv. 11–8-ci minillikləri əhatə edir. Artıq bu dövrdə
əkinçilik və heyvandarlığın ilkin formaları yaranır. Bu dövr başlıca
olaraq Qobustandakı
qaya üstü rəsmlər və arxeoloji tapıntılar əsasında tədqiq edilib. Yer
üzündə ibtidai insanın ən zəngin "muzeylərindən" biri sayılan bu ərazidə
altı minəcən qayaüstü rəsm və ona yaxın qədim insan düşərgəsi aşkar
edilmişdir. Bu rəsmlərdə o dövrkü adamların məşğuliyyəti, əmək
fəaliyyəti, ov və balıqçılıq səhnələri, ayin və etiqadları öz əksini
tapmışdır. Arxeoloji materiallar və rəsmlər sübüt edir ki, artıq bu
dövrdə insanlar ox və kamandan istifadə etməyi bilirdilər.

Neolit dövrü

Neolit Azərbaycanda er.əv. 7ci minilliyə təsadüf edərək Qobustanın və Həsənlutəpə (Cənubi Azərbaycan)
arxeoloji materialları timsalında tədqiq edilmişdir. Bu dövrdən ibtidai
insanlarda istehsal xarakterli təsərrüfat formalaşır, arxaik (primitiv)
saxsı məmulatının hazırlanması başlanır.

Eneolit dövrü

Er.əv.
6-4-cü minilliklərdə Azərbaycan ərazisində eneolit mövcud idi. Bu zaman
oturaq əkinçilik formalaşır, insanlar həyət təsərrüfatı tikililərinə
malik olan evlərdə yaşamağa başlayırdılar. İnsanlar arpa, buğda və digər
bitkiləri yetişdirməyi bacarır, sənətkarlıqla (daş və sümükdən əmək
alətlərinin istehsalı, heyvan dərilərinin emalı, saxsı məmulatlarının
hazırlanması və s.) məşğul idilər. Bu dövrə arxaik tipli incəsənət
nümunələrinin (gildən hazırlanmış müxtəlif tipli qadın heykəlləri, bəzək
əşyaları vəs.) düzəldilməsi təsadüf edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!