Tunc və dəmir dövrü

Tunc və dəmir dövrü
Maraqlı məlumatlar
10.09.2017 39
Tunc dövrü

Arxeoloji tapıntılar (Mingəçevir Diyarşünaslıq muzeyi)



Tunc xəncər, e.ə. I min., MTMDK 1529

Tunc balta, e.ə. II min., MTMDK 24

Tunc
dövrü Azərbaycanda er.əv. 4-1 minillikləri əhatə edir. Tayfa və qəbilə
ittifaqlarının yaranması elə bu ərəfədə başlanır. İnsan məskənlərinin və
ümumi əhalinin sayı durmadan artır. Kiçik və Orta Asiya, Mesopotamiya və Şimali Qafqazla ticarət
və digər əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycanda erkən tunc
dövrü Kür-Araz arxeoloji mədəniyyətinə aid tapıntılar əsasında dərindən
öyrənilmişdir. Bu mədəniyyət təkcə Azərbaycanı deyil, həmçinin Cənubi və
Şimal-Şərqi Qafqazı və Kiçik Asiyanın şərq ərazilərini də əhatə edirdi.
Bu dövrdə insanlar yumşaq misi xüsusi sobalarda əridib onu qalayla qatışdıraraq tunc əldə
etməyi öyrənirdilər. Tunc misdən daha bərk olduğuna görə tezliklə əmək
alətləri, silah və bəzək əşyaları məhz bu materialdan hazırlanmağa
başlanır. Bu dövrə həmçinin əkinçilikldə süni suvarma sisteminin
formalaşması, bağçılıq təsərrüfatının təkamülü, heyvadarlıqda həm iri,
həm də xırda buynuzlu heyvanların saxlanması, atçılıq iti sürətlə
inkişafı təsadüf edir. Sənətkarlıqda metal işləmə, zərgərlik, müxtəlif
növ parça istehsalı və toxuculuq kimi yeni sahələr formalaşaraq
yayılmağa başlayır. Orta tunc dövründə (er.əv. 3-2 minilliyin 1-ci
yarısı) möhkəm müdafiə istehkamlı iri yaşayış məntəqələri əmələ gəlir.
Bu məntəqələrdəki yaşayış evləri, bir qayda olaraq düzbucaq formasında
olub bir neçə otaqdan ibarət idi. Məhz bu dövrə müxtəlif tayfa
ittifaqarının yaranması və onlar arasında savaş və hərbi münaqişələrin
geniş vüsət alması təsadüf edir.

Azərbaycanın ən qədim tayfa ittifaqları

Azərbaycanın
ən qədim tayfa ittifaqları haqqında ilk məlumata er.əv. 23-cü yüzilliyə
aid şumer-akkad yazılı mənbələrində rast gəlinir. Bu mənbələrdə
Azərbaycanda mövcud olmuş kuti, lulubi və hurri tayfa ittifaqları haqqında bəhs edilir. Məlum olur ki, Akkad hakimi Naramsinin dövründə (er.əv. 2236-2200) kutilər Mesopatamiyaya soxulmuş, onların başçısı Enridavazar akkad
qoşununu məğlub edərək ölkənin cənub əyalətlərini zəbt etmişdi.
Təxminən bu hadisələrdən bir əsr sonra Azərbaycan ərazisində yaranmış
yeni tayfa ittifaqı lulubilər kutiləri özlərinə tabe etdirdilər. Lulubeylərin əsas əraziləri Urmiya gölü ətrafında
olmuşdur. Lakin sonradan onlar öz ərazilərini İran körfəzinə qədər
genişləndirə bildilər. Bu tayfa ittifaqının ən parlaq dövrü er.əv. 2
minilliyə təsadüf edir. Hətta qüdrətli Assuriya dövlətini də lulubeylərdən olan sülalə idarə edirdi. Daha sonra tarixin səhnəsinə hurritlərin ittifaqı gəlir.

Hələ
er.əv. III minilliyin sonuncu rübündə onların yazısı mövcud olmuşdur.
Bu tayfa ittifaqı uzun sürən müharibələr nəticəsində Kiçik və Orta
Asiyanın geniş ərazilərini özünə tabe etdirməyə müvəffəq oldu. Eyni
zamanda Azərbaycanda kassit tayfaları da mövcud idi. Er.əv. 2 minilliyin
əvvəlində kassitlər Babilistanı
işğal edərək burada 500 ildən artıq hökmranlıq etmişdilər. Artıq er.əv.
2 minilliyin ikinci yarısında er.əv. 1 minilliyin əvvəllərində ölkədə
ibtidai icma münasibətləri süquta yetir və ilk sinfi quruluş quldarlıq
formalaşmağa başlayır.

Dəmir dövrü

Bu dövr ölkədə Xocalı – Gədəbəy, Talış – Muğan, Naxçıvan və Qayakənd –Quruçay arxeoloji
mədəniyyətlərinin materialları ilə təmsil olunmuşdur. Azərbaycanda
ilkin şəhər-dövlətləri yaranır, təsrrüfatın demək olar ki, bütün
sahələri sürətlə inkişaf edirdi. E.ə. 13-12 yüzilliklərdə ölkə
ərazisində dəmir dövrü başlanır. Bu ərəfədə sinfi cəmiyyətin
yaranmasının təməli qoyulur. Həmin zaman Urmiya gölü ətrafında Zamya, Karalla, Gilzan, Andia, Zikertu və s. kimi kiçik siyasi birliklər peyda olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!