İnsanı onlar qocaldır

İnsanı onlar qocaldır
Maraqlı məlumatlar
10.09.2017 10
Təlaş
və qorxunun, depressiyanın geniş yayılmış forması olan fobik təlaş
yaşayan insanlar heç bir səbəb olmadan yüksəklikdən, insanların çox
olduğu yerdən və s. qorxurlar. Belə insanların orqanizmlərindəki
telomerlərdə fəsadlar yaranır.



Telomerlərin ölçüləri orta yaşlı və yaşlı qadınlarda daha qısa olur.

ABŞ-ın
Boston şəhərindəki Qadın Hospitalının psixiatrı, professor Oliviya
Okereke qocalma prosesinin detallarını, habelə stressin yaşlanmaya necə
təsir etdiyini müəyyənləşdirmək üçün tədqiqatlar aparıb.



Məlum olub ki, stress və təlaş insan orqanizmində qocalmanı sürətləndirir, bu zaman telomerlər müstəsna rol oynayır.



Telomer orqanizmdə xromosomların qılafındadır və DNT-n təhlükədən qoruyur. İnsan yaşlaşdıqca telomerlər də qısalır.

Eyni yaşdakı insanlardan telomerləri qısa olanlarda xərçəng, ürək-damar xəstəlikləri, depressiya və ölüm riskləri daha çox olur.



Professor
Okereke yaşları 42-69 arasında olan 5243 qadın üzərində müşahidələr
aparıb. Məlum olub ki, daha çox fobiyası olan qadınlarda telomerlər daha
qısa olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!