Ölümün 3 ay əvvəldən başladığını bilirsinizmi?

Ölümün 3 ay əvvəldən başladığını bilirsinizmi?
Maraqlı məlumatlar
10.09.2017 12
Ölüm
dünya yaranandan insanları ən çox qorxudan məsələdir. Nə qədər qorxulu
olsa da, bu reallıqdır. Bəs ölüm haqqında nə bilirik? Məsələn, ölümün
bir anda deyil, 3 ay əvvəldən başladığını bilirsinizmi?



Əvvəlcə insanlar ölümü qavrayıb və öz ölümünə inanır. Daha sonra bu barədə düşünməyə başlayır, sanki kəşf etməyə hazırlaşır.

 

Ölümə 1-3 ay qalmış

Bir
insan ölümə yaxınlaşdığını hiss edib və onu qəbul etməyə başlayanda
ətrafından uzaqlaşır. Dünyadan sanki uzaqlaşma mərhələsinə başlayır.
Dostları, qonşuları və hətta ailə üzvləri ilə belə görüşmək istəmir.
Qonaq getməyi istəmədiyi kimi, qonaq qəbul etməyi də istəmir. Daim
keçmişi və yaşadıqları barədə düşünür.

 

Ölmək
üzrə olan insanların iştahı azalır və arıqlayırlar. Əvvəllər olduğu
kimi artıq yediyi yeməklərdən ləzzət almır.  Bir vaxtlar ona əyləncəli
görünən hadisələr, işlər artıq maraqsız görünməyə başlayır. Ancaq yatmaq
istəyir. Bu zaman insan yemək yeməsə belə özlərini ac hiss etmir. Bu
ölümə gedən yolun başlanğıcıdır.

 

Ölümə 1-2 həftə qalmış

Bu
dövrdə insan günlərini yatmaqla keçirir.  Onun ətrafdakıları dərk etmək
qabiliyyəti dəyişir. Gizli düşmənlərinin olduğunu düşünür və daim
məğlub olacağı kimi düşüncələrə qapılır.  Bəzən yanında olmayan
insanlarla danışır. Adətən danışdığı adam ölmüş biri olur.
Hərəkətlərində isə heç bir məqsəd olmur. Çünki onlar getdikcə dünyadan
uzaqlaşırlar.

Ruhi
dəyişikliklərlə yanaşı bəzi fikizi dəyişikliklər də olur.  Bədən
temperaturu, qan təzyiqi azalır,  nəbz bəzən yavaş, bəzən isə çox
sürətli vurur. Tez-tez tərləyir. Dərisinin rəngi dəyişir. Solğun,
maviyəçalan bir rəng alır. Xüsusən də, bu dəyişiklik dodaqlarda və
dırnaqlarda olur.

 

Nəfəs
alma da dəyişir. Nəbz kimi o da bəzən çox sürətli, bəzən isə zəif olur.
Danışmaq qabiliyyəti azalır, sonda tamamilə dayanır.

 

Ölümə bir neçə gün və ya saat qalanda

Bu
zaman sanki aylardır olmadığı qədər insan özünü güclü hiss edir.
Yataqdan qalxır, yaxınları ilə daim danışmaq və ac qaldığı günlərin
əvəzinə daha çox yemək istəyir. Bu enerji ölən adamın son fiziki
ifadələridir.

 

Nəfəs alma tədricən daha nizamsız və yavaş olur. Tez-tez nəfər almadan sonra birdən tamamilə nəfəs kəsilir.

 

Əllər
və ayaqlar bənövşəyi rəng olur, ləkələr yaranır, bu ləkələr yavaş-yavaş
digər üzvlərdə də hiss olunur. İnsan yavaş-yavaş ərtafdakılara reaksiya
vermir. Gözləri açıq olsa da, ətrafı görə bilmir. İnanclara görə, bu
zaman sevdiyi şəxslərin yanında oturub onunla danışması tövsiyə edilir.

 

Sonunda nəfəs tamamilə kəsilir, ürək dayanır, artıq ölüm baş veribскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!