İlk Azərbaycan dövləti

İlk Azərbaycan dövləti
Maraqlı məlumatlar
10.09.2017 29
Er.əv. 9-cu yüzillikdə Urmiya sahillərində ilk Azərbaycan dövləti adlandırıla bilən Manna yaranır. Onun baş şəhəri İzurtu olmuşdur. Artıq er.əv. 8 əsrdə Manna Asiyada mühüm siyasi qüvvə rolunu oynayırdı. Dövlətin ən parlaq dövrü hökmdar İranzunun hakimiyyəti illərinə təsadüf edir. Bu zaman Mannaya indiki Azərbaycanın bütün cənub və bəzi şimal (Naxçıvan) əraziləri tabe idi. İranzunun varisləri Aza və Ullusuna müxtəlif
dövlətlərlə hərbi ittifaqlar yaradaraq öz ərazilərini genişləndirməyə
çalışırdılar. Belə ki, er.əv. 714-cü ildə Ullusuna Assuriya dövləti ilə ittifaqda Urartunu məğlub
edə bilmişdir. Lakin bunun ardınca Manna dövləti getdikcə tənəzzülə
uğramağa başlayır. Sonuncu dəfə bu dövlətin adına er.əv. 616-cı ilə
təsadüf edən "Hedda salnaməsində" rast gəlinir. Beləliklə, yaşı 3 min
ildən artıq olan Azərbaycan dövlətçiliyinin ilkin nümunəsi Manna dövləti
olmuşdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!