2015-ci ildə üstü açılmayan 10 sirr

2015-ci ildə üstü açılmayan 10 sirr
Maraqlı məlumatlar
10.09.2017 6
2015-ci il elə də asan bir il olmadı. Dünyanın dörd bir tərəfində baş verən hadisələrin 10-nun sirri hələ də açılmayıb.



1. Hayat Boumeddiene haradadır?

Parisdə "Charlie Hebdo" ofisinə, yəhudi mağazası və polisə
edilən hücum yanvar ayında olmuşdu. Hücumda Amedi Colubali ilə yanaşı,
Hayat Boumeddienenin də adı çəkilib və axtarılırdı. Aradan bir il keçsə
də, Hayata aid bir iz tapılmayıb. Sadəcə Parisdən qaçıb Türkiyədən
keçməklə Suriyaya getdiyi təxmin edilir. İŞİD-ə aid bir jurnalda Hayatın
Suriyada olduğuna dair xəbər verilmişdi.



2. Bir neçə gündə 120 min antilop necə öldü?

May ayında Qazaxıstanda 120 min antilopun cəsədi tapıldı. 120
min heyvanın təxminən 15 gündə öldüyü müəyyən edilib. Ölümlərə bakteriya
infeksiyasının səbəb olduğu deyilsə də heç bir nəticə əldə edilməyib.
Tək məlum olan əvvəlcə dişi və bala antilopların öldüyüdür. Buna görə də
antilopların südündən də şübhələniblər.



3. Həbsxanadan qaçan El Çapo haradadır?

İyul ayında dünyanın ən təhlükəli narkotik maqnatlarından olan
"El Çapo" ləqəbli Joachin Quzman Meksikadakı bir həbsxanadan qaçıb.
Qaldığı kameranın altından 1,5 kilometrlik tunel tapılmışdı. Quzmanın
tuneli motosikletlə keçib bir tikintiyə çıxdığı və oradan da yoxa
çıxdığı məlum olub. Keçən müddətə baxmayaraq heç bir iz tapılmayıb. 



4. Kabus gəmilər

Son 3 ayda Yaponiya sahillərində tərk edilmiş çox sayda taxta
gəmi ortaya çıxıb. Hamısında da çox sayda çürümüş cəsəd tapılıb.
Gəmilərin Şimali Koreyadan gəldikləri ehtimal edilir, amma hələ bu sübut
edilməyib. Tək məlum olan 2015-ci ildə 30 belə gəminin tapıldığıdır. 



5. Salah Abdeslam hardadır?

13 Noyabrda Parisdə baş verən və 130 nəfərin öldüyü hücumları
planlaşdırdığı iddia edilən 26 yaşlı Salah Abdesslam bütün səylərə
baxmayaraq tapılmadı. Onun da Hayat Boumeddine kimi Suriyaya qaçdığı
ehtimal edilib. 



6. Bov Bergdahl hara getdi?

Barak Obama 2014-cü ilin may ayında Talibanın əlində 5 il əsir
olan Amerika əsgəri Bov Bergdahlın azad edildiyini açıqlayıb. Əsgərin
Quantanamodakı 5 Taliban üzvü ilə dəyişdirildiyi bildirilib. Azad
edildikdən sonra Bergdahldan heç bir xəbər gəlmədi. Daha sonra bir
filmdə adı çəkildikdən sonra onun Amerika ordusu tərəfindən həbs
edildiyi məlum oldu. Bu açıqlama yeni sirləri ortaya çıxardı. Əslində
Bergdahl qaçırılmayıb, özü qaçıb? 



7. Saturnda həyat var?

Oktyabr ayında NASA-nın Cassini kosmik gəmisi Saturnun peyki
Enceladusda okean olduğuna dair məlumat topladı. Bu məlumat peykdə həyat
olub-olmadığına dair iddiaları ortaya çıxardı. Təxminən 500 km ölçüyə
sahib peykin tamamilə sudan ibarət olduğu ehtimal edilir. Alimlər buzla
örtülü olan üst səthin altında 10 km dərinlikdə okean olduğu
fikrindədirlər. Buz altında qalan və üst hissəyə nəzərən alt hissənin
daha isti olduğunu düşünən elm adamları okeanda mikroskopik ölçüdə
canlıların yaşamasının mümkün olduğunu düşünürlər. Amma bunların konkret
nəticələr olması üçün yeni məlumatlar lazımdır. 



8. 8 min illik tapmaca

NASA Qazaxıstanın çöllərində tapılan nəhəng geoqliflərin 700 km
yüksəklikdən çəkilən görüntülərini yayımlayıb. Qazaxıstan çöllərində
2007-ci ildən bəri sadəcə havadan görünəndə forması məlum olan təxminən
260 ədət həndəsi fiqur, kvadrat, xaç və dairələr var. Fiqurların ən
böyüyü 6 - 10 min il əvvələ aid Neolit dövründə salınan yaşayış
məntəqəsi ərazisində tapılıb. Bu fiqurların sirri hələ də tapılmayıb. 



9. Malayziya təyyarəsi hələ də tapılmayıb

2014-cü ilin sirri Malayziya hava yollarına aid MH370
təyyarəsinin sirri 2015-ci ildə də açılmadı. Hələ də harada olduğu məlum
olmayan təyyarəyə aid olduğu ehtimal edilən bəzi hissələr tapılıb. Amma
sərnişinlərə aid heç bir iz tapılmayıb. 



10. NASA-nın təsbit etdiyi görüntülər

Oktyabr ayında NASA daha əvvəl kosmosa göndərilən bir peykə aid
parçaların Hind okeanının Şri-Lanka sahilinə düşdüyü anı lentə
aldıqlarını açıqlayıb. Video bir neçə saat sonra NASA rəsmiləri
tərəfindən yayımlanıb. NASA-nın açıqlamasına görə, peykin parçaları Yer
üçün heç bir təhlükə yaratmır. Amma bu məlumat təsdiqlənməyib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!