Zibillikdən süfrəyə gələn məhsul

Zibillikdən süfrəyə gələn məhsul
Maraqlı məlumatlar
10.09.2017 10
İndi
hər hansı evə daxil olub, evinizdəki plastik tərkibli nə varsa
qapınızın ağzına toplayın desək, yəqin ki, hər evin qarşısında böyük bir
təpə alınar. Bu mənzərə qəribə olduğu qədər həm də düşündürücüdür.
Televizorlar, telefonlar və digər ev alətləri ilə yanaşı, qidaların bir
çoxu-qatıq, süd, müxtəlif şirələr hamısı plastik qablarda evimizə daxil
olur. Həmin qabların haradan, necə gəldiyindən xəbərimiz varmı? Onların
əksəriyyəti təkrar istifadə edilmiş məhsullarıdır. 

Şirə,
su qablarının üzərindəki ləkələr, yanlış yapışdırılmış etiketlər
istehsalçıları ələ verir. Bu həmin məhsulların kustar üsulla
hazırlanması, yenidən istifadə olunmasını göstərir. Bazarlarda satılan
bir çox şirə, suların qablaşdırıldığı qablar istər plastik, istərsə də
şüşədən olan su qabları vannalarda, soyuq su ilə yuyulur və müxtəlif
şirələr, su ilə doldurularaq istifadəyə verilir. Plastik qabların
yenidən istifadəsi qadağan olunsa da, şüşə qablar dəfələrlə istifadəyə
yaralıdır. Ekspertlərin fikrincə, həmin qablar adətən zibilliklərdən
toplanır. Çünki onların toplanması ilə məşğul olan konkret bir qurum
yoxdur. 



Bəs bu qabların yenidən istifadəsi hansı problemlər yaradır?

Plastik
qabların açıq yerə atılması qadağandır. Təbiətə atılan bu maddələr çox
gec məhv olsa da, onun tərkibindəki kimyəvi maddələr torpağı zəhərləyir.
Amma iş bununla bitmir, həmin maddələr torpaq qatlarında süzülür, suya
qarışır. Bu gün bir çox sahibkarın işini asanlaşdıran plastik qablar,
nəinki indiki, hətta əsrlər sonra yaşayacaq nəsli də zəhərləyir.

Amma
biz bu dəfə daha çox müasir nəsli gözləyən problemlərə toxunacağıq.
Qabların gigiyenik normalara cavab vermədən yenidən istifadəsi bir sıra
xəstəliklərin artmasına şərait yaradır. Plastik qablardan istifadədə isə
zərər daha çox olur. Bu qablardan istifadə etməklə istehsalçılar onsuz
da yetərincə qənaət etmiş olurlar. Qabları yenidən istifadə etməklə isə
demək olar ki, zərərsiz gəlir götürmüş olurlar. Amma bu addımların
zərərini istehlakçılar çəkir. Gigiyenik tələblər bir tərəfə, ikinci dəfə
istifadə olunan plastik qabların tərkibində Bisfonol A maddəsi yaranır
ki, bu ilk növbədə cinsi hormonları zəiflədir, eyni zamanda köklük,
astma-bronxit, diabet, ürək-damar xəstəlikləri, qadınlarda süd vəzi,
kişilərdə prostat xərçəngi riskini artırır. Ən önəmli məqam bu qablardan
istifadə genetik dəyişikliklərə səbəb olur. 



Zibillikdən süfrəyə



Su
istehlakçıları Birliyinin sədri Dövlət Məmmədov da istehlakçıların
yararsız su qablarından şikayət edirlər. Keyfiyyətsiz qablar yenidən
istifadənin bir göstəricisidir. Çünki həmin qablar əllə yuyulur. 

"Bazarlarda
zibilxanalardan toplanmış qablarda satılan sular var. Həmin sexlərdə
olarkən isə hamısının uyğunluq sertifikatının olduğunu müəyyən edilir.
Amma onu necə aldıqları bəlli deyil. Böyük istehlakçılar tələblərə əməl
etsələr də, kiçik müəssisələrin həkimlər və uyğunluq sertifikatı
verənlər qanunsuzluqlara göz yumurlar. Hər hansı sex tələblərə cavab
vermədiyinə görə cərimələnirsə, onlara sertifikat verən həkim, qurumlar
da cəza almalıdır. Plastik qablarda nəinki su istehsalında, hətta digər
sahələrdə də istifadəsi qadağandır. Çünki onların tərkibindəki Bisfonol A
maddəsi var ki, o da Günəş şüaları, isti su ilə təmasda olanda yaranır.
Ürək xəstəlikləri, diabet xəstəliyini artırır, nəsil artımını azaldır”.



D.
Məmmədov onu da bildirdi ki, sexlərin heç birində qabların yenidən
istifadəsinə imkan verəcək avadanlıqlar yoxdur. "Bu qablar kustar
üsullarla yuyulur. Həmin avadanlıqların yuyulması isə 7-10 mindən artıq
deyil. Zibillikdən toplanmış qablardan təmizlənmədən yenidən istifadəsi
bir çox xəstəliklərin yayılmasına səbəb ola bilər. Şirələrlə yanaşı
içməli suyun satıldığı plastik qablar da təkrar istifadə olunur. Bu
qablar iki cür olur-plastik olanlar ikinci dəfə istehsala
verilməməlidir, polkarbonat yarımşüşə qablar var ki, onlar
təmizləndikdən sonra istifadə edilə bilər”. Onun sözlərinə görə, iri
zavodlarda həmin qablar 70-80 dərəcə isti su və buxarla yuyulmalıdır. 



Bu fikirlər əsassızdır

Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsində isə ekspertin fikirləri
ilə razılaşmadılar. Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı
bu iddiaların əsassız olduğunu bildirdi:"Bu sexlərin hamısına sertifikat
verilib. Sertifikatı Komitənin akkreditasiya etdiyi müvafiq orqanlar
verir. Amma bu faktlar aşkar olunsa belə, komitə həmin orqanlar
qarşısında sertifikatın ləğvi ilə bağlı məsələ qaldırır. İndiyə kimi
aparılan yoxlamalar zamanı bu üsullarla məhsul istehsal olunan 1%-ə
qədər sertifikatlı məhsul aşkar olunub. Bu zaman sertifikat verən
qurumların akkreditasiya attestatının geri alınması barədə məsələ
qaldırılır. Bir neçə dəfə bu cür fakt müşahidə olunub. Bir neçə il əvvəl
tikinti materiallarını akkreditə edən qurumun qanunsuz olaraq
sertifikat verdiyi aşkarlandı və bu hüququ alınır”.



F.
Talıblı bu vaxta qədər plastik qabların yenidən istifadə olunması
aşkarlanmadığını bildirdi. Bəzi spirtsiz işçilərin süşə qablarının
yenidən istifadə edilərkən yuyulma şərtlərinə əməl edilmədiyi
aşkarlanıb. Bu vaxta qədər bir neçə müəssisədə aşkarlanmış faktlara görə
cərimələnib. Soyuq su, çirkli vannalarda yuyulan qabların təkrar
istifadəyə verdikləri məlumdur.



Plastik qab isti havada qalarsa

Azad
İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə qablaşdırma sahəsində
problemlərin olduğunu bildirdi:"İqtisadi İnkişaf Nazirliyi qablaşdırma
ilə bağlı işçi qrup yaradıb. İstehlakçı hüquqları, bazarı yaxşı qorunan
ölkələrdə plastik qablar, strec filmlərin PVC növləri qablaşdırma növü
kimi istifadəsi qadağan olunub. Plastik qablar kimyəvi üsulla əldə
olunmuş polietilen əsaslı qablardır. Bir çox ölkələrdə bundan inkar
olunub. Dünya Su Konqresinin açıqlamalarına görə, içərisində su olan
plastik qablar isti havada qalarsa, qab əzilərsə onun tərkibindəki
kimyəvi maddələr su ilə qarışır və sağlamlıq üçün zərərli olur. Çox
təəssüf ki, bizdə plastik qablardan istifadə geniş yayılıb. Bu qablardan
istifadə qadağan olunsa da, biz eyni qabı dəfələrlə istifadə edirik. Ev
şəraitində həmin qablarda turşular qoyur, hətta uşaqlara yemək
verilir”.

 E.Hüseynov
onu da bildirdi ki, plastik qabın üzərində zənbilə qutu atan insan
şəkli verilib. Bu həmin qabın açıq yerə atılmasının qadağan olunduğunu
bildirdi. 

"10
ildən çoxdur ki, ölkəmizdə plastik qabları yığan məntəqələr var. Amma
bu qablar istehsalatdan çıxarılmaqdansa, onlar limonad sexləri, təkrar
istehsalata verilir. Bu isə yolverilməzdir. Yalnız şüşə qabların yenidən
istifadəsinə icazə verilə, bunu gətirən istehlakçılara güzəşt edilə
bilər. Şüşə qabların yenidən istifadəsində heç bir problem yoxdur,
sadəcə gigiyenik tələblərə əməl edilməlidir. Amma təəssüf ki, bizdə bu
tələblər pozulur”.



O,
plastik qabların yenidən istifadə olunmaması üçün istehlakçıların
qabları kəsib, deşmələrini məsləhət gördü.Artıq Amerika, Avropa
ölkələrində artıq plastik qablardan istifadə ildən-ilə azaldılır.
Yaponiyada bu qablardan qadağan edilib, Türkiyədə də qadağan edilməsi
müzakirə olunmaqdadır. Əksinə Asiya, Afrika ölkələrində daha çox
istifadə olunur, baxmayaraq ki, bu qablar isti havada daha zəhərli
olurlar. İnkişaf etmiş ölkələr bir dəfə istifadəsini qadağan etdiyi
qabları, biz dəfələrlə istifadədən çəkinmirik. Üstəlik, bu qablar
zibilliklərdən süfrəyə gəlir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!