Güllər, yoxsa ölüm mənbəyi? - FOTOLAR

Güllər, yoxsa ölüm mənbəyi? - FOTOLAR
Maraqlı məlumatlar
10.09.2017 121
Gülləri
sevməmək mümkün deyil. Bu, xüsusilə də qadınlara aiddir. Lakin
cinsindən asılı olmayaraq, kimi güllərə baxmaqdan zövq alır, kimi
onların ətrini bəyənir, kimi də onlara qulluq etməyi xoşlayır. Lakin elə
güllər var ki, insan həyatı üçün təhlükə mənbəyidir.

 

Xanımotu
("Belladonna") - Bu bitki şeytan giləmeyvəsi kimi də tanınır. Bu gülün
hər bir hissəsi - çiçəyi, yarpağı, kökü, giləmeyvəsi - olduqca
zəhərlədir. Xanımotu tənəffüs sisteminin işini pozur və ürək dayanmasına
səbəb olur. Vaxtilə qadınlar gözlərə xüsusi parıltı vermək məqsədilə
xanımotunun şirəsindən istifadə edirdilər.

 



Krokus
və ya payız zəfəranı - Dünyada ən təhlükəli bitkilərdən biri. Krokusun
zəhərinin əleyhinə heç bir vasitə yoxdur. Bu bitki insanda qan
təzyiqinin kritik həddə düşməsinə və ürək dayanmasına səbəb olur.

 



Çiçəklənən
tatla (dəli bəng, bihuşdarı da deyilir) və ya mələk borusu - Bu gülün
tozları yaddaş pozuntusuna gətirib çıxara bilir. Uzun müddət Avropada bu
gülü zəhərləmək və intihar məqsədilə yetişdiriblər.

 



Üskükotu -
Bu bitkidən bacardığınız qədər uzaq durun. Üskükotundan tibb sahəsində
istifadə olunsa da, bu bitkinin yüksək dozası ölümə səbəb ola bilər.
Üskükotu, əsasən, uşaqlar və ev heyvanları üçün təhlükəlidir.

 



Tiryək
laləsi - Bu bitkidən ağrıkəsici və yuxuverici preparatlar istehsal
olunsa da, onun böyük həcmdə süd şirələri zəhərlidir. ağciyərlərin
imtinasına və ürək dayanmasına səbəb ola bilər.

 



Baldırğan -
Xeyli miqdarda alkaloid tərkibli bu zəhərli çiçəklər insanın sinir
sisteminə təsir edərək ölüm təhlükəsi saçır. Qədim yunan filosofu
Sokratı məhz bu bitkinin zəhəri ilə öldürüblər.

 



İnciçiçəyi -
İnciçiçəkləri çox gözəldirlər, lakin göründükləri kimi zərərsiz
deyillər. Bu zəhərli bitkinin tərkibindəki qlikozidlər ürək
xəstəliklərinə, ürəyin normal fəaliyyətinin pozulmasına səbəb olur.

 



Canavar
giləmeyvəsi ("Daphne") - Çox gözəl ətri var. Lakin bu, gözəllik
aşiqləri üçün əsl tələdir. Bu hiyləgər bitki öz ətri ilə sizi zəhərli
giləmeyvələrinə yaxınlaşdırmaq istəyir. Bu giləmeyvələrdən yeyən insan
ya komaya düşəcək, ya da öləcək.

 



Oleandr -
Subtropik iqlimdə, o cümlədən Qafqazın Qara dəniz sahillərində geniş
yayılıb. Bu kol bitkisi eyni vaxtda həzm, sinir və ürək-damar
sistemlərinə mənfi təsir edir, hətta ölümə yol aça bilir.

 



Südləyən
("Puansettia") - Bu çiçək siyahıda olan digər bitkilərlə müqayisədə elə
də təhlükəli deyil. Lakin onun süd şirəsi davamlı qusma ilə nəticələnən
ağır zəhərlənməyə səbəb olur. Uşaqlardan və ev heyvanlarından uzaq
saxlamaq tövsiyə olunur.

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!