İnternetdən asılılıq

İnternetdən asılılıq
Maraqlı məlumatlar
10.09.2017 15
Britaniyanın
Suonsi Universitetinin və Milan Universitetinin alimləri maraqlı
tədqiqat aparıblar. Onlar sübut ediblər ki, internet-asılılığı insan
orqanizminin immunitetini məhv edir.



Yaşı 18-dən çox olan 500 nəfərdən ibarət
fokus qrupunu sorğu-sual ediblər. Onların azı 40 faizi orta və ya ağır
dərəcəli internet- asılılıqdan əziyyət çəkirmiş. Bir neçə maraqlı qanuna
uyğunluq üzə çıxıb. Əvvələn, şəbəkədən asılı olan insanların 30 faizi
soyuqdəymədən və qripdən daha çox əziyyət çəkir. İkincisi, internetdən
asılı olan istifadəçilər, məsələn, şəbəkə işləməyəndə çox narahat və
stressə qarşı davamsız olurlar. Alimlər hesab edirlər ki, şəbəkəyə
qoşulandan sonra gərginliyin azalması orqanizmdə kortizolun səviyyəsini
güclü surətdə dəyişir. İmmun sisteminin qoruyucu funksiyalarını xeyli
dərəcədə kortizol müəyyən edir.



Bundan
əlavə, internet fanatları başqa adamlarla nadir hallarda canlı ünsiyyət
qurur və deməli, özlərini mikrobların təsirindən qoruyurlar. Belə
təcrid də immuniteti sarsıdır.



Əlavə
etmək olar ki, internetdən asılı istifadəçilər doyunca yatmır, daha çox
siqaret çəkir, spirtli içki içir, idmanla məşğul olmurlar.



Alimlər xəbər verirlər ki, tədqiqat iştirakçılarının çoxu internetdən orta hesabla gündə altı saat istifadə edib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!