Atropatena dövləti

Atropatena dövləti
Maraqlı məlumatlar
10.09.2017 8
E.ə. 321-ci ildə yaranmış Atropatena dövlətinin ilk hakimi Atropat hesab edilir. Araz çayından
cənubda yerləşən əraziləri əhatə edən Atropatenanın paytaxtı Qazaka
idi. Atropatenada əkinçilik, heyvandarlıq və sənətkarlıq yüksək inkişaf
etmişdir.

Ölkədə
iri şəhərlər mövcud idi, ölkədaxili və beynəlxalq ticarət əlaqələri
durmadan inkişaf edirdi. Atropatenada dövlət dini Zərdüştlük olmuşdur.
Er.əvvəl III əsrin 20-ci illərində Artabazanın dövründə ölkənin
əraziləri xeyli genişlənərək Xəzər dənizindən Kiçik Asiyaya qədər böyük bir ərazini əhatə etmişdir. Həmin illərə Parfiya imperiyasının (er.əv.
248-227) güclənməsi də təsadüf edir. Özlərinə Mərkəzi Asiya, Cənubi
Qafqaz, İran və Mesopotamiyanın bir sıra əyalətlərini tabe etdirərək bu
dövlətin hökmdarları qəsbkar siyasət yürüdürdülər. Bu işdə onların əsas
rəqibi nəhəng və qüdrətli Roma İmperiyası (e.ə. 6 – e.5 əsrlər)
olmuşdur. Roma və Parfiya arasında Qafqazı o cümlədən Azərbaycanı özünə
tabe etdirmək uğrunda ardı-arası kəsilməyən müharibələr aparılırdı. İlk
mərhələdə Atropatena Parfiyanın müttəfiqi kimi çıxış etmiş və bu
dövlətlərin birgə səyi nəticəsində romalılar bir neçə döyüşdə məğlub
edilmişdir. Lakin e.ə. 20-ci ildə Atropatenada II Ariabarzan hakimiyyətə
gəlir. O hələ gənc ikən Romada tərbiyə almış və bu səbəbdən onun
pərəstişkarı olmuşdur.

E.ə.
1-ci ildə Roma sərkərdəsi Qay Sezar Ermənistanı zəbt edərək II
Ariabarzanı onun hökmdarı təyin edir. Lakin Ermənistanın Atropatenaya
qatılması və Roma ilə müttəfiq münasibətlər Parfiyanın narazılığına
səbəb oldu ki, bu da yeni müharibənin başlanmasına gətirib çıxardı.
Eramızın 2-ci ilində Atropatena və Roma qoşunu Parfiya və onun
müttəfiqlərinin ordusunu həlledici döyüşdə məğlub etdi. Sonradan
romalıların bu ərazilərə təsiri zəifləyir. Bundan istifadə edən Parfiya
Atropatenanı zəbt edir. Hakimiyyətə Parfiya mənşəli Ərşakilər sülaləsi
gətirilir. Bu şəkildə Atropatena Sasani imperiyasının (er. 224-651)
yüksəlməsinə qədər mövcud olmuşdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!