Qarışqa ən qısa yoldan istifadə edir

Qarışqa ən qısa yoldan istifadə edir
Maraqlı məlumatlar
10.09.2017 18
Yem
tapmaqdan ötrü nəhəng xarici dünyaya yollanan bir qarışqa üçün vaxt çox
dəyərlidir. Ən qısa müddətdə yemi tapmalı və dərhal yuvasına
qayıtmalıdır. Boylarının kiçik olmağına baxmayaraq, qarışqalar bu
vəzifəni yerinə yetirməkdə insanlardan daha müvəffəqiyyətlidirlər…

Qarışqaların yol tapmaq strategiyası

Qarışqalar
yem tapmaq üçün öz instinktlərinə yox, aid olduqları qarışqa
koloniyasının "ortaq zəkasına” etibar edirlər. Bu həmrəylik mühiti
onların hər zaman ən qısa yolları taparaq yuvalarına qısa müddətdə
qayıtmalarını təmin edir. Bəs necə?

Yem
tapmaq üçün yuvadan çıxan qabaqcıl qarışqalar  yol boyunca yem
qaynağının yerini işarələyən bir feromon1 (qoxu izi) buraxırlar. Digər
qarışqalar da bu qoxu izlərini təqib edərək yem qaynağına gedən yolu
tapa bilirlər.

1.
Yem tapmaq üçün yuvadan çıxan qarışqalar digər qarışqaların yaydığı
kəskin bir qoxu ala bilməsələr, özbaşlarına hərəkət edər və fərdi
şəkildə fərqli tərəflərə yönələrlər.

2.
Əgər qarışqa digər qarışqaların yaydığı qoxunu alsa, qoxunun gəldiyi
tərəfə üz tutar. Daha çox yöndən qoxu alırsa, qoxunun ən kəskin olduğu
tərəfə doğru yönələr.

3.
Qarışqanın yaydığı qoxu bir müddət sonra buxarlaşaraq yox olur. Əgər
bir yola birdən çox qarışqa tərəfindən üstünlük verilibsə, daha çox
istifadə edilən bu yoldan daha kəskin bir qoxu gəlir. Daha az istifadə
edilən yollarda isə heç bir qoxu izi qalmaz. Bunun vasitəsi ilə
qarışqalar daha "qısa” yolları asanlıqla müəyyən edə bilirlər.

Qarışqaların
istifadə etdiyi "yol tapmaq strategiyası” ilə yem qaynağı və yuva
arasındakı ən "qısa” yol müəyyən edilərək maksimum səviyyədə
məhsuldarlıq əldə edilir.

 





 

 

Qarışqa koloniyası optimallaşdırma alqoritmi

Qarışqaların
yol tapmaq strategiyaları qarışqa koloniyalarını tədqiq edən elm
adamları üçün olduqca maraqlıdır. Çünki qarışqalar texniki olaraq
olduqca sadə bir metoddan istifadə etmələrinə baxmayaraq, yol tapmaqda
indiki GPS (Qlobal Mövqetəyinetmə Sistemi) teknologiyasından faydalanan
insanlarla yarışacaq qədər müvəffəqiyyətlidirlər.

Elm
adamları qarışqaların yem axtararkən istifadə etdikləri "yem qaynağı və
yuva arasındakı ən qısa yolu tapmaq strategiyalarını modelləşdirdilər
və bir "Qarışqa Koloniyası Optimallaşdırma Alqoritmi (ACO)2” meydana
gətirdilər. Bu alqoritm sayəsində riyaziyyatçılar və mühəndislər
qarışqanın davranışlarını tədqiq edərək olduqca mürəkkəb optimallaşdırma
məsələlərini həll edə bilirlər. Bu alqoritm "ən qısa vaxt” məsələləri
ilə yanaşı  "ən az pul istifadəsi” və ya "ən az enerji istifadəsi” kimi
optimallaşdırmalar üçün də istifadə edilə bilər.

Məsələn,
mətbəxdəki ən təmiz qaşığı tapmaq üçün istifadə edilən bir alqoritm
belə ola bilər: (1) Qaşıq 1 və qaşıq 2-ni müqayisə et. Ən təmiz olanı
saxla. (2) Tapdığın ən təmiz qaşığı qaşıq 3 ilə müqayisə et. (3) Bu
mərhələləri n-ci qaşığı da müqayisə edənə qədər təkrarla. Bu alqoritm
ilə mətbəxinizdəki ən təmiz qaşığı tapmağınız çox asandır. (4)

 





 

Koloniya
Optimallaşdırma Alqoritmi NP-kompleks adlandırılan ən çətin hesablama
məsələlərinin həllinə də kömək edir. Bir zülalın necə 3 ölçülü şəkildə
qatlandığı kimi NP-kompleks (təyinedici olmayan çoxhədli) məsələlərinin
həlləri ədədidir və riyaziyyatçıların bunları həll etməsi bütün kainatın
ömründən daha çox vaxt ala bilər. (5)

Digər
tətbiq sahəsi olan internetdəki axtarış brauzerləri də buna misal
göstərilə bilər. Madriddəki III Karlos Universitetinin (Carlos III
University) tədqiqatçıları işlərində internet axtarış brauzerlərində
qarışqalardan ilham alınan bir alqoritm istifadə etdilər. Bu alqoritm
ilə internet istifadəçilərinin axtardıqları nəticəyə ən qısa müddətdə
(millisaniyənin onda biri kimi bir müddətdə) çatmaları təmin olundu. (6)

Qarışqalara bu məlumatı ilham edən Allah’dır

Ölçüləri
bir toplu iynənin başı qədər olan qarışqaların sahib olduqları bu
heyranedici xüsusiyyətlərin insanlara nümunə olduğu Quranda belə
bildirilmişdir:

"Həqiqətən, heyvanlarda da sizin üçün bir ibrət  vardır…” (Müminun surəsi, 21)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!