İnsanın sağlamlığı onun qan qrupu ilə bağlıdır. Təəccüblü faktlar!

İnsanın sağlamlığı onun qan qrupu ilə bağlıdır. Təəccüblü faktlar!
Maraqlı məlumatlar
10.09.2017 36
1901-ci ildə Vyana həkimi Landsteiner mühüm bir kəşf edib.

 

Landsteiner
insanların yanında olan fərqləri aşkar edib ki, nəticədə qan 4 qrupa
bölünmüşdür. Bu vaxta kimi həkimlər qan köçürülməsi zamanı tez-tez
resepiyentlərin (qan alan insan) ölümü ilə üzləşir və bunu heç cür izah
edə bilmirdilər. Yalnız Landşteynerin kəşfi buna aydınlıq gətirib.

Məsələ
burasındadır ki, qan köçürülməsi zamanı yalnız uyğun olan qanı
köçürtmək olar. Bu uyğunluq olmasa, donorun qanı resepiyentin qanında
olan eritrositlərin bir biri ilə yapışmasına səbəb olacaq ki, bu da
resepiyent üçün çox pis nəticələnəcək. Qan qrupların və daha sonra
1940-cı ildə rezus-faktorun kəşf edilməsi buna son qoydu.

Beləliklə, 4 qan qrupu mövcuddur - I (0), II (A), III (B), IV (AB).

I-ci
qan qrupu olan insanların eritrositlərin membranlarında (qişalarında)
xüsusi maddələr A və B aqqlyütinogenlər (zülallar və karbohidratlar
birləşməsi) yoxdur. II (A) qan qrupu olanlarda A tip aqqlyütinogenlər,
III (B) qan qrupu olanlarda B tip aqqlyütinogenlər, IV (AB) qan qrupu
olanlarda hər ikisi var. Bu aqqlyütinogenlər yalnız qan hüceyrələrinə
deyil, orqanizmin bütün hüceyrələrində olur və ya olmur (qrupdan
asılıdır).

Statistikaya
əsasən, dünyada yaşayan əksər insanların qan qrupu I (0) -dir (50%
yaxın). II-ci-qrup 2-ci, III-cü qrup 3-cü, IV-cü qrup 4-cü yer tutur. IV
qrup ən nadir qrupdur (6% yaxındır).

Tibdə insanın qan qrupunun onun sağlamlığına olan təsiri ilə bağlı çox maraqlı nəzəriyyə var.

Belə
ki, belə hesab olunur ki, I (0) qan qrupu olan insanlarda mədə-bağırsaq
sistemi xəstəliklərinə (xüsusilə mədə və 12 barmaq bağırsağı xorasına)
daha tez-tez təsadüf edilir. Bunun səbəbini həkimlər bu insanların
selikli qişalarında (o cümlədən, mədə-bağırsaq sistemi selikli
qişalarında) aqqlütinogenlərin olmaması ilə əlaqələndirir. Bu
aqqlütinogenlər müdafiə funksiyasını yerinə yetirir. Aqqlütinogenlər
olmadıqda müdafiə zəifləyir və nəticədə selikli qısalar (xüsusilə
mədə-bağırsaq sisteminin selikli qısalar) mənfi təsirlərə qarşı daha
davamsız olur ki, mədə-bağırsaq sistemində müxtəlif xəstəliklər -
qastrit, xora xəstəlikləri, kolit - inkişaf edir.

II
(A) qan qrupuna aid olan insanlarda bu kimi xəstəliklərin inkişafı
riski artmış olur: revmatik xəstəliklər, şəkərli diabet, qan
xəstəlikləri, allergiyalar, ürəyin işemik xəstəliyi, qara ciyər
xəstəlikləri, onkoloji xəstəliklər.

III
(B) qrupuna aid olan insanlar bəzi viris və mikrobların təsirinə qarşı
daha davamsızdır. Bu səbəbdən onlarda nəfəsalma sistemi xəstəlikləri,
infeksion xəstəliklər, sepsis, qadınlarda irinli mastit kimi
xəstəliklərinə tez-tez təsadüf edilir.

IV
(AB) qrupuna aid olan insanlarda qan xəstəlikləri, infeksion
xəstəliklər, dayaq-hərəki sistemi xəstəlikləri (sümük və oynaqlar
xəstəlikləri) daha tez-tez inkişaf olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!