Passiv siqaret çəkmə ev heyvanlarına da ziyan vurur

Passiv siqaret çəkmə ev heyvanlarına da ziyan vurur
Maraqlı məlumatlar
10.09.2017 25
Qlazqo
Universitetinin (Şotlandiya) alimləri siqaret çəkən adamla bir dam
altında yaşayan it və pişiklərin orqanizminə passiv siqaret çəkmənin
təsirinə həsr olunmuş çox qeyri-adi bir tədqiqat aparıblar. Şotlandiya
alimləri bir neçə min it və pişik tükü nümunəsini tədqiq ediblər. 

 

Tədqiqat
müəllifləri ev heyvanlarının tük nümunələrində təmiz havada
keçirdikləri vaxtdan asılı olmayaraq xeyli nikotin və tütün tüstüsünün
digər komponentlərini aşkar ediblər.

 

Alimlər
vurğulayıblar ki, passiv siqaret çəkmə itlərlə müqayisədə pişiklər üçün
daha təhlükəlidir, çünki onlar öz tüklərini müntəzəm təmizləyir, səylə
yalayırlar. Bu yolla da təhlükəli maddə "porsiyasını” gündə bir neçə
dəfə udurlar.

 

Alimlər
bildirirlər ki, ev heyvanları kiçik olduğu üçün "ikinci səviyyəli”
passiv siqaret çəkməyə insanlarla müqayisədə xeyli çox məruz qalır. Bu
heyvanlar tütünün yanması nəticəsində döşəmə üzərində toplanan
məhsullarla nəfəs alır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!