Dəb ikonasından etiraf: Bu səbəbdən qadınlar mənə nifrət edir!

Dəb ikonasından etiraf: Bu səbəbdən qadınlar mənə nifrət edir!
Maraqlı məlumatlar
10.09.2017 18
Hər
bir dövrün öz moda istiqamətləri və tendensiyaları mövcuddur. Lakin 
son illərdə köhnə dəbin qayıdışı bir çox kolleksiyalarda hiss olunur.

 

Xüsusilə, retro kino obrazları aktual olduğu üçün oxucularımızı o illərə qaytarmağa qərara aldıq.

 

Bu
yazıda Merilin Monro, Bricit Bardo, Qreys Kelli, Ceyn Birkin və
digər aktrisaların klassik obrazlarını xatırlatmaqla yanaşı, onların
müasir dəbdə həyata keçirilməsi üçün bir neçə ideya təklif etmişik.

 

Əfsanəvi
aktrisalar qazandıqları şöhrətlərini yaddaqalan imiclərinə borcludur.
Təsadüfi deyil ki, onların obrazları bu gün də bir çox dizayneri yeni
kolleksiyaların yaradılmasına ruhlandırır.  Gəlin, unudulmaz obraz
düsturunu moda ikonalarının ölməz irsindən öyrənək!

 

Merilin Monro: "Bilmirəm, dikdaban ayaqqabıları kim kəşf edib, amma biz qadınlar ömrü boyu ona borclu olacağıq!”

 

Merilin
Monro kimi cazibədar görünmək istəyən xanımlar onun üslubunu bu gün də
təqlid edir. Çünki sarışın aktrisa yeni gözəllik standartlarının
təməlini qoyub. Bu standartlar isə öz növbəsində istənilən kişini
ovsunlamağa imkan verir. Sarı saçlar, qırmızı dodaq boyası, kürk, ağ
əlcəklər Merilin Monronun vizit kartı idi.

 

1.
O, qəbullar,  gurultulu və kübar tədbirlər üçün uzun əlcəklər seçirdi.
Qlamur  və retro üslubun əsas elementi olan uzun əlcəklər bu gün də son
dərəcə populyardır. Qlamur üslubun müasir həvəskarları onları böyük
məmnuniyyətlə istifadə edir.

2.
Aktrisa zərif və cazibədar geyim tərzini hər zaman aksessuarlarla
rövnəqləndirirdi. Xəzlər Merilin Monronun əvəzolunmaz bəzəyi idi. O,
xəzlərin təntənəsini öz üzərində bacarıqla nümayiş etdirirdi. Cazibədar
aktrisa dekolteli paltar geyinən zaman gözəl çiyinlərini xəz şərflərlə
örtürdü. Əslində, çiyinləri xəzlə örtmək bir Merilin Monro
klassikasıdır...

 

Bricit Bardo

Tarixin
ən gözəl xanımlarından biri olan məşhur fransız aktrisası Bricit Bardo
bir neçə onillik ərzində gözəllik və seksuallıq simvolu sayılıb. O, sadə
paltarlar seçməsinə rəğmən, daim inanılmaz dərəcədə cazibədar
görünürdü.

 

Jaklin Kennedi : "Bir qəzetdə yazılmışdı ki, il ərzində paltarlara 30 000 dollar xərcləmişəm. Bu səbəbdən, qadınlar mənə nifrət edir”.

1. Böyük qoruyucu eynək - ən yaxşı aksessuardır. Onları istənilən havada taxmaq olar.

2. A siluetli don və ya ətək hər dəvət üçün  ideal seçimdir.

3. Ağla qaranın vəhdəti həmişə yerinə düşür.

 

Ceyn Birkin: "Gülümsəyin, o sizi 10 yaş cavan göstərir!”

1. Qolları  qatlanmış ağ köynəkdən daha yaxşı nə ola bilər? Xüsusilə, çılpaq bədənə...

2. Nə geyinəcəyinizi bilmirsiniz? Onda sadə mavi cins şalvar geyinin.

3. Qadını heç nə kişisayağı kostyum qədər zərif göstərə bilməz!

 

ElMakqrou: "Moda biznesi gənc qızlar üçün ər tapmaq üsuludur. Mən isə sadəcə işləmək istəyirəm".

1. Qısa ətək, uzun corab,  toxunma puloverlə məktəbli üslubu da çox seksual ola bilər.  

2. Hündür çəkmələr, naxışlı top və midi ətəklə ilə ideal boho-obraz əldə etmək olar.

 

Cerri Xoll: "Qadınlar əsasən kişilər üçün geyinir”.

1. Qlamurluq heç vaxt çox olmur, odur ki, obraza daha çox parıltı əlavə edin!

2. Axşam tədbiri üçün ən orijinal dəst ipək kombinezondur.

3. Brilyant zinət əşyaları heç vaxt artıq olmur.

 

Qreys Cons: "Mən fərdiliyə, hər bir insanın xüsusi olmasına inanıram. Odur ki, hər kəs öz üslubunu seçə bilər”.

1. Moda incəsənətdir, təəccübləndirməkdən qorxmayın.

2. Diqqət mərkəzində olmaq istəyirsinizsə, androgen üslubunda geyinin.

3. Parlaq makiyaj gecə ziyafəti üçün ən yaxşı seçimdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!