Şah İsmayıl Xətai (ardı)

Şah İsmayıl Xətai (ardı)
Maraqlı məlumatlar
10.09.2017 15
Beləliklə, İsmayıl xeyli qənimət qazanmışdır və ən əsası isə Təbrizə yol açıqdır.

1501-ci
ilin payızında Təbrizə daxil olan İsmayıl özünü şah elan etdi. Bununla
da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu.

I Şah İsmayılın tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı Sultan Muradla 1503-cü il iyunun 21-də Həmədan yaxınlığında döyüş Şah İsmayılın qələbəsi ilə nəticələndi və Ağqoyunlu dövləti süqut etdi.

Çox qısa müddətdə şah İsmayıl Şeybani xanın özbək dövlətindən tutmuş Osmanlı imperiyasının sərhədlərinə qədər uzanan möhtəşəm bir dövlət yarada bilir.

Özbək Şeybani xan İsmayıl üçün strateji əhəmiyyət daşıyan İsfahanı
tutarkən ona göndərdiyi "Mən İran və Azərbaycan sərhədlərinə gələrək,
oranı tutandan sonra İraqi-Ərəbə və Hicaza gedəcəyəm" məktubana cavab
olaraq Şah İsmayıl öz qoşunlarını Xorasana yeridir. Şeybani xan Mərv qalasında gizlənir, lakin İsmayıl aldadıcı manevr edərək, onu qaladan bayıra çıxarır və 1510-cu il 2 dekabrda Mahmudi kəndi yaxınlığında şah İsmayılla Şeybani xanın qoşunları arasındakı Mərv döyüşü şah
İsmayılın tam qələbəsi ilə başa çatır. Bütün gün ərzində davam edən bu
ağır döyüşdə məğlub olan Şeybani xan qaçmaq istədikdə şah İsmayılın
döyüşçüləri və öz mühafizəçiləri tərəfindən qətlə edilir. Şeybani xanın
başını şaha gətirirlər. Əmrə əsasən, onun kəlləsini qızıl suyuna çəkib,
qədəh düzəldirlər.Bu döyüşdən sonra o, Herat, Mərv və Bəlxşəhərlərini tutur. Bütün Şabran, Xorasan vilayəti şah İsmayılın hakimiyyəti altına keçir. Sonrakı illərdə Şah İsmayıl bütün İranı,İraqi-Ərəbi Səfəvilər dövlətinə qatdı. Onun dövründə Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli
dövlətlərindən birinə çevrldi.Səfəvi dövləti öz yüksəlişinin zirvə
nöqtəsinə çatır. Onun ərazisinin sahəsi 2 milyon 800 min kvadrat
kilometrə çatırdı.

Şah İsmayıl və Osmanlı imperiyası


Şah İsmayılın dəbilqəsi




Çaldıran döyüşü , 1525-ci ilə aid rəsm




Çaldıran döyüşü




Şah İsmayıl

Səfəvi dövləti kimi güclü bir dövlətin yaranması Osmanlı sultanlarını narahat edirdi. Şah İsmayıl da geniş əraziləri əhatə edən şiə dövləti qurmaq istəyirdi.[38]Anadoludakı türklər İsmayıla rəğbət bəsləməklə qalmır, bölgəni geniş xalq üsyanları bürüyür.[39] Osmanlı ərazisindəki narazı əhali kütləvi surətdə Səvəfi dövlətinə köçməyə başlayır.[40] Bütün bunlar Səvəfi ideologiyasının təkcə şərqi Anadoluda deyil, mərkəzi Anadoluda böyük təsirə malik olduğunu göstərir.[41]

Beləliklə
siyasi səbəbdən yaranan Səfəvi-Osmanlı qarşıdurması gələcəkdə uzun
sürəcək və din pərdəsi arxasında aparılan müharibələrin səbəbi idi.[42] İlk dəfə Çaldıran döyüşündən əvvəl Qızılbaşların kafir kimi öldürülməsinə fətva alan[43] I Səlimin başlatdığı
bu dini müharibə gələcəkdə onun oğlu I Süleymanın dövründə Osmanlı
şeyxül-islamı Müfti ƏL-HƏMZƏ tərəfindən verilən fətva[44] ilə qızılbaşların öldürülüb malları ilə birgə arvad və uşaqlara sahib olmalarını halal edən dövlət ideologiyasına çeviriləcək.[45]


Çaldıran döyüşü (1514)



1513-cü ildə Anadoluda 40-45
min uşaqlı-böyüklü qızılbaşı qılıncdan keçirtdirən Səlim Yavuz Səfəvi
dövlətinə hücum etdi. Səlimin təhqiramiz farsca yazdığı məktublara
türkcə cavab yazan İsmayıl məsələni sülh ilə həll etməyə cəhd etsə də bu
alınmadı. 1514-cü ildəSultan I Səlimin (1512-1520) başçılıq etdiyi Osmanlı ordusu ilə baş vermiş Çaldıran döyüşündə Şah İsmayılın qoşunları məğlub oldu.

Bu
döyüşdə osmanlılar sayca çox idilər. Bundan başqa onların daha bir
üstünlüyü də 300-ə qədər topun olması idi. Bütün bunlar döyüşün gedişinə
təsir göstərməyə bilməzdi. Şah İsmayıl şəxsi igidlik və cəsurluq
nümunələri göstərib, özünün qeyri-adi gücü və döyüş bacarığı ilə məşhur
olan TURƏLİ bəy Məlkoçoğlunu təkbətək döyüşdə şəxsən məhv etmişdir. Şah
İsmayıl qılıncla ona elə bir zərbə endirir ki, dəbilqəsi və başı iki
yerə paralanır. İsmayılın qılıncı ƏLİ bəyin sinəsinə qədər işləyir.
Döyüşün qızğın çağında İSMAYIL azsaylı dəstəsi ilə düşmənin
artilleriyasına doğru can atır, lakin bu zaman onun atı büdrəyib
yıxılır. Şah İsmayıla çox bənzəyən Soltanəli Mirzə Əfşar: "Şah mənəm",
deyə qışqırmaqla onu əsir düşməkdən xilas edir və beləliklə yaralanan
şah ata qalxaraq döyüş meydanından qaça bilir. I Sultan Səlim Xoy, Mərənd və Təbriz şəhərlərini
tutur. Buna baxmayaraq, o, Təbrizdə çox qala bilməyib, 6 gündən sonra
Şah İsmayıl tacı, əlbisələri və bəzək əşyaları da içində olmaqla xeyli
qənimət götürərək, Təbrizi tərk edir.


Çingiz Mehbaliyev - Şah İsmayıl hücumda (şəxsi kolleksiyada saxlanılır.)



Tarixdə
belə bir hadisə olub. Şah İsmayıl Çaldıran döyüşündə topları bir-birinə
bağlayan zəncirləri kəsərkən bir anda onun qüvvətli zərbəsi topun
lüləsinə tuş gəlir və top iki yerə bölünür. Çaldıran döyüşündən uzun
müddət sonra Sultan Səlim Şah İsmayıldan həmin qılıncı ona göndərməsini
istəyir. Şah həmin qılıncı Sultana göndərir. Sultan Səlim neçə dəfə cəhd
göstərsə də topu kəsə bilmir. O Şaha məktubunda deyir : "Sən məni
aldadırsan , bu həmin qılınc deyil.". Şah İsmayıl cavab məktubunda ona
belə cavab verir : "Qılınc həmin qılıncdı, qol o qol deyil.".

Məktublarında
göründüyü kimi Şah İsmayılın savadı hər yerdə özünü göstərir. O
Çaldıran döyüşündə Sultan Səlimə məğlub olmasına baxmayaraq,
məktublarında daima onu dərrakəsi ilə məğlub edib. Şah İsmayılın
göndərdiyi məktublara Sultan aciz qalır cavab yaza bilmirdi. Sultan
Səlim Şahın heç bir məktubuna cavab yazmayıb. Bu da Şah İsmayılın
dövrünə görə çox savadlı və ağıllı bir şəxsiyyət olduğunu sübut edir.

Sultan Səlim qənimətlə birlikdə özü ilə İstanbula sonradan Türkiyənin incəsənət
və sənətkarlıqının inkişafında müstəsna rol oynamış bir çox incəsənət
xadimlərini və sənətkarları da aparır. Dünyanın ən zəngin muzeylərindən
sayılan İstanbul Topqapı sarayında, Əsgər muzeyində Azərbaycantətbiqi sənətinin Çaldıran döyüşündən sonra buraya gətirilmiş ən nadir nümunələri nümayiş etdirilməkdədir.

Tarixçilərin
bildirdiyinə görə, Çaldıranda, döyüş meydanında kişi paltarı geyib, öz
ərləri ilə birlikdə vuruşan xeyli qadın meyidi tapılmışdı.


Şah İsmayılı Mərv döyüşündə Şeybani xanladöyüşərkən təsvir edən miniatür (Çəhəl Sütun Sarayı)



Sonrakı illərdə Şah İsmayıl Şəki hökmdarlığını, Şirvanşahları, gürcü çarlarını Səfəvilərdən asılı vəziyyətə saldı. Hakimiyyətinin son illərində şah İsmayılla Şirvanşah Şeyxşah arasında
dostluq və qohumluq münasibətləri yaranır. Əvvəlcə Şah İsmayıl qızı
Pərixan xanımı Şeyxşahın oğlu Sultan Xəlilə ərə verir, sonra isə özü
Şirvanşahın qızlarından biri ilə evlənir. Şah İsmayılın toyu 1523-cü il5 noyabrda Təbriz yaxınlığında olur.

Ölümü

1524-cü ilin baharında – Novruz bayramından az sonra, Şah İsmayıl böyük qoşunla Qarabağ düzündə cərgə üsulu ilə ov edə-edə Şəki hökmdarlığının ərazisinə daxil olur. "Şəki valisi Həsən bəy onu
qarşılamağa çıxıb, (şaha) təzim etmək şərəfinə nail oldu və zəmanə
hökmdarına bol-firavan peşkəşlər təqdim etdi. Əlahəzrət şah ov etmək
sevdasına və dağlara tamaşa etmək həvəsinə malik olduğu üçün hökm verdi
ki qazilər və Şəki əyanları Gürcüstanla Şəki arasında yerləşən və
Şahdağı[46] (adı)
ilə məşhur olan yerdəki cüyürləri və digər vəhşi ov heyvanlarını qovub
bir yerə toplasınlar. Belə nəql edirlər ki, keçmiş sultanlar o vilayətdə
Şahdağına pənah aparan ovun ardınca getməzdilər və buna görə də o dağda
çoxlu cüyür vardı. Heç bir kəs o cüyürlərə dəyib-dolaşa bilmirdi. Çünki
onların (Şahdağında) ovlanması uğursuzluq əlaməti hesab olunurdu.

Bu
məsələni (şaha) ərz etsələr də, o həzrət buna məhəl qoymadı və ovun
başlamasını əmr etdi. Elə ki cərgə ovu tərtib olundu, hökmdar çoxlu
cüyür və saysız-hesabsız vəhşi heyvanları Şahdağında ovlayıb, Ərdəbilə
tərəf geri qayıtdı"[47]. Lakin yolda ağır xəstələnir və Ərdəbildən tələm-tələsik Təbrizə yola düşür. Sərab yaxınlığındakı
Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki düşərgə salmalı olurlar.
Həkimlərin müalicəsi bir fayda vermir. Şah ismayıl 23 may 1524-cü ildə vəfat edir. Nəşini Ərdəbilə gətirib Şeyx Səfi məqbərəsində dəfn edirlər.

Qısa ömrünün qiymətləndirilməsi

Şah
İsmayıl Xətai 36 yaşında, həyatının, yaradıcılığının, arzularının ən
qaynar bir çağında dünyadan köçür, lakin qısa ömrü müddətində gördüyü
işlər ona ölməzlik qazandırmış, onu Azərbaycan xalqının siyasi və mədəni
tarixinin ən parlaq səhifələrindən birinin yaradıcısı kimi
tanıtdırmışdır. Şah İSMAYILIN yüksək hərbi istedadı haqqında K. Marks yazmışdır:
"Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik
hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdi".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!