Uşaqlıq illəri...

Uşaqlıq illəri...
Maraqlı məlumatlar
10.09.2017 47
Sənli
günlərimin qədrini bilmədim, uşaqlıq illəri. Sənli illərdə yaşasamda
fikirlərimdəki böyümək həvəsi məni səndən ayırdı. Bilməzdim bu qədər tez
çıxıb gedəcəyini. Sən çıxıb gedəndən uşaqlıqanlarını da özünlə apardın...

Düşünməzdim
bu qədər axtaracam sənli illərimi... Bilirəm bir daha geri
qayıtmayacaqsan. Səni çox incitdiyimi də artıq anlamışam. Mənə bəxş
etdiyin saf anları dəyərləndirə bilmədiyimi də bilirəm.

Bir zamanlar cansıxıcı gələn oyuncaqlarım üçün bir bilsən nə qədər darıxdığımı. İndi anlayıram sənin mənə bəxş etdiyin qayğısız, ürəkdən qəhqəhələrlə güldüyüm günlərimi.

Nə olar, bir anlıq geri qayıtsan sənli illərimi bir daha yaşasam. Gəl, gəl ki, nəvazişli günlərimi, uşaq vaxtı mənə qorxulu gələn, indi isə həsrətin çəkdiyim anılarımı xatırlayım...

Yadındadır? Qonşumuz
Tahirə xalanın oğlu Əhmədin məni ağacdan itələdiyi gün? Dizlərim qan
içində idi. Çox qorxmuşdum həmin vaxt. O qədər ağlamışdım ki, dizlərimdəki
yaranın sağalmayacağını düşünürdüm. Atamın uzun saçlı mələyim deyərək
dizlərimi sarğı etdiyini və gülərək erməni qan görüb ifadəsini deyərək
göz yaşlarımı sildiyini də xatırlayırsanmı?

Uşaqlıq illərim, həmin göz yaşlarım üçün çox darıxmışam. Bilirsən, indi
nələrin həsrətin çəkirəm? Məktəb illərimi-bizə qayğı göstərən
müəllimlərimi, ən əsas isə ətrafımda məsumluqla əhatələnmiş sinif
yoldaşlarımın məsum simalarının həsrətini çəkirəm.

Nədən susmusan? Axı nədən bu qədər kinayəlik edirsən? Mən səhf etdim, inan ki, anlamışam səhfimi. Bax, sənli günlərimdən artıq bir xatirə də yaratmışam. Yadındadır məktəbin bitib kəndə getməyimi necə səbrsizliklə gözləyirdim? Nənəmin təndirdə bizim üçün bişirdiyi kökələrin qoxusunu hələ də hiss edirəm.

İndi
hər səhər əmim uşaqları ilə günəşin doğduğunu seyr etmək üçün Kür
çayına- bəndin üstünə getdiyimiz günlərə möhtacam. Uşaq vaxtı anamın
uşaqlığından danışarkən nədən sevinclə danışdığını, bəzənsə kövrəldiyini
indi anlayıram. Duyursanmı, artıq
hərkəs mənə gənc deyir. Deyirlər ki, həyatının elə bir vaxtıdır ki,
sənə verilən zamanı düzgün qiymətləndirməyi bacar. Amma onlar sənin kimi
deyillər ki.... Sən mənim ağrılarımı heç olmazsa susaraq dinləməyi
bacarırsan. Onlarsa..... Bəzən susmaq, cavab verməmək ən yaxşı cavabdır
deyirlər. Bəlkə bəzənsiz sussam ən yaxşı cavab olar, hə? Eynən sənin kimi. Daşlaşmış illərim, yalnız mənəmi qarşı bu
qədər soyuqsan? Sən Allah bu qədər soyuq olma. Axı mən sənin
xatirələrinin sayəsində ayaq üstündə durmalıyam. Bax həyat mənə yanılmaq
hissinin nə olduğunu da öyrətdi.

Bir
zamanlar qürrələnərək dediyim "mənim qarşıma saf niyyətli insanlar
çıxır” kəlməsini də artıq deyə bilmirəm. Axı bu mühüt nə zaman bu qədər
çirkinləşdi.

Yoxsa mən yeni-yeni hiss edirəm? Qəlbi daşlaşmış illərim, sanma ki, şikayət edirəm. Məni düzgün anlayırsan, hə?
Bilirsən əslində xoşbəxtəm. Xoşbəxtəm ki, məni hələ də əzizləyən
valideyinlərim daima mənimlədir. Ağladığımda başımı dizlərinə qoyduğum
anamın nəsihətləri mənimlədir. Əvvəlki mənlə sonrakı mən arasındakı fərq
bilirsən nədir? Əvvəl hərkəsə güvənirdim. İndisə heçkəsə güvənmirəm.
Deyəsən mən də sən kimi olacam daşlaşacam, sərt olacam...Səncə
bacararam?



Aytac Salahovaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!