Dostum

Dostum
Maraqlı məlumatlar
10.09.2017 16
Bu
 həyatda hər bir insanın doğma olmayan, lakin çox yaxın, sirdaş saydığı
bir dostu var. Həzrəti Əli bin Əbu Talib (r.a) buyurub ki: "Dostunu
həddindən artıq çox sevmə, çünki bir gün düşmənin ola bilər. Düşməninə
həddindən artıq kin, nifrət bəsləmə, çünki bir gün dostun ola bilər."
Həqiqətən də, bir çoxlarımız illər boyu dost saydığımız bir insandan
bəzən xəyanət görürük və aramızdakı əlaqə düşmənçiliyə çevrilir.

Bu günümüzdə, bir müsəlman kimi biz seçdiyimiz dostlarımızı nəzərdən
keçirmirik. Niyə və kimi dost saydığımızın səbəbini də bilmirik. Səbəbi
olsa da belə, adi və dünyəvi səbəblər olur. Lakin dost və yoldaş
seçməyin də öz ədəbləri və öz qaydaları var. Bu ədəblərə riayət edilərək
dost seçilən şəxs də gələcəkdə düşmənə çevrilməz.

Ən birincisi biz özümüzə dost seçdiyimiz şəxsi Allahın razılığı üçün
seçməliyik. Bu əlaqəni Allaha xoş gedən və Onu razı salan halda davam
etdirməyi düşünməliyik və niyyət etməliyik. Seçdiyimiz dost dini
dəyərləri və əxlaqı gözəl olmalıdır ki, həm Allah qarşısında, həm də
insanlar qarşısında rüsvay olmayaq. Peyğəmbərimiz (s.a.s) buyurub ki;
"Hər kəs özünə dost seçdiyi şəxsin dinindəndir. Hər biriniz seçdiyi
dostuna diqqətlə baxsin.". Dost ağıllı,dərrakəli və başa düşən
olmalıdır. Hər şeydə ədalətlə davranan və mədəniyyətsizlikdən uzaq
olmalıdır. Dost dostun eybini hər zaman örtməli, biruzə verməməli,
başqalarından gizlətməlidir. Dost bizə hər zaman öyüd-nəsihət və
məsləhət verməlidir. Öyüd-nəsihətində isə yumşaq və xoş rəftar
etməlidir. Yaxud biz dostumuza nəsihət veririksə, bunu can-başla
dinləməlidir, bunu səmimi qəbul etməlidir. Bilmədən və qəsd etmədən
əziyyət vermişiksə, buna səbr etməyi bacarmalıdır.

Dostluğun ən əsas şərtlərindən biri də vəfalı olmaqdır. Nə baş verirsə
versin, dost dosta qarşı hər zaman vəfalı yanaşmalıdır. Dostumuz daim
bizimlə görüşməli və ya bizi ziyarət etməlidir. Görüşlər və ziyarətlər
isə heç bir dünya mənfəəti naminə həyata keçirilməməlidir. Bir müddət
xəbər almadıqda narahat olmalı və bizi axtarıb tapmalıdır. Biz səfərdə
olsaq, ailəmizlə əlaqədə olmalı və qayğısına qalmalıdır.

Dost sənə qarşı həmişə gülərüz və xoş olmalıdır. Xəstələndiyin zaman
həmişə sənə baş çəkməlidir, halınla maraqlanmalı və kömək əlini
uzatmalıdır. Sənin dostun, yalnız sənin yaxşı cəhətindən danışmalı və
hamıya yaxşılıqlarını bildirməlidir. Dostun özünə məsləhət gördüyü və ən
çox istədiyi şeyi eynilə sənə də arzu etməlidir. Bilmədiyin şey varsa,
bunu sənə çatdırmalı və ya öyrətməlidir. Sənin haqqında bir pislik
eşitsə, araşdırmalı, aydınlaşdırmalı və həmişə səni müdafiə etməlidir.
Darlığa düşərsənsə bir an da sənə qarşı paxıl davranmamalıdır. Sənə
lazım olan bir şey dostuna da lazımdırsa, sənə verməyi bacarmalıdır.
Dəvət etdiyin məclislərdən və münasibətlərdən qalmamalıdır. Daim özünə
dua edərkən, sənə də dua etməlidir. Hər bir vəziyyətdə və hadisədə sənə
üzürlü bir səbəb tapmalı, çox tənqid etməməli və töhmətdən uzaq
durmalıdır. Yaxud bir üzürlü səbəb gətirərsənsə, bunu tərəddütsüz qəbul
etməlidir. Kiçik səhvlərin olarsa, buna göz yummalı, sərt
davranmamalıdır. Yaxud bir yaxşılıq edibsə, mütləq səndən əvəzini
gösləməməlidir.

Dost dostla heç bir zaman istehza etməməlidir, ona qarşı sərt
davranmamalı, təvazökar olmalı, təkəbbürlükdən uzaq olmalıdır.
Mübahisəli halları uzatmamalı, mübahisəli məsələləri ortaya atmamalı,
hətta dostu haqqına heç bir zaman pis zənn etməməlidir.

Dost dostun sirrini ölənə kimi gizlətməlidir. Ona bir şeyi vəd edibsə,
bunu heç bir zaman unutmamalıdır, yaxud xilaf çıxmamalıdır. Dost
dostundan azca da olsa yaxşılıq görübsə, bunu küçümsəmək deyil, əksinə
minnətdarlıq bildirməlidir. Dost dostun düşməniylə sıx əlaqəyə
girməməlidir. Dost dostun həmişə yaxşılığını istəməli, onu
həvəsləndirməli və irəli getməyinə dəstək olmalıdır.

Qardaşım və bacım, insan özünə məhz bu cür dost seçməlidir. Bu
sifətləri özündə cəm edən bir dost səni özüylə cənnətə aparacaq və Allah
həmişə sizdən razı qalacaq. Həmçinin sən də dostuna qarşı həmişə bu cür
olmalısan. Yuxarıda sadalanan sifətlər və xasiyyətlər eynilə səndə
olmalıdır.

Allah bizə həmişə düzgün və doğru dost seçməkdə yardımçı olsun! Allah
dost saydığımız pis insanları bizdən uzaq etsin, əsl dostluğa layiq olan
və tanımadığımız insanları qarşımıza çıxarsın! Allah hər şeyi xalis
olaraq ONUN üçün etməyə bizi müvəffəq etsin!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!