Erkən nigahlara yox deyek

Erkən nigahlara yox deyek
Maraqlı məlumatlar
10.09.2017 29
Son
14 ilin statistikası göstərir ki, Azərbaycanda nikaha daxil olan
xanımların bir qayda olaraq 7 faizə qədəri erkən yaşlı qızların payına
düşür. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il erkən
nikaha daxil olan qızların sayı əvvəlki ilə nisbətən 10,4% artaraq
6,9%-ə çatıb.

Ağsu,
Şamaxı, Qəbələ, Göyçay, Hacıqabul, Siyəzən, Quba, Zərdab, Masallı,
Lerik rayonlarında erkən nikaha daxil olan qadınların sayı digər
rayonlara nisbətən daha çoxdur. 2005-2006-cı illərdə erkən nikaha
girənlərin yaşı 15-16 həddində idisə, hazırda 13-14 yaşlarında qızları
da valideynləri ailə qurmağa vadar edirlər. Məlumat üçün qeyd edim ki,
Azərbaycanda nikah yaşı 18-dir. Yalnız istisna hallarda, üzrlü səbəblər
olduqda 17 yaşda da icazə verilə bilər. Günümüzün reallığı belədir ki,
erkən nikahların böyük əksəriyyəti xoşbəxt sonluqla bitmir, nəticədə
körpə və ana ölümü hallarının, boşanmaların sayı artır, qadınların
təhsil imkanları azalır. Rəsmi statistikaya görə, Azərbaycanda il
ərzində təxminən 4000 erkən nikah baş tutur, belə nikahlardan 3500-ə
yaxın körpə dünyaya gəlir. Mütəxəssislər erkən ərə verilən qızları
dünyaya gətirdiyi uşaqların əqli və fiziki inkişafdan geri qalması,
hətta tələf olması ehtimalının daha çox olduğunu vurğulayırlar.
Ümumdünya Səhiyyə Təşkilatının son açıqlamaları 15-17 yaşlı anaların
dünyaya gətirdiyi uşaqlar arasında ölüm riskinin daha yüksək olduğunu
təsdiqləyir. Həmin anaların özləri ilə bağlı da ölüm riski yüksəkdir.
Dünyada bu yaş həddində olan qızlar arasında ölüm daha çox hamiləlik
səbəbindən baş verir. Digər tərəfdən, erkən nikah sözsüz ki,
qeyri-qanuni şəkildə qurulur. Rəsmi nikahı olmayan ailələr dağılarkən
qadınlar daha çox problemlərlə üzləşirlər, övladlarına görə aliment ala
bilmirlər, vərəsəlikdən məhrum olurlar. Onu da vurğulamaq lazımdır ki,
əksər valideynlər qız uşaqlarını tez-tələsik ərə verəndə onun təhsilinin
yarımçıq qaldığını düşünmürlər. Təhsildən yayındırılaraq ərə
verildikləri üçün azyaşlı qızların sonradan təhsil almaq ehtimalları da
sıfıra yaxındır. Təsadüfi deyil ki, erkən nikaha daxil olan qadınların
53,7%-ni natamam orta təhsilli evdar qadınlar təşkil edir.

Evlilik-Nedeniyle-Is-Sozlesmesinin-Feshi

Erkən
nikalarla bağlı apardığım araşdırmaların nəticələri məni çox narahat
etdiyi üçün bəzi insanlarla fikirlərimi paylaşmaq istədim, çox maraqlı
rəylər öyrəndim. Fərdi İnkişaf Ustası, beynəlxalq dərəcəli NLP Master
Babək Bayramovun fikrincə, valideynlər qızlarını məcburi şəkildə ərə
verməməlidir, əks halda ailə nədir bilməyən, ailəiçi fərdlər arasında
ünsiyyət qura bilməyən, övladını yetişdirə bilməyən azyaşlılar ciddi
psixoloji travma alırlar. "Atalarımızın gözəl bir sözü var ki, bağban
bağa baxsa, armud vaxtında yetişər. Hər bir prosesin yetişmə dövrü
var.Ona görə də erkən qurulan ailələr tez dağılır, xəstə körpələr
dünyaya gəlir, qadınların psixikası pozulur”.

Bu
sahədə qanunvericilikdə də müəyyən dəyişikliklər olunmalıdır, qızlarını
erkən ərə verən valideynlər cəzasız qalmamalıdır, valideyn
məsuliyyətinin artırılması üçün müxtəlif cərimələr və ya cəza tədbirləri
tətbiq olunmalıdır. Çox uzağa getməyək, qonşu Türkiyədə övladlarını
erkən nikahlara məcbur edən valideynləri 22 il həbs cəzası gözləyir.
Düşünürəm ki, məhz belə sərt cəza tədbirləri problemin həllinə yardımçı
ola bilər. 9 saylı hüquq məsləhətxanasının sədri, vəkil Şəfiqə Nağıyeva
ilə söhbətdə müvafiq qanunvericilikdə hər hansı cəza tədbirinin
olmadığını öyrəndik.

Şəfiqə
xanım da qanunvericilikdə müəyyən dəyişikliklərin vacibliyini, cərimə
və cəzaların tətbiqinin problemin həllində mühüm rol oynayacağını
vurğuladı. Eyni zamanda o qeyd etdi ki, erkən nikahlar qanunsuz olduğu
üçün belə ailələr dağılanda ana və dünyaya gəlmiş uşaq üçün bəzi
çətinliklər yaranır. "Rəsmi qaydada aparılmadığına görə erkən nikahdan
dünyaya gələn uşaqlarda atalıq müəyyən olunmur. Bu halda məhkəməyə
müraciət olunur. Əksər hallarda belə ailələr dağılır, boşanma zamanı
əgər atalıq müəyyən olunmayıbsa, uşağa aliment də kəsilmir. Digər
tərəfdən, nikah yoxdursa, ev, əmlak tərəflər arasında bölünmür, qadın
uşaqla küçələrdə qalır”.

Fikrimizi
ATV-də yayımlanan "Ümid Var” televiziya verlişinin layihə rəhbəri
Nəmənt Rüstəmovla da bölüşdük. Nəmənt bəyin fikrincə, erkən nikahların
qarşısının alınmasında təkcə dövlətin deyil, biz hər birimizin mübarizə
aparmalı olduğunu vurğuladı. "Erkən nikahlar daima televiziya
verlişlərində işıqlandırılmalı və müzakirə olunmalıdır. Bunun üçün isə
televiziyada maarifləndirici verlişlər yayımlanalıdır. "Ümid Var”
televiziya verlişidə bele maarifləndirici verlişlərindəndir. "Ümid Var”
da dəfələrlə erkən nikaha girmiş qızlarla rastlaşmışıq. Və onların erkən
nikahdan sonrakı acınacaqlı taleyi tamaşaçıya göstərilmişdir”.

Yazıçı-dramaturq,
ictimai xadim Elnurə Abdullayevaylada fikrimizi bölüşdük. "Bəzi
valideynlər düşünür ki, qızın 18 yaşı tamam oldu, ərə vərmək lazımdır.
Lakin valideynlər düşünmür ki, qızın tez ərə verilməsi onun gələcəyini
məhv edir. Düzdü nənələrimizin dediyinə görə qızın 13 yaşı tamam olmamış
evləndirirdilər. Mən nənələrimizin fikrini inkar etmirəm. Məncə o
dövrün insanlarıyla, bu dövrün insanları arasında çox fərq var. İndiki
insanların evliliyi 3 aydan artıq çəkmir. Mən bu fikri hamıya şamil
etmək istəmirəm. Bəzi valideynlər qızın tez ərə verilməsinin
tərafdarıdılar. Onlar fikirləşir ki ,qızımın 17 yaşı tamam oldu, elçilər
gəldi, hə cavabını verdim, üzüklər taxıldı və ən nəhayət toy oldu.
Lakin övladlarının sonrakı taleyini fikirləşmirlər. Sonra isə uşaq
dünyaya gətirir. Və ən sonda ailədə olan problemlər onların boşanmasına
gətirib çıxarır. Qız isə tək uşaqnan küçələrdə qalır. Bu da erkən
nikahın sonu…

Buna görədə valideynlər qızlaını tez ərə verməzdən əvvəl yaxşı fikirləşməlidirlər”.

Erkən
nikahlara qarşı təkcə dövlət deyil, biz hər birimiz mübarizə
aparmalıyıq. Xüsusilə KİV-lərin bu istiqamətdə aparacağı işlər
önəmlidir. Mətbuatda, radio və televiziya verlişlərində bu mövzu davamlı
işıqlandırılmalı, müzakirə olunmalı, qarşısını almaq üçün yollar
axtarılmalıdır.

 

Elşən Yəhyayevскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!