Ay və bulud

Ay və bulud
Maraqlı məlumatlar
10.09.2017 13
Buludun
kölgəsi yerə düşər, düşər, amma o kölgə ayla bərabər olmaz. Ey yaxşılıq
istəyən Haqq aşiqi! Özündən keçib Haqda fani olmaq buludsuz bir hala
gəlməkdir. amma külək əsərək bu buludu gətirərsə, ayın nuru
gedər. Ancaq bir xəyal qalar. Buludun, yaxud yozun pərdəlediyi ay bir
xəyal kimi görünür. Məhz bədən buludu bizi xəyal düşüncəsinə sürükləyər.
Ayın lütfünə, kərəminə bax. Onun " Buludlar bizim düşmənimizdir" deməsi
ayrı bir lütfdür. ( Burada ay deyiləndə Allah nəzərdə tutulur.)Bulud
və toz da ayı görməyimizə əngəl olan, pərdə olan mənliyimiz,
nəfsimizdir. Biz mənliyimizə, nəfsimizə məğlub olduqda onlar ayı
görməyimizə pərdə olur. Onun üçün Allah-Taala nəfsin həva və
həvəsi ( Buludlar bizim düşmənimizdir deyə buyurmuşdur.) Ay buluda,
toza, torpağa etina etməz. O, göylərdə nur saçaraq dövran edər. Yəni
bulud və toz aya qədər yüksəlib onu pərdələməz. Ancaq bizim gözümüzün
önünə bir pərdə olar. Ay çox yuxarılarda, buluddan, tozdan xəbərsiz
fırlanar. İşıqlar saçar. Bizim əsl düşmənimiz buluddur, həm də can
düşməni. Çünki ayı bizim gözümüzdən o gizlədir. Buludun parlaqlığı,
gözəlliyi həqiqətdə aydadır. Amma hər kim buluda ay deyərsə O, yolunu
itirmişdir. Ayın nuru buludun üzərinə düşdükdə onun qapqara üzünü
aydınladar. Öz nuru ilə onu nurlandırar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!