Zamanı geri qaytarmaq olsaydı

Zamanı geri qaytarmaq olsaydı
Maraqlı məlumatlar
10.09.2017 11
Məncə
bu barədə çoxları fikirləşib. Çünki hər kəs nə vaxtsa etdiyi səhvi indi
düzəltmək istəyir və fikirləşir ki, zamanı geri qaytarmaq olsaydı onda
həmin səhvi etməzdi.

Zamanı
geri qaytarmaq olsaydı mən üzünü gormədiyim babamın son günlərindən
birini geri qaytarardım… Mənim dünyada olmadığım günlərdən birini geri
qaytarardım – babamı görmək üçün! Darıxanda həmin günün içində gizlənib
babamla bir gün yaşayardım.

Zamanı geri qaytarmaq olsaydı on il əvvələ qayıdardım – atamın anamın qocalmayan günlərinə saçlarına dən düşməyən günlərinə

Zamanı
geri qaytarmaq olsaydı nənəmin cavanlıq günlərindən birini bu günə
gətirərdim. Nənəmin cavanlığı ilə onun bu gününü görüşdürərdim – nənəmin
cavanlığını heyrətləndirərdim.

Zamanı
geri qaytarmaq olsaydı… uşaqlıq illərimi geri qaytarıb anamı incitdiyim
anları o günlərin içindən çıxarardım – belə olsaydı anamın saçındakı ağ
tüklərin sayı daha az olardı.

Zamanı
geri qaytarmaq olsaydı, bu ilin sentyabr ayının 18-ini geri
qaytarardım. Sevimli məllimlərimlə  sinif yoldaşlarımla bir şəkil
çəkdirərdim…

Zamanı geri qaytarmaq olsaydı…Bəlkə də geri qaytardığım o günlərin birində elə keçmişə qayıdardım..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!