Ölüm haqqında bildiklərimiz və bilmədiklərimiz

Ölüm haqqında bildiklərimiz və bilmədiklərimiz
Maraqlı məlumatlar
10.09.2017 27
Bu sözün vahiməsi hamını, hətta anlamaz uşaqları da basır...



"Həyatımda heç vaxt yaşamadığım bir
hadisənin şahidi olurdum. Üzərimə yaşıl parça sərilmişdi. Ətrafımdakı
insanlar durmadan ağlayırdı. Nə olduğunu anlamamışdım. Üstümü niyə
örtmüşdülər? Ayağa durmaq istəyirdim, amma tərpənə bilmirdim.



Əllərim, ayaqlarım bağlanmışdı. ”Ana..." Anamın səsini eşidirdim,
amma görmürdüm, davamlı ağlayırdı. "Niyə ağlayırsan, ana? Üstümdəki
örtüyü götür, ana...” Nə qədər çağırmaq istəsəm də anam məni eşitmirdi.
Atam gəldi... O da ağlayırdı... "Məni buradan qaldır, ata...” Heç kəs
eşitmirdi. Məni apardılar, üzərimə su səpildi, namaz qılındı və tabuta
qoydular. Bu da son... Məni son mənzilə yola salırlar. Atam qucaqladı
məni, kəfənimlə birlikdə qəbirə qoydu, üstümü torpaqla örtdülər. "Ana,
ana, məni də özünlə apar. Məni burda qoyub getmə” dedim, amma
eşitmədilər..."

Bu da son... Bu da ölüm... Deyirlər ki, insan öldüyü zaman ruhu
bədəndən ayrılır, lakin insan ruhu heç vaxt ölmür. Sahibi öldükdə isə
ruh bu sözləri deyir. Həyatda hər bir insanın başına gələn ən son hadisə
ölümdür. Eyni zamanda bu söz eşidə bildiyimiz ən vahiməli sözdür. Alman
dilində "tod”, fransızcada "mort”, ingilis dilində "death” kimi
səslənən bu söz istənilən anda hər kəsi vahiməyə salır. Heç nəyi
anlamayan, heç nədən nəticə çıxarmağı bacarmayan bir-iki yaşlı körpə
uşaqlar da ölüm sözündən qorxur.

Bəs insanları qorxuya salan bu sözün mənası nədir? Arxasında nələr
dayanır? Necə olur ki, insanlar "ölüm” adlı hadisəni yaşayır?

Ölüm hər hansı bir canlı varlığın (insan, heyvan və ya bitki) həyat
fəaliyyətinin sona çatmasıdır. Həkimlərin fikrincə, ölümlər bir neçə cür
olur. Onlardan birincisi bioloji ölümdür. Ağır xəstəliklərdən əziyyət
çəkən insanların bioloji ölümü uzun müddət davam edə bilir. Bu müddət
bir neçə dəqiqədən və ya bir neçə aydan ibarət ola bilər. Bioloji ölüm
zamanı insan orqanizmindəki bütün orqanlar öz funksiyasını bir-birinin
ardınca itirir. İnsanlar tam səssizləşir və hərəkət etmirlər. Əvvəlcə
görmür, sonra isə eşitmirlər, gözləri daha çox tavana baxır. Bəzən elə
olur ki, xəstələr ölməzdən bir müddət əvvəl tam yaxşılaşır, daha sonra
da birdən-birə ölürlər. Ölməzdən əvvəl insanın rəngi saralır, bədən
temperaturu aşağı düşür, orqanizm əlavə maddələrdən təmizlənir, dəri
elastikliyini itirir, gözlərdəki refleks itir, çənə aşağı düşür, ağız və
gözlər açıq qalır, bədən qıc olur. Ölmüş insanın qıc olması çənədən
başlayır. Əvvəlcə alt çənə qıc olur, daha sonra isə bütün bədən
daşlaşır. İnsan öldükdən 2-3 saat sonra qıc olmağa başlayır, 30 saat
sonra cəsəd daşlaşır. İnsan öləndən 48-72 saat keçdikdə, cəsəddən qoxu
gələndən sonra bədənin qıcı açılır.

İnsanın ölməsinə dəqiq əmin olmaq üçün müxtəlif dövrlərdə müxtəlif
üsullardan istifadə edilib. Keçən əsrlərə qədər insanın öldüyünə əmin
olmaq üçün onun sinəsinə su qoyulurdu. Qabdakı su titrəməzdisə, insanın
öldüyü məlum olurdu. Bəzən ölülərin ağzına güzgü tutardılar, əgər güzgü
tərləməzdisə, bilərdilər ki, adam ölüb. Lakin hazırda insanın
ölüb-ölmədiyini ürəyin və nəbzin dayanmasından da anlamaq mümkündür. Qan
analizi də ölümü təsdiqləmək üçün tətbiq edilən əsas vasitələrdəndir.

"Yalançı ölüm” də ölümün bir növüdür. Bu zaman adamın ürəyi
birdən-birə dayanmır. Yalançı ölüm qanda zəhərlənmə, travma, donma,
elektrik vurması zamanı özünü göstərir. 1900-cu illərdə İngiltərədə
yalançı ölümün qarşısını almaq və insanı diri-diri dəfn etməmək üçün
ölənləri bir neçə gün saxlayırdılar.

Tarixdə insan ölümləri haqqında maraqlı faktlar var. Ölən insanların
dəfn edilməsi ənənəsinin 3500 il öncə yarandığı güman edilir.
Ehtimallara görə, bu ənənə İspaniyanın Atapuerca adlı bölgəsində meydana
gəlib. Alimlərin fikrincə, insan cəsədlərinin yandırılması atmosferə
zərər verir. İnsan yanarkən havaya zəhərli qazlar qarışır. Dəfn edildiyi
zaman isə həmin qazlar torpağa qarışır. Hindistanda yaşayan xalqların
bir çoxu ölünü nə yandırmır, nə də dəfn etmir. Onlar ölüləri quşlar
yesin deyə hündür, açıq bir yerə qoyurlar. Madaqaskarda əhali ölülərin
sümüyünü qəbirdən çıxarır, bir müddət ətrafda gəzdirdikdən sonra təkrar
basdırırlar. Bu mərasimə "famadihan” adı verilir. Mənası bəlli deyil.

Və sonda... Heç bir mədəniyyətdə "ölüm” sözündən birbaşa istifadə
edilmir. İnsan ölərkən ya "rəhmətə getdi”, ya "vəfat etdi”, ya da
"dünyadan köçdü” deyilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!