Özünə qarşı dürüst ol!

Özünə qarşı dürüst ol!
Maraqlı məlumatlar
10.09.2017 20
Bəzən insanlar mənfi cəhətlərini düzəltmək üçün səy göstərirlər. Nəticədə
də həqiqətən düzəltdiklərini zənn edirlər. Bir təzyiqlə
qarşılaşdıqlarında buna dözürlər. 2-ci təzyiq olduğunda da dözürlər.
Amma bir az çox təzyiq olduğunda buna qarşı müqavimət göstərə bilmirlər.
Nəfslərindəki bu çatışmazlığı hərəkətə gətirən hər hansı bir təzyiqdə
dərhal köhnə rəftarlarına geri dönürlər. O ana qədər kökündən həll
etdiklərini, tamamilə düzəltdiklərini sandıqları o əksikliklərini
əslində heç düzəltmədiklərini də ancaq belə bir vəziyyət meydana gəlincə
anlayırlar.



Bəzən
də insanların -cəmiyyətdə istifadə edilən ifadə ilə desək- "son
damlaları" vardır. Hər şeyə qarşı dözümləri vardır, amma o "son
damlaları" olan nöqtədə bütün idarələrini itirirlər. Bəzən bu "son
damla" bir söz beləolabilər. Bəzən bir rəftar, bəzən müəyyən şərtlər,
bəzən də müəyyən bir insandan gələn reaksiyalar. Belə bir adam ən ağır
sözlərə qarşı gözəl bir səbr göstərib, gözəl əxlaqla qarşılıq verə
bildiyihalda, bir kəlməilə səbrini itirir. Ya da hər kəsin etdiyi
səhvlər və ya verdiyi reaksiyalar onu narahat etmədiyihalda, müəyyən bir
adamın rəftarı onda müdhiş bir narahatlıq meydana gətirir. Bu "son
damlaları" yaxşı təsbit edə bilməyən, ya da təsbit etdiklərində xüsusilə
bu mövzu üzərində nəfslərini yaxşı öyrətməmiş olan kəslər də səhvlərinə
asanlıqla geri dönə bilərlər.



Amma
əhəmiyyətli olan insanın belə vəziyyətlərlə qarşılaşmadan əvvəl o
qüsurundan həqiqətən xilas olub-ola bilmədiyini yaxşı analiz edə
bilməsidir. Buna görə də elə bir səhvi heç etməyəcək şəkildə özünü
öyrədə bilməsidir. Çünki istədiyi təqdirdə insan buna da güc yetirə
bilər.Amma bunun üçün lazım olan şərt, "adamın özünə qarşı çox dürüst olmasıdır".Özünə "kənardan baxabilməsidir. Nəfsinə acımamasıdır. Özünü haqlı görməməsidir. Qüsurunu üzürlü hesab etməməsidir".Özünü "ehtiyacsız"hesabetməməsidir.
Əksikləri ola biləcəyinə heç ehtimal vermədən "Mən onsuz da yaxşıyam",
"mən dəyişdim", "mən əlimdən gələni edirəm", "mən onsuz da səmimiyəm"
deməməsidir.Bu tərz məntiqlərin şəxsiyyətini dəyişdirməsinə mənfi təsir edə biləcəyini bilməlidir.



Belə
bir adam nəfsinə qarşı daha sərt tədbirlər almalıdır. İradəsini daha
çox gücləndirməlidir. Səhv yönlərinə qarşı daha köklü tədbirlər
almalıdır. Nəfsindəki əksiklikləri yaxşı təsbit edib bu mövzuda əksinə
hərəkət etməlidir. Məsələn, nəfsində tənbəllik varsa, israrla daha da
çalışqan olmaq, hər gördüyü işə atılmaq, hər ehtiyacı olana birinci
köməyə qaçmaq üçün diqqət verməlidir. Qürurlu və eqoist bir quruluşu
varsa, gün ərzində hər fürsətdə qardaşlarına qarşı qürurunu qıran
təvazökarca sözlər söyləməlidir. Narahatlıq duyduğu, hirsləndiyi,
qısqandığı, dözmədiyi müəyyənadam varsa, xüsusilə o adama qarşı bir
hörmət, sevgi, maraq, şəfqət və qayğı göstərməlidir. Bu adama hörmətlə
yanaşmalı, köməyə ehtiyacı olduğunda ilk önə atılan o olmalı,
danışıqlarında o adamı ön plana çıxaran və ucaldan sevgi dolu bir üslub
istifadə etməlidir.

Əgər
nəfsinin öyrətməyə çalışdığı pis xüsusiyyəti varsa, bu pis xasiyyətinin
özünə "Allahın sevgisini itirə biləcəyini" yaxşı düşünməlidir."Allahın sevgisi, dostluğu, rəhməti" bir insanın dünyada qarşılaşa biləcəyi bütün nemətlərdən daha üstünvə heç nəilə
müqayisə edilməyəcək böyük bir nemətdir. İnsana"Al, dünyanın hamısı
sənin olsun, bütün zənginliklər, bütün evlər, avtomobillər, bütün
yeməklər, gözəl məkanlar,qısacası ağlına gələn hər şey və hamısı
sənin olsun" deyilsə, amma bu insan Allahın sevgisini itirmiş olsa,
bunların heç biri onu xoşbəxt edə bilməz və heç birinin dəyəri olmaz.
Allahın sevgisindən məhrum olmaq, heç bir nemətlə müqayisə edilə
bilməyəcək bir itkidir. İnsanın əlində sahib olduğu bir dünya malı
olmasa, amma Allahın sevgisi, dostluğu, yaxınlığı olsa, bundan
duyulabiləcək xoşbəxtlik heç bir şeylə müqayisə edilə bilməyəcək qədər
böyük olar. Buna görə əgər insan bir əksiyini düzəltməkdə "iradəsinin
çatmadığını", "əlindən gələni etdiyini, amma həll edə bilmədiyini"
düşünürsə, əvvəl bu böyük təhlükəni yaxşıca düşünməli, sonra eyni sözü o
qədər rahat söyləyib-söyləyə bilməyəcəyini bir daha düşünməlidir. "İradəm
çatmır" sözü möminin söyləyəcəyi bir söz deyil. Mömin özünə gücsüzlüyü,
iradəsizliyi yaraşdırmaz və belə bir şeyi əsla qəbul etməz. Nə qədər
çətinlik çəkirsə-çəksin yenə də söyləcəyi söz"Mən Allahın iznilə bunu
həll edərəm, Allah mənə kömək edər" olar.Bu sözü söyləyən bir
insana Allah o yolda bütün qapıları açar, güc-qüvvət verər. O səhvini
düzəldən ağılı Allah o insanın ruhunda meydana gətirər.

Bu
səbəblə səhvini düzəltmək istəyən insanın ilk edəcəyi şey "Allaha
güvənib dözmək" olmalıdır. Nəfsinə qarşı dürüst və səmimi yaxınlaşmaq,
bu mövzuda əlindən gələn bütün səyi göstərmək və Allahın özünə kömək
edəcəyindən qəti əmin olmaq...



Allahın insanlardan "güclərinin çatmayacağı bir şeyi istəməyəcəyini" əsla unutmamalıdır.Əgər
Allah insanın qarşısına həll etməsi, düzəltməsi lazım olan bir səhvi
çıxardırsa, o adama mütləq bunu edə biləcək gücü də vermişdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!