Bu həqiqətləri unutmayaq!

Bu həqiqətləri unutmayaq!
Maraqlı məlumatlar
10.09.2017 12
Hər
bir insan yaşadıqları sıxıntılardan qurtulmaq, arzularını həyata
keçirmək üçün mütləq müəyyən şərtlərin olmasını istəyir. Bununla da,
istədiyi nəticəni əldə edəcəyini düşünür.

 

Allah
dünya həyatını müəyyən səbəblərdən asılı olaraq yaratmışdır. Məsələn,
karyera qurmaq istəyən bir insan mütləq işləməli, təcrübə qazanmalı və
bu yöndə təhsil almalıdır. Yəni heç bir fəaliyyət göstərməsə, oturduğu
yerdə gözləsə heç bir nəticə olmaz. Ya da ciddi xəstəliyi olan bir insan
heç bir müalicə almasa, həkimə getməsə, oturub sağalmasını gözləsə bu,
məntiqə uyğun olmaz. O adam mütləq Allahın ona verdiyi ağıldan, elmdən
istifadə etməli, lazım olan hər şeyi etməli, tədbirli davranmalıdır.

 

Burada
çox vacib bir həqiqət var. Bəli, səbəblərə sarılmaq cox vacibdir. Bu,
Allahın insanlara göstərdiyi bir yoldur. Ancaq Allah hec nəyi
səbəblərdən asılı olaraq yaratmır. Allah dilədiyi nəticəni anında
yaradır. Yəni insan nə qədər həyəcanlı olsa da, qəflətə qapılmamalıdır.
Cünki nəticəni yaradan, istəklərimizi və arzularımızı reallaşdıran,
sıxıntılarımızı nemətlərlə əvəz edən Allahdır.

 

Bir
sözlə, əziyyətlər, çətinliklər, istəklər bir-birindən fərqli olsa da,
dünyanın hər yerində bütün sıxıntıların, problemlərin yalnız bir yolu
var. Bu yol da, Allaha yönəlib, Allahı çox sevib, Allaha güvənib hər
şeyi Allahdan istəməkdir. Hadisələrin içində çaş-baş qalıb həll yolunu
axtarmaqdansa, bu qarışıqlıqdan çıxıb Allaha təvəkkül etmək lazımdır.

Hər şeyi yaradan Allahdır.



Unutmamaq lazımdır ki, Allah bir insanı sevsə, onu dilədiyi hər kəsə sevdirər.



Allah bir insana nemət versə, bütün dünyada, bütün insanlarda ona qarşı rəhməti və neməti ilə təcəlli edər.



Allah Bir insanı qorusa, heç kim ona zərər verə bilməz.



Allah bir insana sevinc, xoşbəxtlik, bərəkət versə, heç kim və heç bir şey bunların qarşısını ala bilməz.



Allah bir insanin yolunu açsa, rahatliq versə, heç bir hadisə və ya heç bir insan bu yolu bağlaya bilməz.



Dunyanın
heç bir yerində Allahdan xəbərsiz canlı, ya da cansız varlıqlara rast
gəlmək mümkün deyil. Hər şey və hər kəs Uca Rəbbimizə boyun əyib. Hər
biri Allahın əmrini yerinə yetirir. Dünyanın ən böyük problemləri,
sıxıntıları və acıları ilə üzləşən insan da bu həqiqəti unutmamalıdır.



Bu
həqiqəti bilən və qavrayan insan görəcək ki, bütün problemlərin həll
yolu ancaq bir nöqtədə kəsişir: Allaha təslim olub Onu dost və vəkil
etmək, Allaha güvənmək, Allahdan kömək diləmək və Allahın hər şeyi ən
gözəl şəkildə yaradacağından əmin olmaq.



Əlbəttə,
insan əlindən gələn hər şeyi etməli, səbəblərə sarılmalı, gücünün
yetdiyi qədər çalışmalıdır. Amma bütün nəticəni yaradanın Allah olduğu,
tək həll yolunun Allaha yonəlmək olduğu unudulmamalıdır.



Allah Quranda bir çox insanın qəflətə düşdüyü, unutduğu həqiqəti qullarına belə xatırladır.



O, göydən yerə qədər olan bütün işləri idarə edir… (Səcdə surəsi, 5)

 

Əgər
Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan
qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün
qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O,
Bağışlayandır, Rəhmlidir. (Yunis surəsi, 107)

 

…Allahdan başqa sizin nə bir himayədarınız, nə də bir yardımçınız olacaq. (Ənkəbut surəsi,22)

 

Allaha təvəkkül et! Allahın vəkil olması kifayət edər. (Əhzab surəsi, 3)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!