Kaş ki, deməmək üçün

Kaş ki, deməmək üçün
Maraqlı məlumatlar
10.09.2017 17
Ölüm insanın bütün gücünü itirdiyi, Rəbbimizin qarşısında acizliyini, möhtaclığını kamil şəkildə və
şüurla qavradığı andır. Bu həqiqətlə qarşılaşan insanın o ana qədər
necə əxlaq göstərməsindən asılı olmayaraq, böyük sevgi, hörmət və
acizliklə Allaha təslim olması gözlənilir.

Ancaq
bəzən iman gətirənlər üçün ibrət olan hadisələr reallaşır. Çətin,
sıxıntılı günlər keçirən, müalicəsi mümkün olmayan və dəhşətli ağrılar
verən xəstəliklərə tutulan və hətta ölümünə az qaldığı deyilən bəzi
insanlar acizliklərini hiss edib Allaha sığınmaq (Allahı tənzih edirik)
əvəzinə, çox çirkin cəsarət və imani şüursuzluq göstərirlər. Ölümün
yaxınlaşdığını hiss edib Allaha sığınmaq, iman gətirib axirəti düşünmək
yerinə, dünyaya bağlanmağa davam edirlər. İman gətirən insanların
heyrətlə və ibrətlə izlədikləri bu insanlar Allahın Quranda xəbər
verdiyi ayələrin təcəlliləridir.

Məsələn,
heç gözləmədiyi halda ölümcül xərçəng xəstəliyinə tutulduğunu və
ömrünün sonuna bir neçə ay qaldığını öyrənən şəxs Allahın gücünə,
qüdrətinə, mərhəmətinə sığınmaq əvəzinə, çirkin cəsarətlə həm özünə, həm
də ətrafındakılara dinsizliyi təbliğ edir. Bu rəftarının səbəbini
soruşanda isə "öləcəyəm deyə, dindar ola bilmərəm”, ya da "hər bir canlı
ölümə məhkumdur, insanın ölənəcən nə cür yaşaması isə daha vacibdir”
kimi şüursuz şəkildə cavab verir. Öləcəyini, Allahın hüzuruna gedəcəyini
və özünü Allahdan başqa heç kimin qurtarmayacağını çox yaxşı bildiyi
halda imandan üz döndərir. Bu günə kimi heç kim ölümdən qaça bilməyib.

Dünya
həyatında iman gətirənlər üçün ibrət vəsiləsi olan başqa bir insan tipi
isə ölümləri, cənazələri, ya da məzarları ilə fəxr edən insanlardır. Bu
insanlar acizliklərini, Allaha necə möhtac olduqlarını anlamaq əvəzinə,
dünya həyatında üstün olmaq, insanlara özlərini göstərmək üçün yollar
axtarırlar. "Çox gözəl bir yerdə, dəniz mənzərəsi olan məzar aldım.
Mənim məzarım hamınınkından daha yaxşıdır. Öləndən sonra da yaxşı yerdə
olacağam”, - deyərək insanlara özünü göstərməyə çalışır. Halbuki istər
dəniz kənarında, istər dünyanın ən gözəl yerində basdırılsın, məzar
daşları dünyanın ən qiymətli daşları ilə (almaz, qızıl, brilliant,
yaqutla) bəzənsin, torpağın altında bədəninin düşəcəyi vəziyyət
məlumdur. Bu sondan bir insan belə yaxa qurtara bilməyəcək. Axirətdə isə
məzarının harada, hansı tərəfdə olduğu, nə qədər pul xərcləyərək
hazırlandığının heç bir əhəmiyyəti olmayacaqdır.

Bəzisi
də: "Ölməyim əhəmiyyətli deyil, əsəs cənazə mərasimimdir. Onsuz da
ölürəm, qoy mükəmməl mərasim mənimki olsun”, - deyərək ölümə əhəmiyyət
vermir, ölümdən canını qurtaracağını düşünür. Halbuki nə qədər iman
gətirmədiyini və axirətə inanmadığını desə də, vicdanən axirətin
varlığının şüurundadır və hesab günü ilə qarşılaşacağını bilir. Son
anına kimi dünyəvi məqsədlər üçün planlar quraraq özünü rahatladacağını
və bu qorxunu unudacağını zənn edir. Amma bunun ona heç bir faydası
olmaz.

Allah Quranda bu şəkildə xəbərdarlıq edir:

O: "Kaş (axirət) həyatım üçün əvvəlcədən hazırlıq görəydim!”–deyəcəkdir. (Fəcr surəsi, 24)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!