İnsanların hiss və atifələri arasındakı fərq

İnsanların hiss və atifələri arasındakı fərq
Maraqlı məlumatlar
10.09.2017 7
İnsanlarla ictimai əlaqələr qurmaq, dostluq yaratmaq, səmimi
davranmaq, başqalarına diqqət göstərib onlara himayədarlıq etmək və s.
kimi xüsusiyyətlər ən çox qadınlara məxsus xüsusiyyətlərdəndir. Qadınlar
təbiətən lətif və mülayim hisslərlə təchiz olunmuşlar. Bəzi
cəmiyyətlərdə oğlanlar qızlardan daha çox öz qəzəb hisslərini büruzə
verir və ən əsası isə oğlanların qəzəb hissi qızların qəzəb hissindən
qat-qat güclü olur. Qadınların qəzəbi özünü sözdə, kişilərin qəzəbi isə
özünü qol zorbasında büruzə verir. Qız uşaqları valideyn və yaşlıların
istəklərinə daha asan boyun əyir və başqaları ilə söhbət etmək
məsələsində kişilərdən daha çox həzz alırlar. Bəlkə kişilər də söhbət
etməyi sevir, lakin qadın qədər deyil. Həzrət Muhəmmədin (Allahın salamı
olsun Ona və pak Əhli beytinə!) qız övladları haqqında buyurduğu sözlər
bəzi nöqtələri nəzərimizdə saxlamağı tövsiyə edir: "Qız necə də yaxşı
övladdır! Lətafətli (istiqanlı və cazibədar), qulluğa hazır, munis (tez
ünsiyyət quran), bərəkətli, təmizkar və pakizədir!” (Hürr Amuli,
"Vəsailuş-şiə” c. 15, səh 100)



Qadınların özəl xüsusiyyətlərindən biri də gözəlliyə çox meyl
etmələridir. Hətta Quran da qadınların bəzək əşyalarına olan bağlılığını
atifənin yönlərindən biri kimi qeyd edir. (Zuxruf surəsi, ayə 18:
"Onlar bərbəzək içində böyüdülüb...”)



Utancaqlıq və həya hissi də atifəyə aid halətlərdəndir. Bu hiss
(həya, utancaqlıq) qadın cinsində kişi cinsindən daha çox müşahidə
olunur. Din övliyalarının kəlamlarına əsasən, həya qadınlarda doqquz
pərdə, kişilərdə isə bir pərdədir. Qadınlar aybaşı olduqda bu doqquz
pərdədən biri, elçi gəldikdə, ailə qurduqda və uşaq dünyaya gətirdikdə
sıra ilə daha bir neçəsi aradan gedir və beş pərdə qalır. Amma əgər
günah edərsə bu beş pərdədən daha az qalması və ya heç qalmaması da
mümkündür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!