Tənhalıq insan ömrünü qısaldır

Tənhalıq insan ömrünü qısaldır
Maraqlı məlumatlar
10.09.2017 7
BBC-yə
verilən məlumata görə, 1600-dək yaşlı insan üzərində tibbi tədqiqat
aparmış ABŞ alimləri tənhalıq hissi keçirənlər arasında ölüm riskinin az
qala 2 dəfə artıq olduğunu aşkar ediblər.



Tənhalıq eləcə də, funksional tənəzzül və gündəlik fəallığın düşməsilə də müşayət olunub.



Orta yaşı 71 olan yaşlılar qrupunun üzvlərindən onların özlərini "atılmış, təcrid olunmuş, yaxud ünsiyyətdən məhrum olunmuş" hiss edib-etmədikləri soruşulub. Həmin yaşlılar qrupundan olanların təxminən 43%-i sadalanan "tənhalıq" anlamını təşkil edən 3 vəziyyətlərdən birini yaşadıqlarını bildiriblər.



Kaliforniya
Universitetindən Carla Perissinottonun rəhbərlik etdiyi elmi qrup
aparılmış tədqiqatların nəticələrini Archives of İnternal Medicine
internet jurnalında dərc etdirib. Məqalədə bunlar qeyd edilib:"Tənhalıq
yaşlı adamların tutulduğu xəstəliklərin ümumi mənbəyi sayıla bilər. Biz
göstəririk ki, bu eləcə də ölüm halları və müxtəlif yollarla orqanizmin
funksional tənəzzülünə gətirən risk faktorudur".



ABŞ-da keçirilən ayrı bir tədqiqatın nəticələri də eyni jurnalda dərc olunub.



Bu
tədqiqatda tənha yaşayan və qan damarlarında tromb əmələ gəlməsindən
əziyyət çəkən insanların ürək xəstəliklərindən ölmək riskinin daha artıq
olduğu göstərilib.



Alimlər 44,573 orta yaş həddində olan iştirakçıları müayinə ediblər, onlardan 8,594 nəfəri tənha həyat tərzi sürənlər olub.

4 il ərzində aparılmış müşahidələr nəticəsində tənha yaşayanların ölüm riskinin 3% artıq olması müəyyən edilmişdir.

Həmin müdət ərzində ürək xəstəliklərindən ölmək riski tənhalar üçün 7%-dən 8,6%-dək artıq olub.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!