Nənəmizin qanunları - inanclar

Nənəmizin qanunları - inanclar
Maraqlı məlumatlar
10.09.2017 48
İllərdirdir
,hətta əsrlərdir ki, inanclarımız dildən - dilə keçir. Nənələrimiz ,
babalarımız, xüsusilə yaşlı nəsil bu inanclara çox bağlıdırlar. Hər
zaman bizə misal çəkərlər : Bala filan şeyi eləmə, düşər -düşməzi var.
Amma yaşlılar üçün
bu inanclar ,inancdan çox qanun kimidir. Nəinki, yaşlılar , hətta bəzi
gənclər və uşaqlar belə yaşam tərzlərində bu inanclara xüsusi yer
ayırır. Əslində hər xalq özünəməxsus inanclara və adət-ənənələrə
malikdir. Əksəriyyətimiz, bunu yalanlasa da,inanmıram desə də az da olsa
bu etiqadlara maraq duyur. Xüsusilə, Novruz bayramı ərəfəsində adət
-ənənələrimizlə və inanclarımızla daha da yaxından tanış oluruq.
Qulaq falına çıxmaq, tonqal üzərindən atlanmaq, subay qızların fala
baxmağı və s. Əslində bəzilərimiz bütün bunlardan əyləncə vasitəsi kimi
istifadə edir. İstərdim bu inanclardan bir neçəsini sizlərlə paylaşım :

Başı daz olanın ağlı da çox olar – deyərlər.

Barmağında xalı olan qadın yaxşı xörək bişirər – deyərlər

Barmaqları arxaya qatlanan adam nəcib, bacarıqlı sayılar.

Burnu böyük olanlar qədirbilməz sayılır.

Quraqlıq vaxtı yağış yağsın deyə, tısbağanı ayağından asarmışlar.

Әli böyuk olan xoşbәxt, әli uzun olan oğru olar — deyәrlәr.

Yaşılgöz xain, insafsız olar — deyәrlәr.

Mavi gözlü adamın baxdığı hər şeydә gözü qalar — deyәrlәr.

Xalq arasında çәrşәnbəni nəhs gün һesab edәrlәr. Deyәrlәr, nə sən gәl, nə də ilin axır çərşənbəsi.

Cümә ertәsi qulağı cingildәyәn adamın muradı һasil olar — deyәrlәr.

Qulağı uzun olanın ömrü dә uzun olar — deyәrlәr.

Qulağı böyük olanın baxtı da açıq olar — deyәrlәr.

Bəs bütün inanclarımız nə dərəcədə doğrudur?

-
Doğrusunu desəm ,hər kəsin şəxsi fikridir.İnsanların düşüncələrinə
hörmətlə yanaşmalıyıq.Əgər, kimsə bu inanclara inanmırsa, həmin insanı
nələrəsə məcbur etmək olmaz. Necə
deyərlər, insan düşünməkdə azaddır. Biz hər nə qədər inansaq
da,inanmasaq da, nəsillərdən bizə ötürülüb bu inanclar. Yenə də seçim
sizindir. Hər nə də olsa, bütün bunlar adət -ənənələrimizdir. Və məncə
onları qoruyub saxlamaq gərək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!