Xəstəlik insana acizliyini və Allaha möhtac olduğunu xatırladır

Xəstəlik insana acizliyini və Allaha möhtac olduğunu xatırladır
Maraqlı məlumatlar
10.09.2017 10
XƏSTƏLİKLƏR İNSANA NƏYİ DÜŞÜNDÜRÜR?

XƏSTƏLİKLƏRİN ARDINDAKI HİKMƏTLƏR...

İnsan
aciz bir varlıq olaraq yaradılıb. Tez xəstələnir, kiçik bir virusun,
hətta bəsit gördüyümüz qrip xəstəliyinin təsiriylə günlərlə yataqdan
qalxa bilməyəcək qədər zəif düşür. Xəstəlik insana acizliyini və Allaha
möhtac olduğunu xatırladır. İnsan mikroskopik bir virusun öz bədəni
üzərində əmələ gətirdiyi zəifliyə əngəl ola bilmir , məhz bu zaman
acizliyini və Allaha nə qədər möhtac olduğunu çox yaxşı qavramış olur.
Əslində xəstəliklərdə bir çox hikmət var. Məsələn:



Xəstə olan bir insan sağlam olmağın Allahın bir lütfü və neməti
olduğunu daha yaxşı anlayır; belə desək, sağlamlığın qədrini xəstəlik
zamanı bilir.Əgər insan uzun müddət xəstələnmirsə, məhz bundan dolayı
bir rahatsızlıq, ağrı, ya da acı hiss etmirsə insan bu vəziyyətə alışır.
Ancaq qəfil gələn bir xəstəlik ilə qarşılaşdıqda sağlam olmağın əslində
Allahın bir lütfü olduğunun fərqinə varır.



İnsan ciddi bir xəstəliyə tutulduğu zaman dünyanın nə qədər ötəri
olduğunu, ölümü və axirəti daha çox düşünür. Bəzi insanlar ölümcül bir
xəstəliyə tutulduqlarında, ya da qəza və ya xəstəlik nəticəsində bir
üzvlərini itirdiklərində bunu özləri üçün pis hadisə kimi
dəyərləndirirlər. Halbuki bəlkə də bu insanın xəstəliyi dərd və bəla
olaraq, axirətdə qurtulması və yalnız Allaha yönəlməsi üçün bir
vəsilədir.



Xəstəliklə bərabər insanın Allaha olan duası və yaxınlığı artır. Ciddi
bir xəstəliyin vücud üzərindəki əlamətləri artdıqca, bir çox insan
düşünməkdən qaçdığı ölümü düşünməyə başlayır və bu zaman insan bütün
səmimiyyətiylə Allaha dua edərək yenidən sağlam olmağı istəyir .



Xəstəlikdən əvvəl Allaha tam təslim olmayan bir insan bəlkə də
xəstəliyi sayəsində bu gözəl xüsusiyyəti qazana bilər; ötəri dünya
həyatındakı qısa müddətli sıxıntılarının qarşılığında, sonsuz cənnət
həyatının nemətlərinə qovuşmağı umar.



Əgər ALLAH dilərsə, insan heç bir zaman xəstələnməzdi, ağrı hiss etməz
və ya acı çəkməzdi. Ancaq əgər insan belə bir çətinliklə qarşılaşırsa da
bilməlidir ki, bu çətinliyi yaşamasının həm dünyanın keçiciliyini, həm
də Allahın gücünü anlaya bilməsi baxımından çox böyük hikməti var.

O
Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir; O Rəbb ki, məni
yedirdir və içirdir; O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir; O
Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir; (Şüəra Surəsi 78-81)



UNUTMAMAQ
lazımdır ki "əgər bir virus səbəbiylə bir insan ağır bir xəstəliyə
tutularsa” bu ALLAHın bilgisi daxilindədir.”Əgər bir qəza nəticəsində
insan yaralanır və şikəst qalırsa” bu da ALLAHın yaratdığı qədər
daxilindədir. Xəstəliyi əmələ gətirən də ALLAHdır, müalicəni edən həkimi
yaradan da, ona bildiklərini öyrədən, dərmanı yaradan və bunları şəfaya
vəsilə edən də ALLAHDIR. ALLAHa iman edən və Onun yaratdığı qədərə
təslim olan insanlar hər çətinlik və xəstəlik anında gözəl əxlaq
göstərirlər. Bu həqiqəti qəlbən qavramaq və xüsusilə də belə bir hadisə
ilə qarşılaşdıqda ALLAHIN bizdən istədiyi o gözəl əxlaqı göstərə bilmək,
yəni səbr edib hər halımıza görə Allaha şükr etmək çox əhəmiyyətlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!