Günəş haqqında

Günəş haqqında
Maraqlı məlumatlar
10.09.2017 15
Uca Allah buyurur: "Doğrudan da, Rəbbiniz göyləri və yeri altı
gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib
edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe
edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur.
Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır” (əl-Əraf, 54).

"Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz
deyə ona mənzillər (səfhələr) müəyyən edən Odur. Allah bunları yalnız
haqq naminə yaratmışdır. O, ayələri bilən adamlara belə izah edir”
(Yunus, 5).

"Dan yerini də O sökür. O, gecəni dinclik, günəşi və ayı isə vaxt
üçün hesablama ölçüsü etdi. Bu, Qüdrətli və Bilən Allahın müəyyən etdiyi
hökmdür” (əl-Ənam, 96).

"Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşə ucalan,
müəyyən vaxta qədər göydə hərəkət edən günəşi və ayı əmrinə tabe edən
Allahdır. O, işləri yoluna qoyur və ayələrini belə izah edir ki, bəlkə
Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız” (ər-Rəd, 2).

"O, gecəni gündüzə, gündüzü də gecəyə qatır. O, günəşi və ayı ram
etmişdir. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. Bu
sizin Rəbbiniz olan Allahdır. Mülk Onundur. Sizin Ondan başqa
yalvardıqlarınız xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər”
(Fatir, 13).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!