3 ünsiyyət problemi və həlli

3 ünsiyyət problemi və həlli
Maraqlı məlumatlar
10.09.2017 30
Vəkalət ünsiyyətinin sirri nədir?

Gəlin hər kəsin rastlaşdığı 3 ünsiyyət probleminə diqqət edək.

 

Manipulyasiya.

Bəzən
biz nəyin bahasına olursa olsun arzu olunanı əldə etmək məqsədi ilə
ünsiyyət saxlayırıq. Biz küsə, hədələyə, ələ ala və insanı bizim
arzumuzu yerinə yetirməyə məcbur etmək üçün hər şey edə bilərik. Bu
zaman çox nadir hallarda həmin insanın özünü necə hiss etməsi barəsində
düşünürük. Manipulyasiyanın bir çox üsulu və növü mövcuddur. Lakin
emosional təsirin istiqamətinə görə ailələrdə tez-tez istifadə olunan ən
xain və amansız manipulyasiyalardan biri sevgi ilə olan
manipulyasiyadır.



Yalan

Sözsüz
ki, yalan, hətta ən möhkəm münasibətləri belə dağıda bilən ən təhlükəli
ünsiyyət növlərindən biridir. Yalan və ya yalan üzərində qurulmuş
oyunlar və ya münasibətlər nəticədə təlaşa və acıya gətirib çıxardır.
Yalan bir-birinə olan etibarı və münasibətlərin əsasını dağıdır və
yekunda, insanlar arasında etibarsızlıq yaranır. Əgər belə rəftar sizə
tanışdırsa, siz öz münasibətlərinizdə və şəxsi davranışızda yalanın
olmasını aşkar etmisinizsə, bu zaman dəyişilməyə çalışın və belə
münasibətlərə lap əvvəldən son qoymağa çəkinməyin. Özünüz dürüst
olduğunuz halda, başqalarından da yalanı qəbul edə bilməyəcəksiz.
Nəticədə münasibətlərinizdə etibarlılıq və bütövlülük yaranacaq.



İkiüzlülük.

Ən
yayılmış ünsiyyət formalarından biri də ikiüzlülükdür. Çox zaman
insanlar bir cür deyir, amma başqa cür hərəkət edirlər. Bu vaxt insan
asanlıqla özünü itirə bilər. İnsanların hərəkətlərinə həmişə diqqət
edin, hərəkətlərin mahiyyətini sözlərdən daha yaxşı bilmək olar. Əgər
sözlər insanın etdiyi hərəkətlərə zidd olarsa, bu zaman onlara diqqət
etməyin və həmin şəxsə izah etməyə çalışın ki, belə münasibət sizin üçün
təhqiredicidir və əgər o dəyişməzsə bu zaman münasibətlərə son qoyula
bilər.

İnsanlara inanmaq üçün çox vaxt sərf olsa da, onlardan məyus olmaq üçün bir an belə yetərlidir.

Dürüstlük
etibar doğurur. Etibar ağlınızı şübhələrdən azad edir və nəticədə
qarşılıqlı anlaşma yaranır ki, bu da dostluğa, sevgiyə aparır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!