Hansı ayda doğulmusan?

Hansı ayda doğulmusan?
Maraqlı məlumatlar
10.09.2017 18
1- 10 yanvar 

Davadan, qalmaqallardan xoşlanmayan, sevdiklərinə həddindən artıq çox
bağlı, səbrli, çalışqan olur. Onların heç kimin malında, mülkündə gözü
olmur. Uğursuzluqlara dözümləri yoxdur, tərif eşitməyi sevir.
Yeniliklərə açıq insandır, olduğu məkanlarda da parlamaq istəyir. Əsla
geri çəkilmir. 



11- 19 yanvar 

Son dərəcə məntiqli, bacarıqlı, sözünün üzərində dayanan və təhsilə
böyük önəm verən insandır. Ağlını və yaradıcılıq qabiliyyətləri
asanlıqla birləşdirə, nəyin gərəkli, nəyin isə gərəksiz olduğunu
asanlıqla anlayırlar. Gərəkdiyində sərt üzlərini göstərə bilir. Müşahidə
qabiliyyəti güclüdür. 



20 - 29 yanvar 

Açıq sözlü, yenilikçi, dostluq əlaqələr güclü, orjinal fikirləri olan
insanlardırlar. Onlar davranışları ilə asanlıqla hər kəsin diqqətini
cəlb edə bilər. Gərəkdiyində duyğularını arxa plana sala bilir. Zehni
qabiliyyəti güclüdür, hər şeyi tez öyrənə bilir. Çətinliklər qarşısında
dərhal çıxış yolu tapa bilir. 



30 yanvar - 8 fevral 


Sürətlə düşünə bilən, bacarıqlı, dürüst və dostluğa böyük önəm verir.
Süni davranışlar nümayiş etdirən insanlarla yola getmir. Xarici dil
öyrənmək sahəsində çox uğurludurlar. Yeniliklərə açıq, maraq doğura
bilən, güclü yumor hissinə malik olur. Mübahisə, diskusiyaları sevirlər.
İnandırma gücləri var. 



9- 18 fevral 

Qeyri-adi münasibətlər yaşamağa həvəslidirlər. Azadlıqlarını, gəzib
yeni kəşflər etməyi, modanı izləməyi sevirlər. Olduqları məkanlara
yenilik gətirməyi sevirlər. Monotonluq onlar üçün deyil. Dost çevrəsi
olduqca genişdir. 



19 - 29 fevral 

Xəyal gücləri çox yüksəkdir. Sevdiklərinə qarşı olduqca həssas,
mübahisələrdən narahat oan, insanların problemləri ilə dərindən
maraqlanan şəxslər olurlar. Daima pozitiv düşünməyə çalışırlar.
Yaradıcılıq qabiliyyətləri yüksəkdir, dəyişikliklərə açıqdırlar. 

Bədbin insanlara onlara çox tez təsir göstərə bilər. Bu aralıqda doğulanlar həm də çox romantk olurlar. 



1- 10 mart 

Aktiv sosial həyatı olan, sadəlövh və ətrafı tərəfindən çox sevilən
olur. Onlar evini, ailəsinə hər şeydən çox önəm verirlər. Müşahidə
qabiliyyəti güclüdür. Olacaqları öncədən hiss edə bilir.



11 - 20 mart

Xəyyalarını gerçəyə necə dönüşdürə biləcəyini yaxşı bilir. Uzaqgörənlik qabiliyyəti var. 

Başqalatrının təsiri altına tez düşür. Qərarlılıq nümayiş etdirsə hər
bir işin öhdəsindən asanlıqla gələ bilər. Yaxşı sirdaşdır. 



21- 31 mart 

Fiziki yöndən çox güclüdürlər. Hədəfini bilir və yorulmadan ona çatmağa
çalışır. Dediyindən, qərarından əsla geri dönməz. Əmr almaqdan
xoşlanmır, öz bildiyi yolda yeriyir. 



1 - 10 aprel 

Yaradıcılıq qabiliyyəti yüskək, fəal, deyib-gelməyi sevən insanlardır.
İdarəetmə gücü olduqca yüksəkdir, insanları asanlıqla inandıra və
arxasınca apara bilir. Özünü necə ifadə edəcəyini yaxşı bilir. Hər andan
zövq almaq bacarığına sahibdir. 



11 - 20 aprel 

Kəşf etməyi, yenilikləri sınamağı, pul xərcləməyi, yaxşı söhbətlər
etməyi sevir. Xoşməramlı, ürəkli, özünə güvənən insanlar olur. Ədalətli,
hamıya köməyə çalışan, tərifi sevən, xarici dil öyrənməyə meyilli,
səyahət etməkdən xoşlanan şəxslər bu aralıqda doğulub. 



21- 30 aprel 

Onlar əsl gözəllik aşiqləridir. Dəbdəbəni sevir, maddiyyata böyük önəm
verirlər. Sosial həyatın içərisində fəal yer almaqdan zövq alırlar.
Mübahisə, dava-dalaş da yer almaqdan qətiyyən xoşlanmırlar. 



1 - 10 may 

Zehni qabiliyyəti yüksəkdir, ağıla böyük önəm verir, intuitsiyaları
olduqca qüvvətlidir, müşahidə etməyi sevirlər. Danışıq qabiliyyətləri
olduqca yaxşıdır. Təşkiatçılığı yaxşı bacarırlar. Detallara varmaqdan
xoşlanmırlar. Danışıqla belə qarşısındakı insanı inandıra bilər. 



11 - 20 may 

Ən etibarlı insanlardırlar. Ədalətli mövqeləri ilə fərqlənirlər.
Qarşısındakı insana olduqca yüksək dəyər verir. Reallıqla barışır,
qələbəlikdən xoşlanmırlar. Başqalarından özlərinə qarşı gördükləri
haqsızlıqdan tez təsirlənə bilirlər. Hədəfinə çatmaq üçün əlindən gələni
edir. 



21 - 31 may 

Bacarıqlı, məntiqi güclü, məğlubiyyəti qətiyyən sevməyən, yeni
insanları tanımaqdan zövq alan şəxsdir. Düşmənləri ilə belə ağılla
mübarizə apararaq onları qarşısında məğlub vəziyyətə sala bilər. 



1 - 10 iyun 

Sosial münasibətlərinə böyük önəm verən, uzlaşmağı bacaran, yenilikləri sevən olurlar. 

Rahat həyata düşkündürlər. Xoşniyyətli və dostluğa böyük önəm verən
şəxslər məhz bu günlərdə dünyaya gələn insanlar arasında çoxdur. 



11 - 21 iyun 

Müasir dünya görüşünə malikdirlər. Dostluq münasibətlərinə böyük önəm
verirlər. Orjinal olan hər şeyi sevirlər. İnsanlarla rahat dil tapırlar.
İradəsi çox qüvvətli olur və haqsızlığa boyun əymir. 



22- 30 iyun 

Qoruyucu mələkdirlər. Daima gerçəkliklərin arxasınca qaçır, uzlaşma yolunu asan tapırlar. 

Qarşısındakı insana asanlıqla təsir edə bilirlər. 



1- 11 iyul 

Düşüncə gücü yüksək, müşahidə qabiliyyəti mükəmməldir. Olduğu məkanı şənləndirə bilir. Araşdırmaçı xasiyyətə sahib olur. 



12- 22 iyul 

Artistlik qabiliyyəti yüksəkdir. Sənətə meyilli insanlardırlar. Bu
insanların yanında adam özünü şəfqətli əllərdə hiss edir. İnandığı bir
şeyə özünü tamamilə həsr edə bilər. 



23 iyul - 1 avqust 

Özündən əmin, müstəqil, liderlik qabiliyyəti yüksək, dəbdəbəni sevən
olur. Kütlə arasında hər zaman seçilir. Sədaqət duyğusu olduqca
yüksəkdir, təşkilatçılığı yaxşı bacarır. Qəlbinin səsini dinləyir. 



2- 12 avqust 

Söhbətcil, sevincli, vicdanlı, bədxərc kimi tanınır. Heç kimin qəlbinə
dəymək istəmir. İnanc sahibi insandır. Onlar yaxşı sirdaş və dost olur.
Başqalarından əmr almaqdan xoşlanmırlar. 



13 - 22 avqust 

Savaşçı özəlliyi ilə fərqlənir. İstədiklərini asanlıqla əldə edir.
Cəsurdur və haqsızlığa boyun əymirlər. Yeniliklərə açıq, zəkalı, harad
nə etməli gərəkdiyini yaxşı bilən insanlardır. 

Qarşısındakı insanı asanlıqla tanıyır. Gözlədilməkdən qəti xoşlanmırlar. 



23 avqust - 1 sentyabr 

Məntiqli, ağıllı, asanlıqla ünsiyyət qura bilən insanlardırlar. Kəskin
müşahidə qabiliyyətinə sahibdirlər. Hər bir vəziyyətdə gerçəklikləri
öyrənməyə can atırlar. Tez qavrayır və öyrənməyə meyillidir. 



2 - 12 sentyabr 

Ciddilikləri ilə fərqlənir, sağlam və düzgün qərarı tez verirlər. Hər
şeyi məntiqlə, planla götür-qoy edirlər. Nizam intizama böyük önəm
verir, məsuliyyətlərini dərk edirlər. Bu aralıqda doğulanlar yaşından
daha müdrik olurlar. 



13 - 22 sentyabr 

Çox güclü bir şəxsiyyətləri olur. Hər bir şəraitə uyğunlaşır, cazibə
qüvvələri yüksəkdir. İmiclərinə böyük önəm verirlər. Sosiallaşmaya
meyilli olsalar da, detallara varmağı sevmirlər. 



23 sentyabr - 2 oktyabr 

Lüksü sevirlər. Kişilər çox yaraşıqlı, qadınları isə olduqca cazibədar
olur. Zövqləri üçün bədxəclikdən belə çəkinmirlər. Bu bəzən onları
çətinliyə sala bilər. Səyahət etməyi sevir, yeni insanlarla tanışlıqdan
zövq alırlar. 



3- 13 oktyabr 

Başqaları bu insanları həmişə fərqli, qeyri-adi, cazibədar kimi
görürlər. Qayda-qanunlarla məhdudlaşdırılmağı sevmirlər. Fərqlilik
yaratmaqdan xoşlanırlar. Qərarlarını özləri verməkdən zövq alırlar. 



14- 23 oktyabr 

Həm fiziki, həm də zehni olaraq fəaldırlar. Zəkası ilə olduğu yeri
heyrətləndirə bilər. Hisslərini kağıza tökür ki, bu da onların
yaradıcılıq qabiliyyətləri ilə bağlıdır. Ətrafındakı ilə asanlıqla
uyğunlaşa bilir. Daima öz üzərində çalışır və öyrənməkdən zövq alır. 



24 oktyabr - 1 noyabr 

Qarşı cinsin üzərində xüsusilə böyük təsirə malikdir. Mistikaya meyilli
olurlar. Dəyişikliklərdən xoşlanırlar və lazım gəlsə bunun üçün
mübarizə belə etməkdən çəkinmirlər. Nizam intizamlı güclü xarakterə
sahibdirlər. Başqalarının sirlərini asanlıqla öyrənə bilərlər.



2- 11 noyabr 

Romantik, həssas və ehtiraslıdırlar. İdeal axtarışından heç zaman əl
çəkmir. Xəyal gücü, müşahidə qabiliyyəti olduqca yüksəkdir. Sevgi üçün
bütün mübarizələrə hazırdır. Başqalarının problemlərinə çarə axtarır,
yönləndirmə gücü qüvvətlidir. 



12 - 22 noyabr 

İnsanları təsir altına tez sala bilir. Haqsızlıqlarla mübarizəyə hər
zaman canla-başla hazır olurlar. İnsanların marağını çox asanlıqla çəkə
bilirlər. İntuitsiaları olduqca yüksəkdir. 

başına gələn xoş olmayan hadisələrdən sonra belə asanlıəqla toparlana bilirlər. Altıncı hissi yüksəkdir. 



23 noyabr - 1 dekabr 

Əxlaqi dəyərlərə əsalanan, vicdanlı, yüksək təhsilə böyük önəm verən
insanlar olurlar. Daima nikbin olur, sevdiklərinə çox bağlı olur və
bunun nəticəsində onları daima həddindən artıq qorumağa meyilli olur.
Pul xərcləməyi çox sevir. 



2 - 11 dekabr 

Çox cəsur olur və inanmadıqları heç bir şeyi qəbul etmirlər. Heç kimin
sözü ilə hərəkət etməyi, oturub-durmağı sevmirlər. Sadiq və olduqca
fədakardırlar. Verdikləri sözü mütləq yerinə yetirilər. Çox səbirsiz və
rəqabət qüvvəsi güclü olur. 



12 - 21 dekabr 

Ağlı, təcrübəsi ilə insanları heyrane də bilər. Kəşf etməkdən zövq
alır. Duyğularını asanlıqla idarə edir və qayğı görməkdən çox xoşlanır.
Səhvlərini qəbul etməkdə çətinlik çəkirlər. Özünü inkişaf etdirmək üçün
dayanmadan çalışa bilər. 



22 - 31 dekabr 

Məsuliyyət sahibidirlər. Nə istədiyini bilən, doğru qərarları vaxtında
verən, nizamlı iş ilə hər cür çətinliyin öhdəsindən gələn insandır.
Etibarlı insanlardır. 

Sevgiyə hər şeydən çox dəyər verir. Liderlik gücü yüksək, yaxşı təşkilatçı insanlardır. Tez-tez bədbinliyə qapılırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!