Birinci ledinin qüsursuz şıqlığı

Birinci ledinin qüsursuz şıqlığı
Maraqlı məlumatlar
10.09.2017 27
Əgər Amerikada ötən əsrin dəb  kraliçası Jaklin Kennedi sayılırdısa, indi onun yerini Mişel Obama tutub.

Vogue” 
jurnalı tərəfindən dəb kraliçası seçilən birinci xanım Mişel Obama
qara  dərisini parlaq rənglər sayəsində vurğulamağı çox sevir. Bu yazıda
Mişel Obamanın rəngarəng geyim kolleksiyası ilə tanış ola biləcəksiniz.

 

Sarı,
qırmızı, yaşıla çox üstünlük verən Mişel Obama öz üzərində sadə və
birrənglərlə dəqiq qeydlər aparır. Çox bahalı paltarlar almadan da gözəl
olmağın mümkün olduğunu göstərir. O, konseptual geyimlər seçir.
Cəsarətli biçimlər və qeyri-adi naxışları özünə icazə verir. Eleqant
geyimləri özünə o qədər gözəl yaraşdırır ki,  hətta protokol qaydalarını
tapdalasa belə, bu, ona insanların sevgisini qazanmağa mane olmur.

Mişel
Obama bütövlükdə cəlbedici obraz yaratmaq üçün zinət əşyalarından və
aksessuarlardan çox istifadə edir. Seçdiyi zinət əşyaları onun
özünəməxsusluğunu vurğulamağa yardım edir. Hətta M. Obama ABŞ tarixində
bijuteriya taxmağı özünə rəva görən ilk "first lady”dir.

 

Bədən
quruluşunu yaxşı tanıdığı üçün özünə nəyin yaraşdığını yaxşı bilir.
Bahalı və təmtəraqlı geyimlərə marağı yoxdur. Sadə geyimləri irihəcmli
aksessuarlarla vurğulamağa çalışır. Amerikalı gənc dizayner Ceyson Vu
Proenzanın eskizlərini çox bəyənir. Amerikanın birinci xanımı Mişel
Obama bir  dizaynerdən geyinməyi xoşlamır. Lakin  "Vera Wang”,
"Marchesa”, "Tom Binns”, "Jason Wu”, "Ralph Lauren”, "Doo-ri Chung”,
"Tom Ford”,  "Halston”, "Irit Design”, "Peter Soronen”, "Loree Rodkin”,
"Azzedine Alaia” moda evlərinin işlərinə heyrandır.

 

Sizə Mişel Obamanın bir neçə fikirlərini təqdim edirik:

 

"Həyat
yoldaşımın məni və qızlarımızı sevdiyini bilirəm, çünki bunu bizə hər
gün deyir. O, hətta böyük qulaqlarına sataşmağımıza da icazə verir!"

"Barak iş səbəbi ilə səyahətdə olduğu bəzi günlərdə itimiz Bo ilə birlikdə yatıram".

 

"Yanımda planşetim olmadan heç yerə getmirəm”.

"Biz hər axşam saat 18:30-da ailəvi şam yeməyi yeyirik və yeməyin sonunda Allaha uzun ömür və sağlam həyat üçün dua edirik".

"Yediklərimə
ciddi fikir vermirəm, amma hər gün mütləq  şəkildə meyvə və tərəvəz
yeməliyəm. Mənə zövq verən ən böyük günahım kartof qızartmasıdır".

 

"Ağ
Saraydakı komandamla görüşəndə birinci ayaqqabılarımı çıxarıram. Kim
bütün gün ərzində ayağında stilettolarla gəzmək istəyər ki?"

 

"Barak Obama ilə toy mahnımız Nat Kinq Kolenin "Unforgettable” mahnısı olub".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!