Sizə uğur, məhəbbət və pul bəxş edəcək sehrli aksessuar

Sizə uğur, məhəbbət və pul bəxş edəcək sehrli aksessuar
Maraqlı məlumatlar
10.09.2017 16
Yəqin,
bir çoxunuz xarici ulduzların biləyinə qırmızı ip taxdığını müşahidə
etmisiniz. Hətta XXI əsrin əvvəllərində qırmızı iplər Amerika
şou-biznesinin ulduzları arasında böyük populyarlıq qazanmışdı. Bu dəb
Türkiyə və Rusiyaya qədər gedib çıxmışdı.

 

Təbii
ki, burada hər kəsi bir sual düşündürür: "Böyük var-dövlət sahibi olan
ulduzlar niyə qoluna adi bir qırmızı sap bağlayır? Ən əsası,  bunun
mənası nədir?”

 

Ehtimal
olunur ki, bu talisman insanı paxıllıqdan və ətrafdakı insanların pis
gözündən, nəzərdən qoruyur. Qırmızı ipin mənfi enerjidən, o cümlədən,
istənilən zaman qarşılaşa biləcəyimiz təhlükədən qoruduğu da iddia
edilir.

                                                  

Yəhudi gözmuncuğu (amulet)

Qırmızı
ip islama qədərki dövrdə bir neçə xüsusiyyətlərə malik olub. İsraildə
biləyə qırmızı ip bağlamaq, əslində, bir ənənədir. Bu ölkəyə səyahət
edən hər kəs qolunda belə bir iplə qayıdır. İsraildə inanırlar ki,
qırmızı ipdən düzəlmiş qolbaq yəhudilərin böyük Allahlarından  biri
Raxilenin rəmzidir. Onun türbəsi də qırmızı iplərlə dolanıb.

 

Sağlamlığa
nəzarət etməklə yanaşı, şəxsi həyata təsir edən bu güclü qoruyucu
talisman sahibinə müxtəlif sahələrdə uğur və şans gətirir. Bu ayində
iplərin düyünlənmə üsulunun da mühüm detallardan biri olduğu hesab
olunur. Məsələ ondadır ki, ipə yeddi düyün atmaq üçün siz ruhən özünüzə
yaxın olan birini seçməlisiniz. Eləcə də, qırmızı ipin pulla alınması
vacibdir, onu öz əllərinizlə toxumaq və hazırlamaq olmaz.

 

Qırmızın ip slavyanlarda

Əslində,
bu qoruyucu talismanın tarixi çox qədimdir. Qədim slavyan inanclarında
bilək üçün nəzərdə tutulan qırmızı iplər böyük əhəmiyyət kəsb edib.
 Slavyan xalıqının əcdadları keçmişdə onun böyük şəfaverici gücünə
inanıb və qoruyucu iplərdən sehrli qolbaq əvəzi istifadə ediblər.

 

Din
əleyhinə təbliğat dövründə biləyə bağlanan qırmızı iplər barədə bəzi
stereotiplər yaranmışdı. Məsələn, qırmızı iplər mütləq yundan olmalı
idi. Qırmızı rəngin simvolik xüsusiyyətləri ondan ibarət idi ki, o,
oynaq ağrılarını və çıxıqları sağaldır, artrit xəstəliyinin ilkin
əlamətlərini aradan qaldırır. Sağalandan sonra isə həmin qırmızı iplər
şamla yandırılmalı idi.

 

Adətən, bu cür qırmızı ipləri uşaqların biləyinə
bağlamaq dəbdə idi. Qısa desək, qırmızı iplər eyni ilə müsəlman
dünyasında məşhur olan gözmuncuğu funksiyasını yerinə yetirir.

 

Qırmızı ipin bağlanma qaydası haqqında

Zərif
yun iplərdən, hətta qanaxmanın dayandırılması üçün də istifadə olunub.
Əslində, qoruyucu talisman olan qırmızı ip həm vətərləri zədələmədən
xilas edir, həm də pis göz və şər qüvvələrdən qoruyur. Lakin onun gücü
təkcə qırmızı rəngdə deyildi. Onun bağlanma üsulu da böyük rol oynayır.
Onlar ənənəvi olaraq, üç dəfə düyünlənir. Qolbağı taxdıqda bu sehrli
sözləri demək lazımdır: "Tanrı köməyin olsun, müqəddəs güclər pisliyi
qovacaq. Amin!”  

Üstəlik,
onu taxdıqdan sonra çıxarmaq olmaz. Əgər ipin özü açılarsa, bu, həyatı
təhlükənin və ya zərbənin sizdən yan keçdiyini  bildirən xeyirli əlamət
hesab olunur. Müəyyən bir müddət qırmızı ipin itdiyini müşahidə
etmisinizsə, deməli, sizi mənfi enerjidən qorumaq funksiyası layiqincə
yerinə yetirilib.

 

Slavyanlar
inanırdı ki, sol biləyə qırmızı ip bağlamaq maddi rifahı yaxşılaşdırır,
sahibinə uğur və şöhrət gətirir. Deyirlər ki, o, qan dövranını
yaxşılaşdırır, baş verə biləcək bütün bəla və müsibəti insanın üzərindən
götürür. Qırmızı iplərin insanın fikir və qərarlarına təsir göstərə
biləcəyi də iddia olunur. Belə iplər insana öz təfəkkürünü
təkmilləşdirməyə, özünü inkişaf etdirməyə və yeni zirvələrə çatmağa
yardım edir.

 

Digər xalqlarda

Qırmızı
iplərin uğur gətirdiyinə dair inanclara hətta alman rəvayətlərində də
rast gəlinir.  Məsələn, alman deyimlərində göstərilir ki, naxoşlayan
zaman qola qırmızı sap bağlamaq xəstəliyi müalicə edir. Qırmızı iplərin
müasir dövrə qədər gəlib çatması da onların bir çox torpaqlarda
yayılmasının təsdiqidir. Yeri gəlmişkən, Şimali Amerikada məskunlaşan
qoe hinduları da bu sahədə örnəkdir. Belə ki, onlar da bir çox xalqlar
kimi biləyə bağlanan qırmızı iplərin ilahi qüvvəyə malik olduğuna
inanır, şəfa tapmaq istəyəndə onların gücünə arxalanır.

 

Yaxın Şərq mədəniyyətlərində

Əksər
Şərq xalqlarında da qırmızı ipdən istifadə olunub. Məsələn, hind
mədəniyyətində qırmızı ip rakxi adlanır və qohumluq əlaqələrinin güc
birliyini ifadə edir. Onun köməyilə istənilən adamın ürəyini ələ almaq
olar.



Kabbala - yəhudi mistikası

Nazik
qırmızı iplər kabbala (red: Tanrının mahiyyətini dərk etməyə və
dünyadakı məxluqların, o cümlədən, insanın var olmasının səbəbini
anlamağa çalışan, yəhudiliyə məxsus mistik ənənə, təlimdir; ibranicə
"qəbuletmə, təhvilvermə" deməkdir) – yəhudi mistikasının ayrılmaz
atributdur.  Müasir dövrdə qırmızı ip daha çox insanın mənəvi rahatlıq
və sağlamlığını qorumaq məqsədilə taxılır.

 

Niyə qırmızı rəng?

Qırmızı
rəng Mars planetinin, qanın və həyatın rəngidir. Qırmızı rəngin
inanılmaz xüsusiyyətlərə malik olması bir çox dinlərdə öz əksini tapıb.
Məhz bu rəng bizə təhlükə barədə məlumat verir. Ezoterizm mütəxəssisləri
bildirirlər ki, məhz bu rəng təhlükədən xilas olmağa kömək edir.
Deyilənlərə görə, insan dünya enerjisini məhz topuq və biləyi vasitəsilə
əldə edir. Bu səbəbdən, bu qırmızı qolbaq insana mənfi axınların nüfuz
etməsinin qarşısını alır.

 

Qırmızı ipi sağa, yoxsa sola taxmaq düzgündür?

Bu
gün insanların çoxu qırmızı ipi sol biləyinə taxır. Əlbəttə ki, bu,
prinsipial deyil. Belə ki, ipin sağ və sol biləyə taxılmasının müxtəlif
izahı var. Mənalarından asılı olaraq, onu hansı tərəfə taxacağınıza siz
özünüz qərar verməlisiniz.

 

Sol bilək üçün

Bir
çox dinlərin təlimlərinə əsasən, sol əl adamın bələdçisi rolu oynayır:
sol əl götürür, sağ əl isə verir. Məhz buna görə də, ipi sol ələ
taxmaqla biz sanki neqativ axınların giriş kanalını bağlamağa çalışırıq.
Beləliklə, sol biləyə bağlanan qırmızı ip nəzərdən, pislikdən və
düşmənlərdən müdafiə edir.

 

Sağ bilək üçün

Bəzi
etiqadlara görə, ərsiz qadınlar qırmızı ipi sağ biləyə bağlanmış
taxırlar. Adətən, bu ritualı hind məbədlərinə gedən qadınlar yerinə
yetirir. Onlar məbəddən çıxarkən qollarına qırmızı ip bağlayır.

Ərli
qadın və kişilər isə qırmızı ipi sol qoluna taxır. Bu da onları
bir-birindən fərqləndirən əsas detaldır. Bəzi müdriklər deyir ki,
qırmızı ip var-dövlət gətirir. Xüsusilə də, onu sağ biləyə taxmaq adama
uğur, firavanlıq və pul bəxş edir. Əlbəttə, bu hələ sübut edilməyib,
ancaq şou-biznes ulduzları və bir çox insanlar buna inanır və öz
gündəlik həyatlarında da ondan  geniş istifadə edirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!