Məntiqli suallar

Məntiqli suallar
Maraqlı məlumatlar
10.09.2017 32
1. Kişi 17-ci mərtəbədə yaşayır. Lakin o evə ancaq iki halda qalxır:
yağışlı havada və ya liftdə qonşulardan biri olduqda. Əgər hava yaxşıdır
və o liftdə təkdirsə, 9-cu mərtəbəyə qədər qalxır, daha sonra
pilləkənlə 17-ci mərtəbəyə çıxır. Bunun səbəbi nədir?



2. Əgər gecə saat 12-də yağış yağırsa, 72 saat sonra Günəş çıxacağını təxmin etmək olarmi?



3. Karandaşı döşəməyə qoyurlar və bir neçə nəfərdən onun üstündən
tullanmalarını istəyirlər. Lakin heç kəs bunu edə bilmir. Niyə?



4. Tennis topunu necə atmaq lazımdır ki, qayıdıb sizə tərəf gəlsin?



5. Hansı halda biz 2 rəqəminə baxaraq "10” deyə bilərik?



6. George Washington, Sherlock Holmes, William Shakespeare, Ludwig Van
Beethoven, Napoleon Bonaparte – bunlardan hansı biri digərlərindən köklü
şəkildə fərqlənir?



7. Bütün gün boyu eyni sualı verib, fərqli fərqli cavab aldıgımız sual hansıdır?



8. Otaqda 6 şam yanır. Birazdan onların 2-i söndürülür. 5 saatdan sonra otaqda necə şam qalır?



9. O nədir ki, gecə də, gündüz də onunla başlayır?



10. O nədir ki, insan onu görəndə almır, alanda geyinmir, geyinəndə görmür?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!