12 xüsusiyyət

12 xüsusiyyət
Maraqlı məlumatlar
10.09.2017 11
Həyatda
yalnız bir neçə dəfə, hətta bəzi hallarda cəmi bir dəfə xüsusi
qadınlarla qarşlaşmaq şansı olur. Bu qadınlardan biri də sizin yeganə
qadınınız olur – xəyallarınızdakı həmin qadın. Bu görüşlər hər zaman
gözlənilməz olur, çox vaxt sizin üçün rahat olmur, lakin o qadın gəlir
və bütün həyatınızı birdəfəlik dəyişdirir.

Biz
təbiət tərəfindən elə yaradılmışıq ki, iki əks cinsi birlikdə bütünlük
təşkil edə bilir. Öz yarının axtarışı  səyahət kimidir, bəzən hətta
yorucu bir səyahətdir. Əgər bəxtiniz gətirib və sizin üçün xüsusi hesab
olunan qadını tapmısınızsa, ondan bərk-bərk yapışın və heç vaxt, heç
vaxt getməyinə icazə verməyin. 

Heç
də hamımız həyatımızın sevgisini tapdıqda özümüzü müdrik aparmırıq və
inanın ki, sonra bütün ömür boyu bunun peşmançılığını çəkirik.  Əgər
həmin qadın özündə bu 12 keyfiyyəti birləşdirirsə, ona heç vaxt getməyə
icazə verməyin.  



1. O sizdən ağıllıdır

Hər
bir kişi özündən daha ağıllı qadına ehtiyac duyur. Bu cür qadınlar sizə
həyatın çətin yollarından keçməyə kömək edir. Deyirlər ki, hər uğurlu
kişinin ardında müdrik qadın dayanır. Qadınsız kişi adi eqoistdən başqa
bir şey deyil. Onun həyatına ağıllı qadın gətirin – məna yaranacaq,
istiqamət və müdriklik peyda olacaq ki, heç nəyi korlamasın. 



2. O gözəldir

Gözəllik
baxan gözlərdə gizlənir. Əgər o sizin zövqünüzə görə çox gözəldirsə,
ondan bərk yapışın. Mən fikir vermişəm ki, bizim günümüzdə gözəlliyə çox
əhəmiyyət verənlər və bir də bu konsepsiyanın tam əksinə çıxış edənlər
var. Gözəllik gözardı ediləsi məsələ deyil, sadəcə hər kəs onu fərqli
görür və sənə uyğun olan gözəlliyi tapdıqda, hər şey rəngini dəyişir.
Sadəcə bəzi şeyləri düzgün dəyərləndirmək lazımdır. 



3. O qayğıkeş və xeyirxahdır

Yaxşı
insanlar xeyirxah insanlardır. Əgər o xeyirxahdırsa, onu saxlamalı
olduğunuz haqqında artıq söz deməyə də ehtiyac qalmır. Qadın üçün qayğı
göstərmək bacarığı olduqca əhəmiyyətlidir. Bəzi hallarda kişi qadından
daha qayğıkeşdir. Buna baxmayaraq, bütün qadınlarda analıq instinkti
var. 



4. O enerjilidir

Həyat
bəzi mərhələlərdə çətin olur. O da bu dövrlərdə kefsiz və darıxdırıcı
ola bilər. Qadınlar kişilərin kefini açmaq və onları əyləndirmək üçün
yaranmayıblar. Əslində, bunun tam əksini iddia edə bilərik. Lakin
enerjili, hərəkət edib, macəralara hazır qadınla siz özünüzü daha
xoşbəxt hiss edəcəksiniz. 



5. O sizi bütün qəlbiylə sevir Bu
sözsüz ki, ən vacib şeydir. Qadın sizi sevdiyində, o bunu bütün
qəlbiylə edir. Kişilər daha çox eqosentrikdir. Qadının isə özünü
bütünlüklə sevdiklərinə həsr etmək bacarığı var. Əgər sizi həqiqətən
sevən qadınla qarşılaşmısınızsa, siz kainatın ən böyük hədiyyəsini
almısınız. 



6. O güzəştə getməyi bacarır

Hər
iki cins inadkardır. Biz hər şeyi olduğu vəziyyətdə sevirik və bir çox
halda dəyişiklikləri lazımsız hesab edirik. Lakin bu və ya digər halda,
münasibətlər güzəştlər üzərində qurulur. Ümumiyyətlə, bu münasibətin
mövcud olma mexanizmidir. Güzəştə getməyi bacaran qadın tapmaq
mübarizənin yarısıdır. Çünki digər yarsında da siz güzəştə getməlisiniz.



7. O doğmalıq hissi yaradır

Sevmək,
dərindən sevmək – bu həyatında ilk dəfə dünyada öz yerini tapmaq, öz
evini tapmaq kimidir. Bu o deməkdir ki, siz məhz olmalı olduğunuz
yerdəsiniz və daha heç yerə getmək ehtiyacı yoxdur. Əgər siz onun
gözlərinə baxdıqda, öz qəlbinizin əksini görürsünüzsə – deməli siz
evdəsiniz. Heç yerə getməyin. 



8. O səhvlərinizi deməkdən çəkinmir

Hər
kişinin onun axmaqlıqlarını düzəldəcək bir qadına ehtiyacı var. Kişilər
böyük məharətlə səhv qərarlaq ala və mənasız hərəkətlər etməyi
bacarırlar. Sizə düzgün addımlar atmaqda kömək edəcək qadın
tapmısınızsa, o sizin səhvlərinizə diqqət etməyinizə kömək edəcək, doğru
seçimlər etməyinizə səbəb olacaqdır. 



9. O güclü olsa da, qadınlığını itirmir 

Hər
kəsin zövqü fərqli olsa da, qadınlarda gücün və qadınlığın vəhdətinə
daha çox üstünlük verilir. Güclü qadın hər bir kişiyə lazım olan
yoldaşdır. Qadınlığını itirməyən güclü qadınlar isə mükəmməllikdir. Bu
halda qadın öz dəyərini bilir və qadın doğulduğu üçün fəxr edir. 



10. O ehtiraslıdır

Ehtiras
dolu həyat elə bir həyatdır ki, onu yaşamağa dəyər. Lakin tək başına
ehtiraslı həyat yaşamaq mümkün deyil. Ehtiras iki canlı orqanizm
arasında yaranır, hətta iki individual arasında. Ehtiras yoluxucu olduğu
üçün mükəmməldir. Bu dünyadakə ən çox arzulanan yoluxucu "xəstəlikdir.”



11. O bacarıqlıdır

Mən
başa düşürəm ki, bəzi kişilər, özünə elə qadın axtarır ki, evdə otursun
və ev işləriylə məşğul olsun. Hətta bunu arzulayan qadınların olduğunu
da qəbul edirəm. Lakin bu tip qadınlar mənim üçün deyil. Lakin əgər siz
belə qadın arzulayırsınızsa, onda onun bu bacarığını da yüksək
qiymətləndirməlisiniz. 



12. O sizin üçün hər şey deməkdir

Bəzən
biz bir insanı dəlicəsinə sevirik və bunun səbəbini açıqlaya bilmirik.
Əslində bizə heç səbəb də lazım deyil. Əgər siz onu sevirsinizsə və
onsuz həyatınızı təsəvvür etmirsinizsə, özünüzə onu əldən verməyə icazə
verməyin. Əgər o sizin üçün bu qədər əhəmiyyətlidirsə, bunu dərk
etməlisiniz. Bəzən insanlar sevdiklərinin onlar üçün nə qədər əhəmiyyət
daşıdığını həmin insanları itirmədikcə dərk etmirlər. Biz hər zaman
ikinci şansımızın olacağını düşünürük, bəlkə yenə də bir gün
barışacağımızı düşünürük. Ola bilər. Lakin, bunun əksi də ola bilər. Siz
sonra uzun illər həyatınızdakı ən əhəmiyyətli şeyi əldən verdiyinizə
görə peşmanlıq hiss edə bilərsiniz. Risk etməyə dəyməz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!