Azərbaycan mətbəxinin xüsuiyyəti

Azərbaycan mətbəxinin xüsuiyyəti
Maraqlı məlumatlar
10.09.2017 11
Milli xörəklərimizin əksəriyyəti mal, qoyun və quş ətindən hazırlanır. Döyülmüş ət ilə hazırlanan xörəklər daha çox yayılıb.

Respublikanın dəniz, göl və çayları müxtəlif balıq növləri ilə, əsasən
də ağ və nə`rə balığı ilə zəngindir. Milli xörəklərin hazırlanmasında
daha çox nə`rə və pullu balıqlardan istifadə edilir.

Süfrəmiz müxtəlif göyərti və tərəvəzlərlə – badımcan, pomidor, şirin
istiot (bibər), kələm, ispanaq, turşəng, çuğundur, turp, soğan, xiyar,
yaşıl lobya və sairlə zəngindir. Milli xörəklərdə düyüdən və unan
hazırlanan müxtəlif çeşidliyi kulinar mə`mulatı geniş tətbiq edilir.

Xörəklərimizdə ədviyyələrdən zə`fəran, cirə, razyana, zirə, dəfnə
yarpağı, keşniş toxumu, həmçinin nanə, şüyüd, cəfəri, kərəviz, tərxun,
reyhan, kəklikotu və s. gen-bol işlədilir. Bu ətirli – ədviyyəli
bitkilərdən zə`fəran SSRİ – də yalnız Abşeron yarımadasında becərilir.
Azərbaycan kulinariyasında zə`fəran əlavə edilməklə 50 – dən çox
müxtəlif növ xörək və 10-dan çox şirniyyat mə`lumatı hazırlanır.

Limon, zeytun, yeyinti turşuları – abqora, əzgil – şərab, sirkə,
narşərab, alça, albuxara, qora, nar, zoğal axtası, qaysı, lavaşana,
sumaq və s. xörəklərimizə ləzizlik gətirir.

Azərbaycan mətbəxində salatın xüsusi yeri vardır. Təzə pomidor, xiyar,
şirin istiot, reyhan və keşnişdən hazırlanan salatda tərəvəzləri çox
xırda doğrayırlar. Bu cür salat əsas xörəklərlə birlikdə yeyilir.

Azərbaycan milli kulinariyasında 30-dan çox birinci xörək növü var.
Bunlara ətdən hazırlanmış xörəklər (piti, küftə – bozbaş, şorba və s.),
göyərti və qatıqdan hazırlanmış, xörəklər (dovğa, ovdux, doğramac, balva
və s.) aiddir.

Bəzi sulu xörəklərin hər payı ayrığa qabda (piti), yaxud bir neçə pay
bir qabda (düşbərə, sulu xingal və s.) hazırlanır. Adi şorbalardan
fərqli olaraq sulu Azərbaycan xörəkləri öz konsistensiyasına görə daha
qatıdır, çünki bunların tərkibində, bir qayda olaraq şorba az miqdarda
olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!